/ / Vüqar Rəhimzadə: Növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək
Vüqar Rəhimzadə: Növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək
31.01.2019 [08:57]
Azərbaycan ötən 15 ildə özünün sürətli inkişaf dövrünü yaşayıb. Xüsusilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu daxili siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı yüksək səviyyədə təmin edilib, kənd və qəsəbələr simasını əsaslı şəkildə dəyişib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildikdən sonra qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib: “Məhz Prezidentimizin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu mənada ötən 15 ildə 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 Dövlət Proqramı qəbul olunub və müvəffəqiyyətlə icra edilib. Nəticədə, regionlarda böyük infrastruktur layihələri həyata keçirilib, kənd və qəsəbələrə yeni yollar, işıq, qaz xətləri çəkilib, bir sözlə, insanların rahat yaşaması üçün zəruri olan bütün tədbirlər görülüb”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı xüsusi olaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edilib, 5 il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirilib: “Bəli, Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. Ümumiyyətlə, son 15 ilin statistikası belə deməyə əsas verir ki, Azərbaycan inamla inkişaf edib. 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb. Ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb, 2 milyon yeni iş yeri yaradılıb. Regionların inkişafında xüsusi payı olan kənd təsərrüfatı sahəsində də böyük artımlar müşahidə edilib. Belə ki, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığı halda, ötən il 233 min ton pambıq tədarük edilib. Ötən il 13 rayonda 6200 ton tütün yığılıb. Əgər 2004-cü ildə 55 min ton üzüm yığılmışdısa, keçən il bu rəqəm 167 min tona bərabər olub. Təbii ki, ayrı-ayrı sahələrlə bağlı kifayət qədər belə müsbət rəqəmlər, göstəricilər qeyd etmək olar. Bütün bunlar bir daha sübut edir ki, qəbul və uğurla icra olunan 3 Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafında müstəsna yeri var”.
Vüqar Rəhimzadə əlavə edib ki, regionların sosial-iqtisadi inkişafı bundan sonra da dövlət başçısının xüsusi nəzarətində olacaq: “Prezidentimizin növbəti Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir. Hesab edirəm ki, növbəti 5 ildə Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək”.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12

