/ / 15 sentyabrda Bakı türklərin və azərbaycanlıların birliyi nəticəsində erməni daşnaklarından azad olundu
15 sentyabrda Bakı türklərin və azərbaycanlıların birliyi nəticəsində erməni daşnaklarından azad olundu
12.09.2009 [09:46]
Məlum olduğu kimi, sentyabrın 15-də Bakının erməni daşnaklarından azad olunmasının 91-ci ildönümü tamam olur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu bu əlamətdar tarixi günlə bağlı hər il tədbirlər keçirir. Bu barədə İnstitutun direktoru, millət vəkili Yaqub Mahmudov məlumat verib. Onun sözlərinə görə, Bakının 15 sentyabr 1918-ci il tarixində azad olunması, əslində, Azərbaycanın daşnak quldurlarının əlindən xilas olunması və Azərbaycan paytaxtının azərbaycanlılara qaytarılması demək idi: “Ona görə hesab edirik ki, bu hadisə Azərbaycan tarixinin ən şanlı, ən böyük hadisələrindən biridir. Eyni zamanda qeyd edim ki, Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən İnstitutumuz tərəfindən hazırlanan ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında 15 sentyabr hadisələri bütün detalları ilə öz əksini tapıb. Bununla belə, hər il institutumuzda bu istiqamətdə tədqiqatlarımız olur. Mahiyyət də, məqsəd də ondan ibarətdir ki, bu hadisə Azərbaycanda çox böyük, əlamətdar bayramlardan biri kimi qeyd olunsun və olunmalıdır, bu tarixi yazanlar əbədiləşdirilməlidir. Amma bir məsələni hamı dərk etməlidir, Bakının daşnaklardan azad olunması, azərbaycanlılara qaytarılması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq, igidlik göstəricisidir. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt süquta uğramaqda olan Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən iki generalımız - Əliağa Şıxlinski və Səmədbəy Mehmandarov çox böyük rol oynadı. Bakını azadetmə əməliyyatında bizim Həbibbəy Səlimov kimi igidlərimiz, bütövlükdə Bakı əhli çox ciddi fədakarlıq nümayiş etdirdi. Necə ki, Anadolu türkləri ilə Azərbaycan türkləri ilə qardaşdırlar, bu böyük əməliyyatı da onlar - Osmanlı döyüşçüləri ilə bizim azərbaycanlılar, xalq könüllüləri birgə həyata keçirdilər, birlikdə şücaət göstərdilər. Hesab edirəm ki, Bakının azad edilməsində Azərbaycan xalqının da xidməti unudulmamalıdır”.
Millət vəkilinin qeyd etdiyinə görə, bəzi tarixçilər bunu belə təqdim etməyə çalışırlar ki, Qafqaz İslam Ordusu buraya gəldi, Bakını azad etdi və onu azərbaycanlılara verib getdi. Əslində isə bu, heç də belə deyil: “Nuru Paşa o zaman azərbaycalılara çox arxalanırdı, xalqımız da bu prosesdə yaxından və fəal surətdə iştirak edirdi. Eyni zamanda, Azərbaycan xalqı Nuru Paşanın da fəaliyyətini, zəhmətini unutmadı. Sonralar ingilislər Nuru Paşanı həbs edib Batumiyə apararaq zindana atdı və ona ölüm hökmü kəsdilər. Lakin Xalq Cümhuriyyətinin ən ağır, ən çətin dövrünə, günlərinə təsadüf etməsinə baxmayaraq, bizim Azərbaycan igidləri bir dəstə şəklində Batumiyə gedərək ingilis mühafizəçiləri ilə vuruşaraq, - hətta şəhid düşənlərimiz də oldu, - Nuru Paşanı həbsdən azad etdilər. Yəni demək istəyirəm ki, Anadolu türkləri ilə Azərbaycan türkləri həmişə birgə olublar. İstər çanaqqala döyüşü olsun, istər Bakının azad edilməsi əməliyyatı olsun, istərsə digər məqamlar olsun, bir sözlə, həmişə anadolulularla azərbaycanlılar bir yerdə olublar və yəqin ki, hər zaman bir yerdə də olacaqlar”.
Y.Mahmudov “26-lar”la bağlı aparılan araşdırmalara da aydınlıq gətirib. Tarix İnstitutunun direktoru qeyd edib ki, əvvəla, “26-lar”ın axırı “23” oldu. İkincisi, bunun özü göstərdi ki, uzun illər “26-lar”la bağlı Azərbaycan xalqına saxta, həqiqətəuyğun olmayan məlumatlar verilib: “26-lar”ın içərisində elələri olub ki, məsələn, Tatevos Amiryan - Osmanlı sultanlığına qarşı qiyam qaldıran terrorçu quldur dəstəyə başçılıq edib və sonradan öz quldur dəstəsiylə gəlib Azərbaycanda, xüsusilə paytaxt Bakıda evlər talamaqla, yarmaqla, daşnak tör-töküntülərinə pul toplamaqla məşğul olub. Sonradan onu da aparıb “Bakı komissarı” ediblər. Demək istəyirəm ki, biz bu yöndə tədqiqatlarımızı, araşdırmalarımızı davam etdiririk və vəd etdiyimiz kimi, topladığımız ciddi tarixi sənədləri, materialları, nəticələri yaxın zamanlarda kütləvi informasiya vasitələrinin əməkdaşlarına açıqlayacağıq. Eyni zamanda, onu da qeyd edim ki, bir məsələ tamamilə aydın oldu ki, qaniçən Şaumyan Daşnaksütyun Partiyasının üzvü və bu partiyanın Bakı Komitəsinin rəhbərlərindən biri olub. Yəni, artıq bu məsələləri tarixi sənədlər, sübutlar əsasında ortaya qoymağa nail olmuşuq”.
“26-lar”ın qəbirləri indiki Sahil bağından köçürülərkən orada bir neçə komissarın, o cümlədən, Şaumyanın cəsədinin olmaması haqqında məlumatlar da yayılmışdı” sualına cavabında isə Y.Mahmudov bunları bildirib: “Bəli, orada Şaumyanın cəsədi yox idi. Mən özüm şəxsən orada 4-5 gün oldum. Biz bu müddət ərzində bunkerin içində çalışdıq, orada, əslində, 26 yox, 23 qəbir var idi. Bunların da hamısı ekspertizadan keçirildi. Qeyd edək ki, “26-lar”dan cəmi 3 nəfərinin yaşı 40-dan çox olub. Biri Şaumyan, biri Məşədi Əzizbəyov, biri də Tatevos Amiryan. Bu 3 nəfərdən isə cəmi birinin qəbri - cəsədi tapılan cəsədlər içərisində olub. O da bütün göstəricilərinə görə daha çox Əzizbəyova uyğun gəlirdi. Yəni demək istəyirəm ki, 23 nəfərin qəbrinin, cəsədinin içərisində nə Şaumyanın, nə də Amiryanın cəsədi yox idi”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
