Ermənistanın yeganə yolu Azərbaycanınişğal olunmuş torpaqlarını geri qaytarmaqdır
18.12.2009 [09:31]
Prezident Administrasiyası Beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya eksklüziv müsahibəsi
- Həmsədrlərin son səfərindən öncə Rusiya XİN-in rəsmisi bildirib ki, vasitəçilər Madrid təkliflərinin yenilənmiş variantını tərəflərə təqdim ediblər. Bu variant əvvəlkilərdən nə dərəcədə fərqlənir?
- Madrid təkliflərinin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır və hər hansı milli azlığın müqəddəratı ərazi bütövlüyü çərçivəsində təyin edilməlidir. Bu, dünyanın bir çox ölkəsində mövcud olan bir praktikadır. Dövlətlər var ki, onların daxilində yüz minlərlə, milyonlarla etnik azlıq yaşayır, orada həmin etnik azlıqlar öz müqəddəratlarını təyin ediblər. Buna ən böyük nümunə qonşumuz Rusiya Federasiyasıdır. Orada nə qədər millət yaşayır? Onların hər biri öz müqəddəratını təyin edib. Ancaq ermənilərin istəyinə, onların konsepsiyasına görə, belə çıxır ki, Rusiyanın ərazisində 20-30 dövlət yaranmalıdır. Axtarsaq, öz müqəddəratını təyinetmə forması da müxtəlifdir. Avropa dövlətlərinin hər birində sayı 100 min, 500 min, bir neçə milyon olan etnik azlıqlar var. İndi Ermənistan dünyada yeni bir qayda-qanun yaradıb, yeni konsepsiya ortaya qoymalıdır? Azərbaycanın mövqeyi ondan ibarətdir ki, onun ərazisi mərhələ-mərhələ azad olunmalıdır. Birinci mərhələdə 5 və ya 7 rayon boşaldılmalıdır, sonra Dağlıq Qarabağla Ermənistan arasındakı dəhlizin statusu müəyyən olunmalıdır, sonra digər məsələlər həllini tapmalıdır. Əsas məsələ ondan ibarətdir ki, bütün bunlar reallaşdıqdan, qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra keçid dövrü olsun. Müəyyən müddətdən sonra Dağlıq Qarabağın statusu ətrafında müzakirələr başlamalıdır ki, bu region öz müqəddəratını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansı formada həll etsin. Madrid təklifləri elə Madrid təklifləri olaraq qalır, onun yenilənmiş variantında yalnız kiçik bir cümlənin başqa formada yazılmasından söhbət gedə bilər.
- Vasitəçilərin son səfərini necə qiymətləndirirsiniz?
- Həmsədrlərin səfəri Prezident İlham Əliyevin Fransaya uğurlu səfərindən sonra oldu. Fransa Minsk qrupunun həmsədr ölkələrindən biridir, ona görə də Azərbaycan Prezidenti ilə Fransa prezidenti arasındakı danışıqlar vacib idi. Həmsədrlər də bununla bağlı müəyyən məsləhətləşmələr aparmalı və bu söhbətin nəticəsini Azərbaycan Prezidentindən öyrənməli idilər.
Xatırladım ki, prezidentlərin son danışıqları müəyyən pozitiv dinamika ilə başa çatıb. Bu il ərzində dünya birliyi, aparıcı dövlətlər olan ABŞ-ın, Rusiya Federasiyasının, Fransanın bu məsələyə diqqəti daha da artdı, onlar gördülər ki, doğrudan da Cənub Qafqazda sabitlik və təhlükəsizliyin bərpa olunmasını istəyirlərsə, Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Cənubi Qafqazdakı problemlərin ən ağrılısı, ən önəmlisi bu məsələdir. İstəsələr də, istəməsələr də sərhədlərin açılması və münaqişənin həlli bir-birinə bağlı məsələlərdir. Onlar bunu çox yaxşı başa düşürlər. Amma indi müəyyən maraqlara görə müəyyən bəyanatlar verirlər. Həm Rusiya, həm ABŞ, həm də Fransa prezidentləri müxtəlif vaxtlarda Azərbaycan Prezidenti ilə telefon danışıqlarında, görüşlərində, yazışmalarında, eyni zamanda özləri bir yerdə olanda - məsələn, Akvil şəhərində - bəyan ediblər ki, artıq münaqişənin həllinin vaxtı çatıb. Bütün bunların hamısı Ermənistanın çox çətin vəziyyətdə olması fonunda baş verib. Sərhədlərin açılması nə deməkdir? Bu gün böhran dövründə Ermənistanı dolandırmaq, yaşatmaq üçün imkanlar həddən artıq məhdudlaşıb. Ermənistanın ona ən yaxın tərəfdaş dövlət olan Rusiya ilə əlaqələri əvvəlki səviyyədə deyil, təkcə İranın hesabına Ermənistan yaşaya bilməz. Ermənistan özünü təcrid olunmuş vəziyyətə salıb. İndi Ermənistana bir nəfəslik, açılım lazımdır. Bu açılım da Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması olardı. Bunların hamısını, Qərbin Ermənistana olan qayğısını biz görürük. Buna etirazımız yoxdur, nə qədər istəyirlərsə məhəbbətlərini, qayğılarını göstərsinlər. Lakin Azərbaycan kimi bir dövlətin əhəmiyyətini bildikləri halda bizə müəyyən mənada dırnaqarası baxmaq düzgün deyil. Azərbaycana layiq olduğu münasibəti göstərmək lazımdır, çünki Azərbaycan öz sözünü deyə bilən, xarici və daxili siyasəti müstəqil olan, başqalarından fərqli bir dövlətdir. Ermənistan isə dediyim kimi, çox çətin vəziyyətdədir. ABŞ, Fransa, Rusiya, hətta Ermənistan rəhbərliyi özü də görür ki, münaqişə həll olunmadan bu regionda sabitliyə, təhlükəsizliyə və Ermənistanın bir dövlət kimi inkişafına nail olmaq mümkün deyil. Lakin digər tərəfdən, Ermənistan rəhbərliyi onu da anlayır ki, münaqişə həll olunduqdan sonra öz xalqları onları süpürüb bir tərəfə atacaq. Ermənistan hakimiyyəti həmişə münaqişədən bir vasitə kimi istifadə edib, bunun əsasında hakimiyyətə gəlib. Bu qorxularına baxmayaraq, müəyyən addım atdılar, çünki başqa alternativləri yox idi. İndi elə bir situasiya yaranıb ki, artıq geriyə yol yoxdur. Azərbaycan Prezidenti noyabr-dekabr aylarındakı çıxışlarında qeyd etdi ki, biz sonsuzluğa qədər dözməyəcəyik, səbrimizin, dözümümüzün bir həddi var, əgər bu prosesdə də uğur əldə edilməsə, onda başqa variantlar axtarmaq hüququ bizdə qalır. Bu mesaj da Ermənistanda çox böyük təlaş, həyəcan doğurdu, onlar neçə həftədir danışırlar ki, Azərbaycan müharibə etsə, biz hansı addımı atarıq və s. Bu gün Ermənistanın yeganə yolu danışıqlar yolu ilə, Madrid təklifləri çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaqdır. Bunun başqa yolu ola bilməz, münaqişə uzandıqca Ermənistan üçün böyük problemlər yaranacaq.
Həmsədrlərin səfərində bir məqsəd də ondan ibarət idi ki, Azərbaycan Prezidentinin mövqeyini dəqiqləşdirsinlər, gələn ilin əvvəlində keçiriləcək yeni görüş üçün baza hazırlasınlar.
- Azərbaycan hər zaman bildirir ki, Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə Azərbaycan unitar dövlətdən federativ dövlətə çevrilə bilərmi?
- Yox, buna əsas yoxdur. Azərbaycan unitar dövlətdir və bu çərçivədə Naxçıvan Muxtar Respublikası da mövcuddur. Əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayəti də var idi. İndi də söhbət Azərbaycanın mərkəzi hökuməti ilə vertikal əlaqələr çərçivəsində müəyyənləşdiriləcək statusdan gedir. Bu çərçivədə hansısa etnik azlıq öz müqəddəratını təyin edə bilər. Müqəddəratın təyin edilməsi nədir? Milli azlığın ana dilində təhsil almaq, mədəniyyətini, adət-ənənələrini inkişaf etdirmək hüququ ola bilər. Bununla bağlı bütün dünyada yüzlərlə praktika, model var, onlardan birindən istifadə etmək mümkündür. Ən yaxşı nümunələrdən biri yuxarıda qeyd etdiyim kimi, böyük qonşumuz olan Rusiya Federasiyasıdır. Hansı variantın üzərində razılığa gələcəyimiz danışıqlar prosesində müəyyənləşəcək. Bu, Madrid təkliflərinin razılaşdırılmasında ən son mərhələ olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

