/ / Mübariz Qurbanlı: ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma öz əksini tapmayıb
Mübariz Qurbanlı: ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma öz əksini tapmayıb
13.06.2020 [09:50]
“ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyətinə dair 2019-cu il üçün illik hesabatında Azərbaycanla bağlı hissədə ölkəmizdəki din sahəsində müsbət rəylərlə bərabər, bizim razılaşmadığımız və obyektivlikdən uzaq olan, həmçinin əvvəlki illərə aid və artıq həllini tapmış bəzi fikirlər özünə yer tapıb”. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edilib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət sayəsində Azərbaycan dini etiqad azadlığı baxımından dünyada nümunəvi ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanda “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” elan edilib. Çoxlu sayda tədbirlər həyata keçirilib. Həmçinin Azərbaycanda din sahəsində aparılan siyasət ölkədə dini konfessiyalar arasında harmoniyaya, qarşılıqlı anlaşmaya, tolerant, multikultural mühitə çox böyük imkan yaradıb.
Ona görə də, ABŞ Dövlət Departamentinin hesabatını diqqətlə nəzərdən keçirəndə orada olan bəzi məqamlar var ki, o məqamların hər biri ilə əlaqədar fikirlərin obyektiv olmadığını göstərmək imkanımız var. Misal üçün, həmin hesabatda Azərbaycanda dini icmaların qeydiyyatı məsələsinə toxunulur. Nəzərinizə çatdırım ki, qeydiyyat məsələsi ilə bağlı ölkəmizin qanunvericiliyində olan imkanlar ən mütərəqqi və nümunəvidir. Yəni Azərbaycanda 50 nəfərdən ibarət vətəndaşlar bir araya gələrək dini icmanı qeydiyyatdan keçirə bilir. Baxmayaraq ki, bəzi Avropa ölkələrində bu rəqəm daha yüksəkdir. Bu gün statistikaya baxsaq, Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-sı İslam, 35-i isə qeyri-islam (xristian - 24; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür və bu sahədə heç bir məhdudiyyət yoxdur. Çox təəssüf ki, həmin hesabatda bununla bağlı yanlış mövqe vardır. Və yaxud hesabatda “Yehova şahidləri” ilə bağlı 3-4 il bundan qabaqkı məsələlər vardır ki, buna məhkəmədə baxılıb. İndi o məsələni hesabata təkrar daxil ediblər. Halbuki, “Yehova şahidləri” ilə bağlı ölkəmizdə hansısa bir problem yoxdur. “Yehova şahidləri”nin mərkəzi Azərbaycanda bu qurumla bağlı atılan addıma görə ölkəmizə dəfələrlə təşəkkür edib. Eyni zamanda, digər qeyri-müsəlman icmaları vardır ki, bu icmaların qeydiyyatında da, fəaliyyətində də hər hansı bir məhdudiyyətə yol verilməyib.
Eyni zamanda, hesabatda Gəncədə baş vermiş məlum hadisələrlə əlaqədar məqamlar vardır ki, onun dinə və dini etiqad azadlığına aidiyyəti yoxdur. Bu məsələ ilə əlaqədar məhkəmə araşdırması aparılıb, qərar qəbul olunub, cinayət hadisəsi baş verib və cəzalandırılanlar var. Hesabatda bu hadisəni dini məsələ ilə əlaqələndirməyə cəhd ediblər və bu tamamilə qeyri-düzgün yanaşmadır.
Qeyd etdiyim kimi, hesabatda Azərbaycanda görülmüş işlər, müsbət hadisələrin qeyd edilməsi ilə əlaqədar yanlış fikirlər, bizim qəbul edə bilməyəcəyimiz qeyri-obyektiv tezislər var. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq sənəd hazırlayaraq öz mövqeyini bildirəcək”.
Komitə sədri bildirib ki, Azərbaycan demokratik ölkədir və Azərbaycanda mövcud olan vətəndaşların hüquq və azadlıqları, demokratik azadlıqlar kiməsə görə edilmir: “Bu, Azərbaycan xalqının seçimidir, Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalardır. Ona görə də biz öz siyasətimizi hansısa ölkəyə, hansısa quruma görə müəyyən etmirik. Bu bizim Prezidentimizin apardığı siyasətdir və ötən il Azərbaycanda Dünya dini liderlərinin ikinci sammitində qəbul edilən sənəddə də Azərbaycanın dini tolerantlıq baxımından ən nümunəvi ölkə olması öz əksini tapıb. Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa, vicdan azadlığına, həyata keçirilən siyasətə obyektiv yanaşma öz əksini tapmayıb”.
Xəbər lenti
Hamısına baxİdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32

