/ / Azərbaycanlı deputat rusiyalı senatorun Surqut aeroportuna görkəmli geoloq Fərman Salmanovun adının verilməsi ilə bağlı fikirlərini şərh edib
Azərbaycanlı deputat rusiyalı senatorun Surqut aeroportuna görkəmli geoloq Fərman Salmanovun adının verilməsi ilə bağlı fikirlərini şərh edib
06.02.2019 [09:48]
Bu günlərdə “Exo Moskvı” radiostansiyasının efirində Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin üzvü Lyudmila Narusova Rusiyanın şöhrətləndirən görkəmli şəxsiyyətlərin adlarının ölkə aeroportlarına verilməsi məsələləri ilə əlaqədar narazılığını ifadə edib. Onu, xüsusən, Sibirin Surqut hava limanına görkəmli geoloq Fərman Salmanovun adının verilməsi məyus edib. “Sibirdə hansısa şəhərə, məncə, səhv etmirəmsə Surquta Süleyman ibn bilmirəm kimin adı verilib. Orada neft yataqlarını kəşf edən bir azərbaycanlının... Bunu tələffüz etmək belə çətindir”.
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Sevinc Hüseynova rusiyalı senatorun bu sözlərini AZƏRTAC-a şərh edərək qeyd edib ki, əsrlərdən bəri Rusiya və Azərbaycanın tarixi biri-biri ilə ayrılmaz şəkildə bağlıdır. Azərbaycanlılar və rusiyalılar birlikdə dünyanı faşizmdən xilas ediblər. “Azərbaycanlıların bir çoxu SSRİ-nin mövcud olduğu dövrdə ictimai-siyasi, elmi-texniki və mədəni həyatın inkişafı işinə əvəzsiz töhfələr veriblər. Məşhur geoloq Fərman Salmanov bunun parlaq nümunəsidir. Bu yaxınlarda Rusiyada görkəmli şəxsiyyətlərin adlarının ölkənin 47 aeroportuna verilməsi üzrə səsvermənin keçirilməsinin təklif olunduğu “Rusiyanın böyük şəxsiyyətləri” müsabiqəsinin təşkil olunması sevindirici haldır. Ötən ilin sonunda Rusiya Federasiyasının İctimai Palatası müsabiqənin nəticələrinə yekun vurub və ikinci dəfə adlanacaq aeroportların siyahısında Surqut şəhərinin hava limanı da var. Bu aeroporta “yuxarıdan daxil olan” bütün göstərişlərə rəğmən Qərbi Sibirdə inadla neft axtaran və uğur qazandığında “Neft tapdım! Salmanov” təcili teleqramını Moskvaya - Siyasi Büroya göndərən azərbaycanlı kəşfiyyatçı-geoloq Fərman Salmanovun adının verilməsi təklif olunub. Qeyd edim ki, bu məsələ ilə bağlı Surqutda 71 min nəfər rəy bildirib. Fərman Salmanovun namizədliyi şəksiz lider olub (58 faiz)”, - deyən Milli Məclisin üzvü L.Narusovanın sözlərindən təəssüflədiyini bildirib.
“Əlbəttə, heyfsilənirəm ki, Tuvadan olan senator, Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin üzvü, tarix elmləri namizədi xanım Narusova Fərman Salmanovun kim olduğu və Rusiya üçün nələr etdiyini bilmir. Zənnimcə, tarixdə iz qoymuş şəxsiyyətlərin adlarının tələffüz edilməsi belə böyük qürur mənbəyidir. Ona görə də öz həmkarıma Fərman Salmanovun Qərbi Sibirdə neft və qaz yataqlarının kəşfinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının əməkdar geoloqu, Xantı-Mansiysk və Yamal-Nenetsk muxtar mahallarının, Surqut şəhərinin, Texas ştatının və Çinin Szinçjou şəhərinin fəxri vətəndaşı olduğunu xatırlatmaq və kiçik tarixi arayış təqdim etmək istəyirəm. Qərbi Sibirdə 30 ildən çox işləyən görkəmli geoloq Tümenin şimalında 150-yə yaxın “qara qızıl” və “mavi yanacaq” yataqlarını ilk kəşf edən və kəşflərin iştirakçısı olub. O, 1987-ci ildən 1991-ci ilədək SSRİ geologiya nazirinin birinci müavini vəzifəsini tutub, 160-dan çox elmi məqaləsi və 10 monoqrafiyası dərc olunub. 2008-ci ildə 3 nömrəli Surqut gimnaziyasına Fərman Salmanovun adı verilib. Moskva, Bakı, Surqut, Salexard, Tümen, Xantı-Mansiysk, Qornopravdinskdə onun xatirəsinə heykəl və büstlər ucaldılıb. Fərman Salmanovun həyat tarixçəsi və şəxsiyyəti haqqında “Risk strategiyası” və “Sibiriada” bədii filmləri lentə alınıb.
Düşünürəm ki, onun ölkənin inkişafına verdiyi töhfəni qeyd etmək üçün bu faktlar kifayətdir. Ümumilikdə isə, aeroportlara bəşər tarixinə töhfələr vermiş böyük şəxsiyyətlərin adlarının verilməsi bütün dünyada geniş yayılmış təcrübədir”, - deyə Milli Məclisin üzvü sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

