TRT HABER: Xocalı soyqırımı heç vaxt unudulmayacaq bəşəri faciədir
22.02.2018 [09:54]
Türkiyənin TRT HABER televiziya kanalı fevralın 20-də axşam saatlarında Xocalı soyqırımı ilə bağlı “Anadolu soruşur” media platforması çərçivəsində geniş veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, verilişin qonağı Azərbaycan Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov olub.
Xocalı faciəsindən bəhs edən teleaparıcı Sinan Burhan əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 20-də bu soyqırımı barədə söylədiyi fikir və mülahizələr barədə tamaşaçılara məlumat verib. S.Burhan qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdikləri bu vəhşiliyin təfərrüatı, eləcə də Xocalı soyqırımının səbəb və məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verən deputat Elman Məmmədov “Kərkük” qəzetinin departament rəhbəri Aybəniz Kuzeçi, “Cay” TV-nin əməkdaşı Həsən Yavuz və “Yeni çağ” qəzetinin baş redaktoru, yazıçı-publisist Aqil Ələsgərin suallarını cavablandırıb. Milli Məclisin deputatı faktlarla əsaslandırıb ki, ermənilərin məqsədi məhz Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olub və bunu da həyata keçiriblər. Xocalı coğrafi ərazisinə və infrastrukturuna görə Dağlıq Qarabağın strateji məntəqəsi hesab olunurdu. Digər tərəfdən, yerli əhalinin türk və müsəlman olması soyqırımının törədilməsinin başlıca səbəblərindən biri kimi izah edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı barədə fikirlərini yüksək dəyərləndirən Elman Məmmədov Ermənistanın qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsassız ərazi iddiası, işğalçı ölkənin əhalisinin son dərəcə yoxsul bir vəziyyətdə olması, həmçinin bu ölkəni cinayətkarların idarə etməsinə dair faktları tamaşaçılarla bölüşüb. O diqqətə çatdırıb ki, saxta “Böyük Ermənistan” iddiasının yaratdığı xəstə təxəyyül Ermənistan dövlətini girdaba yuvarlayıb.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində təcavüzkar Ermənistan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də perspektivdə olan TAP və TANAP kimi iqtisadi layihələrdən tam şəkildə təcrid olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında həyata keçirilən birgə layihələr ölkələrimizin gücünü davamlı olaraq möhkəmləndirir.
Azərbaycan və Türkiyə diaspor təşkilatlarının gücünün birləşdirilməsi, iki qardaş ölkə arasında hərbi əlaqələrin daha da genişləndirilməsi, iş adamlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti və s. kimi məsələlər ətrafında fikirlərini bildirən E.Məmmədov sürətlə inkişaf edən Azərbaycan Ordusunun peşəkarlığından, hərbçilərimizin ruh yüksəkliyindən bəhs edərək əminliklə bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün yetərli gücə malikdir və xalqımız heç zaman işğal faktı ilə barışmayacaq.
Veriliş boyu Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

