Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlər Kabinetinin 2018-ci il üçün iş planında nəzərdə tutulmuş məsələlərə dair iclas keçirilib

Nazirlər Kabinetinin 2018-ci il üçün iş planında nəzərdə tutulmuş məsələlərə dair iclas keçirilib

23.02.2018 [10:19]

Fevralın 22-də Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin inkişaf istiqamətləri haqqında” və “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları barədə təqdimatın keçirilməsi haqqında” məsələlərə dair müvafiq qurumların rəhbərlərinin hesabatları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra peyk kommunikasiya xidmətlərinin inkişaf istiqamətləri bəyənilib, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər məqbul hesab edilib. Aidiyyəti qurumlara nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Nazirlər Kabinetinin iclasında, həmçinin “İcra intizamı haqqında” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün dəqiqləşdirilmiş iş planı haqqında” cari məsələlərə də baxılaraq müvafiq qərarlar qəbul edilib.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31