"Eurovision-2009" macəraları...
21.08.2009 [00:50]
“Eurovision-2009” mahnı müsabiqəsinin başa çatmasından 3 aydan artıq vaxt ötməsinə baxmayaraq, Azərbaycan ictimaiyyətində yarışma ilə bağlı müzakirələr yenidən alovlanıb. Maraqlıdır ki, bu dəfə nə Rusiyanın müsabiqənin mükəmməl təşkil olunması istiqamətində gördüyü işlər, nə Norveç təmsilçisi Aleksandr Rıbakın haqlı qələbəsi, nə də Azərbaycan sənətçilərinin yüksək nəticəsi müzakirə olunur. Cəmiyyətimiz müsabiqədə Ermənistan təmsilçilərinə - İnqa və Anuşa səs verən səbatsızları və onların bu addımını sorğu-sual edir. İctimaiyyət ermənilərə səs vermiş “azərbaycanlıları” haqlı olaraq qınayır. Baş verənlərə daha geniş rakursdan baxmaq məqsədəuyğundur. Hər halda belədə həqiqətin üzə çıxması, ermənilərə səs verənlərin hansı niyyətdə olduqlarını müəyyənləşdirmək daha asan olacaq.
“Eurovision” milli musiqi nümunələrinin təbliği üçün əla imkandır
Başlayaq elə ilk addımdan. “Eurovision” yarışması Avropa Yayım Birliyi tərəfindən hər il Avropa ölkələri arasında təşkil olunur və hazırda dünyanın ən populyar mahnı müsabiqələrindən biridir. 1956-cı ildə İsveçrədə start verilən bu yarışmanın ilk iştirakçıları ev sahibləri ilə yanaşı, Almaniya, Hollandiya, Belçika, Fransa, Lüksemburq və İtaliya olub. İlk müsabiqənin qalibi adına isə İsveçrəni təmsil edən Liz Asianın məşhur “Refreyn” mahnısı layiq görülüb. ümumiyyətlə isə, müsabiqədə ən çox qalib olan ölkə İrlandiyadır. Buna baxmayaraq, müsabiqəyə ən çox Böyük Britaniya ev sahibliyi edib. Hesablamalara görə, hər il 500-600 milyon insan tərəfindən izlənilən bu müsabiqəyə maraq getdikcə artmaqdadır. Bu, yarışa qatılan iştirakçı ölkələrin sırasının genişlənməsində də özünü göstərir. Təşkil olunduğu ilk tarixdə 7 ölkənin təmsil olunduğu yarışmada son olaraq, 2009-cu ildə 42 ölkənin sənətçiləri birincilik uğrunda mübarizə aparıblar. Azərbaycan isə ilk dəfə 2008-ci ildə keçirilmiş müsabiqədə iştirak edib. Təmsilçilərimiz Elnur və Samir ilk yarışmada onluqda qərarlaşdığı halda, bu il təşkil olunan müsabiqədə təmsilçilərimiz Aysel və Araş cütlüyü 3-cü yeri tutaraq Azərbaycanın musiqi tarixində ən böyük uğurlardan birinə imza atıblar.
Bu müsabiqənin təşkil olunmasında əsas məqsəd Avropanın televiziya kanalları arasında əlaqələri daha da möhkəmləndirməkdən ibarət olduğu söylənsə də, əslində, bu yarışma daha çox Avropa xalqları arasında mədəni əlaqələrin genişləndirilməsinə, müxtəlif xalqların milli mədəniyyət nümunələrinin təbliğinə xidmət edir. Elə bu səbəbdəndir ki, iştirakçılar daha çox öz xalqlarının adət-ənənələrinə, milli mental dəyərlərinə uyğun ifa sərgiləməyə çalışırlar. Azərbaycan təmsilçiləri də qatıldıqları hər iki yarışmada xalqımızın milli musiqi nümunələrindən bəhrələnməkdə haqlı idilər. Əgər ötən il Samir və Elnur dueti muğamdan fraqmentlər səsləndirmişdisə, bu il Aysel və Araş cütlüyü ən qədim musiqi alətlərimizdən olan tarı öz səhnə performanslarına daxil edərək, bir növ dünyaya anlamlı bir mesaj da vermiş oldu. Eynilə də, digər ifaçılar bu yarışmada öz musiqi ənənələrini maksimum təbliğ etməyə çalışırlar. Təkcə bədnam qonşumuz Ermənistandan savayı. Bu barədə bir qədər sonra. Amma indi əsas diqqəti digər məsələlərə yönəldək.
“Eurovision” özündə siyasi motivləri əks etdirən mahnı müsabiqəsidir
“Eurovision” mahnı müsabiqəsi bir mədəniyyət hadisəsi olmaqla yanaşı, özündə siyasi motivasiyalı mexanizmləri də cəmləşdirir. Təsadüfi deyil ki, ölkələr bir-birlərinin mədəniyyət nümunəsi - canlı performansı və mahnısını qiymətləndirərkən siyasi motivlər də yüksək səviyyədə öz sözünü deyir. Yəni, müttəfiqliyə əsaslanan isti münasibətlərə və ümumi maraqlara malik olan ölkələr müxtəlif istiqamətlərdə olduğu kimi, bu sahədə də öz dəstəklərini bir-birlərindən əsirgəmirlər. Və ya hər hansı bir ölkə bu və ya digər ölkələrlə münasibətləri normallaşdırmaq, yaxud məruz qaldığı təzyiq elementlərini dəf etmək məqsədilə də bu vasitədən istifadə edə bilir. Bəzi hallarda isə ölkələrdən birinin digərini yüksək səviyyədə qiymətləndirməsi hər hansı bir fəaliyyətin qarşılığında adekvat “təşəkkür və ya xoşniyyətli mesaj əlaməti” kimi dəyərləndirilir. “Eurovision-2004”də Ukrayna təmsilçisi Ruslananın “Wild Dance” mahnısı ilə qalib gəlməsi, məhz bu qəbildən olan siyasi motivlərlə əlaqələndirildi. Təsadüfi deyil ki, həmin ildə Ukraynada “narıncı inqilab”la hakimiyyətə Qərbpərəst qüvvələr - Viktor Yuşşenkonun komandası gəlmişdi. Elə bu səbəbdən əksər Qərb ölkələri bunu Ukraynada yeni və önəmli hadisə hesab edir və Kiyevə hərtərəfli dəstək nümunəsi sərgiləyirdilər. Elə bu dəstək “Eurovision-2004”də də özünün ən yüksək səviyyədə təcəssümünü tapdı... Və Ukrayna arxasına aldığı Qərbin dəstəyi ilə qalibiyyətin sevincini dadmış oldu.
Əlbəttə, “Eurovision” mahnı müsabiqəsində həlledici təsirə malik bu kimi faktların sayı kifayət qədərdir. Rusiya-Belarus-Ermənistan, Şimali Kipr-Yunanıstan, Norveç-İsveç-Finlandiya və digər ölkələr qrupunun bir-birini daimi dəstəkləmə tendensiyası hər halda mədəniyyət nümunələrini mütəmadi bəyənmə motivinə deyil, siyasi maraq, yönüm və dəstək əsaslarına söykənir. çünki hər il müsabiqə ərəfəsində səs və xal baxımından bir-birilərini dəstəkləyən ölkələr sırasına nəzər saldıqda, eyni mənzərə ilə rastlaşmış oluruq.
Digər tərəfdən, “Eurovision” mahnı müsabiqəsi ölkələr üçün mədəni və siyasi baxımdan tanınma istiqamətində də mühüm önəm kəsb edir. Milli siyasətin mədəni istiqamətini təşkil edən bu addım beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyiş mənbəyi olmaqla yanaşı, yeni əməkdaşlıqların da əsasını qoymuş olur. Və ya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfələr bəxş edir. Qeyd etdiyimiz kimi, sıx müttəfiqlik və dostluq münasibətlərinə malik olan ölkələr isə bu sahələrdə də mütəmadi şəkildə bir-birlərini dəstəkləyirlər. Bunun ən parlaq nümunələrinlən birini Azərbaycan-Türkiyə dayanışması təşkil edir. Hər il hər iki ölkənin bir-birini ən yüksək səviyyədə - 12 xalla dəstəklənməsi əzəli-əbədi dostluq və tərəfdaşlıq, qardaşlıq münasibətlərinin mədəni təzahürünü təşkil edir. Bu hallarla yanaşı, qeyd edildiyi kimi, bəzi ölkələr belə addımlardan “yumşaltma mexanizmi” kimi də istifadə edirlər. Yenə Türkiyə faktoruna istinad edək. ötən il baş tutmuş müsabiqədə Türkiyə Ermənistanın ifasını 10 xalla qiymətləndirdi. Təsadüfi deyil ki, həmin il qondarma “soyqırımı” iddiaları ifrat şəkildə gündəmə gətirilmiş və Ankaraya qarşı təzyiqlər ən yüksək səviyyəyə çatmışdı. Elə Ankara Ermənistana 10 xal verməklə “yumşaltma mexanizmi”ndən istifadə etməyə çalışdı. Bu “10 xal” təzyiq elementlərinə qarşı adekvat siyasi addım kimi qiymətləndirildi...
Bir sözlə, yuxarıda sadalanan fikirlər hər il düzənlənən “Eurovision” mahnı müsabiqəsində siyasi motiv və meyarların aydın təsiri və təzahürünü bir daha əks etdirir.
Erməni xisləti... Və ya “mədəni imperializm”in erməni təcrübəsi
Yuxarıdada qeyd etdiyimiz kimi, bu yarışmanın spesifik cəhətlərindən biri də odur ki, yarışmaya qatılan bütün iştirakçılar öz musiqi ənənələrini təbliğ etməyə cəhd edirlər. Hər bir iştirakçı seçdiyi, ifa etdiyi musiqilərdə milli kaloritləri əks etdirmək üçün müxtəlif üsullara müraciət edirlər. Bütün iştirakçılar üçün keçərli olan bu halı təkcə Ermənistana şamil etmək olmaz. Bunun da səbəbləri tarixə az-çox bələd olan hər bir kəs üçün kifayət qədər aydındır. Ermənilər tarix boyu təcavüzkarlıq və işğalçılıq əməlləri ilə yanaşı, müxtəlif xalqların maddi mədəniyyət nümunələrinə - milli sərvətlərinə də göz dikməkdən və onları mənimsəməkdən geri qalmayıblar. Mahiyyətcə “mədəni imperializm”in növlərindən olan mədəni işğalçılıq və ya təcavüzkarlıq çirkin siyasi məqsədlərə xidmət etməklə yanaşı, ermənilərin xarakter və niyyətlərini də bir daha göz önünə gətirməkdədir. “Tarixi saxtalaşdırmaq “millət olmağın” başlıca şərtidir” prinsipini özünün milli ideologiyasına çevirən ermənilər Azərbaycanın maddi mədəniyyət nümunələrinə - milli sərvətinə qarşı da hər il müxtəlif çirkin iddialar irəli sürməkdə, eləcə də, “oğurluq fəlsəfəsi”ni “məharətlə” davam etdirməkdədirlər. Elə bu il Moskvada baş tutmuş “Eurovision-2009” mahnı müsabiqəsində Ermənistanla bağlı videobaşlıqda erməni abidələri içərisində Dağlıq Qarabağdakı abidələrin nümayiş etdirilməsi növbəti “mədəni işğalçılıq” nümunəsini təşkil etməkdədir. Amma bu çirkin niyyət və addımlar təkcə bununla bitmir... ötən il baş tutmuş “Eurovision-2008” mahnı müsabiqəsində də “bir daşla iki quş” prinsipindən istifadə edilib. Belə ki, erməni müğənnisi Surişonun ifa etdiyi “Gele-Gele” mahnısı Ukrayna və Azərbaycanın mədəniyyət nümunələrindən oğurluqlar əsasında hazırlanıb. Yəni, qondarma “Gele-Gele” ukraynalı Tina Karolun “Eurovision-2006”da ifa etdiyi “Show me your love” mahnısından oğurlanıb. Oğurluğa əsaslanan mahnının ikinci tərəfini isə o təşkil edir ki, ifadan Ukrayna çalğı alətləri çıxarılaraq Azərbaycanın balaban, nağara və tütək kimi musiqi alətlərinin ifası daxil edilib. Qısacası, bu dəfə ermənilər bir deyil, bir neçə istiqamətə hücum edərək müxtəlif mədəniyyət nümunələrini mənfurcasına mənimsəyiblər. Eləcə də, bu il keçirilən müsabiqədə ermənilər Azərbaycanın məşhur aşıq mahnılarından biri olan “Ovşarı”nı dünyaya erməni mahnısı “Can-can” kimi təqdim etməyə çalışdılar.
Söylənildiyi kimi, bu cür oğurluq və mənimsəmə faktlarının sayı kifayət qədərdir. Belə ki, bunlardan birini 2006-cı ildə erməni tütək ifaçısının Azərbaycan musiqilərindən ibarət albom-disk buraxması təşkil edir. Albomdakı Azərbaycan musiqiləri “erməni milli melodiyaları” adı altında nümayiş etdirilib. “Tradisional Grossrad” şirkəti tərəfindən buraxılan bu albomdakı xalq və bəstəkar mahnılarının, eyni zamanda, ifa alətlərinin Azərbaycana məxsusluğu sonradan hüquqi qaydada öz təsdiqini tapıb. Bundan başqa, erməni bəstəkarı Ara Gevorkyanın Tofiq Quliyevə məxsus “Sənə də qalmaz” mahnısını mənimsəməsi və bunu “Artsax” adlandırması erməni xislətinə əsaslanan daha bir oğurluq faktını təşkil etməkdədir. Bunlar bəs deyilmiş kimi, mənfur qonşularımız Azərbaycanın dahi, görkəmli simalarını da öz adlarına yazmağa çalışmaqdadırlar. ötən il Böyük Britaniyanın “Britannica” adlı ensiklopediyasında Qara Qarayevin erməni bəstəkarı kimi təqdim edilməsi bu cür çirkin fakt və niyyətlərin yalnız birini təşkil edir. Təsadüfi deyil ki, bu zaman ensiklopediyanın redaksiya heyətinin aparıcılarından biri Kolumbiya Universitetinin professoru erməniəsilli Ronald Qriqor Sunni olub. Göründüyü kimi, erməni xislətinə məxsus “nə mənimsəsək, nə oğurlasaq, qənimətdir” prinsipi burada da işə salınıb.
Bunlardan əlavə, ötən il Azərbaycan Müəllif Hüquqları üzrə Dövlət Agentliyi (AMHDA) BMT-nin ümumdünya Əqli Mülkiyyət Təşkilatına (WİPO) ermənilərin indiyədək aşkar olunan Azərbaycan musiqilərini mənimsəmə faktları ilə bağlı məlumatları təqdim edib. Siyahıda Azərbaycana məxsus müxtəlif ifa alətləri və xalq musiqiləri, o cümlədən, Cahangir Cahangirovun “Ay qız”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Gecə zəngləri”, Aygün Səmədzadənin “Məktəb illəri” və s. kimi mədəniyyət nümunələri yer alır. Bu da ona işarə edir ki, ermənilər özlərinin hər bir sahədə olduğu kimi, mədəniyyət istiqamətində də “qıtlıq sindromu”nu oğurluq və təcavüz hesabına aradan qaldırmağa niyyətləniblər. Məhz bu cür çirkin niyyət və addımların qarşısının alınmasında bu sahədə xüsusi nizamnamə və fəaliyyət mexanizminə malik beynəlxalq təşkilatlar da əllərindən gələni etməlidirlər. çünki “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Roma Konvensiyasında da hər hansı bir xalqın mədəniyyət nümunələrinə qarşı mənimsəmə və ya təcavüz faktları qəti şəkildə yolverilməz hesab edilir. Elə buna görə də, təcavüzkar ermənilərin hər bir sahədə olduğu kimi, bu istiqamətdə də atdığı addımlar, göstərdiyi cəhdlər beynəlxalq hüquq normalarına ziddir. Bunun üçün də haqq-ədalətin bərpa edilməsi istiqamətində “oğurluq ustaları”na yaxşı bir “xəbərdarlıq silləsi”nin vurulması lazımdır. Əks təqdirdə, ermənilər getdikcə daha da azğınlaşacaq və müxtəlif xalqların mədəniyyət nümunələrinə qarşı çirkin iddialar və oğurluq faktlarını daha da artıracaqlar.
Bu “sms”lər təkcə Anuş və İnqayamı göndərilib?
İndi isə Azərbaycanda əsas müzakirə predmeti olan hadisəyə keçək. Xəbər verdiyimiz kimi, Azərbaycan milli təhlükəsizlik orqanları müsabiqədə erməni qızlarına “sms” yollamış 43 həmyerlilərimizdən bir qisminin adlarını açıqladı. Məlum oldu ki, bu siyahıda Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu Turan Oruclunun, Rövşən Nəsirlinin adları da var. Onların əməllərinin heyrət doğurduğu bir vaxtda, təhlükəsizlik orqanlarına verdikləri ifadələrdə öz əməllərini əsaslandırmaq üçün söylədikləri fikirlər isə əsəbləri tamamilə tarıma çəkir. “Bir səhvdir etmişik, millətimizin, dövlətimizin humanizminə sığınaraq bizi əfv etməyini gözləyirik” deməkdənsə, “hakimiyyətə etiraz olaraq belə etmişik” şəklində tükürpədici açıqlamalar verən bu gəncləri hansı məntiqlə vətənpərvər adlandırmaq olar?
Bəli, təhlükəsizlik orqanları ermənilərə səs göndərənləri dindirir və doğru iş görür. çünki, bu gün işimizi ehtiyatlı tutmasaq, belələrinin üzündən sabahkı qələbəmiz əldən çıxar. Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib. Torpaqlarımızı işğal etmiş Ermənistan isə daxilimizdə onlara işləyə biləcək “köstəbək” axtarır. Əlbəttə ki, indi ermənilərə səs göndərənlər, sonradan onlara dövlət sirlərini də satarlar...
...Bu hərəkətlərinə bəraət qazandıran “azərbaycanlılar” kimi bəziləri birinci Qarabağ müharibəsi zamanı özlərinin əvəzedilməz fəaliyyətlərilə ermənilərin rəğbətini və mükafatlarını qazanırdılar. Bu səbəbdən də bir çox əməliyyatlar iflasa uğradı, torpaqlarımızın böyük bir hissəsi işğal olundu...
Milli təhlükəsizliyimizi təmin edən təşkilatın sorğu-sual etdiyi şəxslər isə reklam olunmaq məqsədilə mətbuata çıxdılar və özlərini biabır etdilər. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun oğlu Turan Oruclunun ermənilərə səs vermək kimi hərəkətinə bəraət qazandıraraq bildirib ki, bu hərəkətin vətənpərvərliyə heç bir aidiyyəti yoxdur.
Digər “həmyerlimiz” Rövşən Nəsirli isə ermənilərin prodüsserlərindən biri olan Sərxandan geri qalmayaraq söyləyib ki, mən bu hərəkətimlə hökumətə və Araşın iştirakına etirazımı bildirdim...
Bu səbəb deyil, sadəcə vətənə, xalqa olan sevginin, hörmətin yox olması deməkdir. Hər bir xırda milli məsələ insanın vətənpərvərlik hisslərindən doğmalıdır. Ortada milli məsələ, xalqın namusu və torpaqlarımız olanda iqtidar və ya müxalifət söhbəti olmamalıdır. Sevindirici haldır ki, məhz bu məsələdə müxalifətin bəzi nümayəndələri ilə aramızda elə bir fikir ayrılığı yoxdur və hər iki tərəf bu addımları pisləyir. Elə müxalifətdəki jurnalistlərin bəzilərinin qəzet səhifələrində işıq üzü görən məqalələrində də bu faktı sezmək mümkündür. “Yeni Müsavat” qəzeti də dərc olunmuş bir yazı ilə yuxarıda göstərilən şəxslərin bəraət dolu iddialarına münasibətini ortaya qoyub: “Bir şeyi unutmaq olmaz. Ermənilər bizim irz-namus düşmənlərimizdir. İşğal olunmuş torpaqlar da azad oluna bilər, yandırılmış kəndləri, evləri də yenidən bərpa etmək mümkündür, amma ləkələnmiş namus məsələsi heç vaxt unudulmamalıdır - buna görə ermənilər qarşımızda tarixi cavabdehdirlər...Ona görə də, nə qədər ki, gec deyil, bəzi ziyalılarımız və gənclərimiz “Orxan Pamuk presedenti”nin cazibəsindən qurturmalıdırlar”...
Düşünürük ki, belə halların bir daha təkrarlanmaması üçün bu məsələ ictimailəşməlidir. Ona görə ki, əgər sabah Ali Baş Komandan, Prezident İlham Əliyev diplomatik danışıqlar limitinin bitdiyini və torpaqlarımızın işğaldan azad olunmasının yeganə yolu müharibədir deyərsə və müharibə başlayarsa, bir daha “mən hökumətə etiraz olaraq ermənilərə işlədim” kimi hallara rast gəlməyək...
Vətənpərvərlik ailədən gəlir. Bu ab-havada boya başa çatan gənclərimiz ermənilərə səs verən “həmyerlilərimizdən” nümunə götürməməli, hər zaman torpaq üçün, xalq naminə öldürməli və ölməlidir. çünki, vətənsiz və namusu ləkələnmiş xalq məhvə məhkumdur. Bu səbəbdən də cəmiyyət özü “qara tikanları” təmizləməlidir. Bir də heç vaxt yaddan çıxarmaq olmaz ki, ermənilər Azərbaycan xalqına qarşı soyqırımı törədən zaman onun siyasi əqidəsini deyil, milli kimliyini əsas götürür.
Valideyn töhmət yerinə dəstək verərsə...
Bu hadisə ilə bağlı toxunulacaq ən vacib məqamlardan biri də valideynlər məsələsidir. Daha doğrusu, bu gün məlum səsverənlərlə yanaşı, onların valideynləri də mənəvi məsuliyyət daşıyırlar. Valideynlər məsələsini heç də təsadüfən qabartmırıq. Məsələ burasındadır ki, istər səs verənlərdən Rövşən Nəsirlinin gənc olması, istərsə də digər səs verən 17 yaşlı Turan Oruclunun atası Ərəstun Oruclunun “Oğlum səhəri günü bildirdi ki, məktəbdən bir neçə uşaqla birlikdə erməni müğənnilərə səs göndəriblər” sözləri, sözügedən 43 nəfərin böyük qisminin gənc, yaxud da məktəbli olduğunu deməyə əsas verir. Bu isə özlüyündə həmin gənclərin yol verdikləri bu səhvdə valideynlərinin də payının olduğunu göstərir. Görünən odur ki, bu şəxslərin ailələrində nəinki düşmənimizin kimliyi barədə söhbətlər açılmır, hətta, düşmən təmsilçisinə səs verənlər belə iradlara məruz qalmaqdansa, valideyn dəstəyini hiss edirlər. Sonuncu fikri də əsassız səsləndirmirik. Yenə də Ərəstun Orculunun fikirlərini xatırladaq: “...Mən də dedim: “Göndərmisiniz, göndərmisiniz də”. Bunu biləndə oğluma heç irad da tutmadım. Ona görə ki, mənim övladımın vətənpərvərliyi erməni müğənnisinə səs göndərməklə ölçülməməlidir”.
Amma, burada “stop” deməyə ehtiyac var. çünki, istər Ərəstun Oruclu, istərsə də digər valideynlər gecə-gündüz, hər an, hər dəqiqə öz övladlarına düşmənimizin kimliyini xatırlatmalıdırlar. Deməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, işğalçı ermənilər evlərimizi yandırıblar, qoca, cavan, körpə demədən günahsız insanlarımızı qətlə yetiriblər, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilər Xocalı soyqırımını həyata keçiriblər. ümumiyyətlə, ermənilər Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı hərbi və bəşəri cinayətlərə yol veriblər. Nə qədər ki, işğalçılar bu əməllərinə görə layiq olduqları cəzanı almayıblar, nə qədər ki, torpaqlarımızın işğalına son qoyulmayıb, Ermənistan təmsilçisinə verilən səs düşmənin cinayətkar əməllərinin dəstəklənməsi anlamına gəlməlidir.
Bəli, bütün bunlar zamanında valideynlər tərəfindən uşaqlarımıza, gənclərimizə deyilməlidir. Deyilməlidir ki, sabah bu səhvlər təkrar olunmasın. Və növbəti müsabiqələrdə kimlərsə Rövşən Nəsirli kimi “ermənilərin mahnısı mənə daha uğurlu gəldi” deməsin.
Yeri gəlmişkən, məlum səsvermə ilə bağlı proseslərin “qəhrəmanları” və onların yaxınları öz ayıblarına kor olmaqdansa, məsələni başqa istiqamətlərə yönəltməyə cəhd göstərirlər. Və bu zaman onların söykəndikləri arqumentlərdən biri də budur ki, “Eurovision” beynəlxalq musiqi müsabiqəsidir, burada düşmənçilik hissi ilə hərəkət etmək olmaz. Məsələyə mədəni yarışma prizmasından baxdıqda belə nə ermənilər, nə onlara səs verənlər, nə də səs verənlərin yaxınları haqlı deyillər. çünki konkret olaraq “Eurovision-2009” yarışmasında Ermənistan oğurluq sənət əsəri ilə mübarizəyə qoşulmuşdu. özü də düşmən ölkənin təmsilçiləri məhz bizim, doğma Azərbaycanımızın mahnısını oğurlayaraq, erməni sənət əsəri kimi dünya arenasına təqdim etmişdilər. Hər şeyi bir kənara qoysaq belə, məhz bu oğurluq faktının özü ermənilərə səs verənlərin haqsız olduqlarını göstərir. Daha doğrusu, əgər Ermənistan tərəfi oğurlanmış Azərbaycan mahnısını - qədim saz havası “Ovşarı”nı öz adına çıxararaq yarışa qatılırsa və Azərbaycandan kimlərsə ermənilərə səs verirsə, deməli onlar bu səsləri ilə mədəniyyət oğurluğuna da dəstək vermiş olurlar.
“Yeni Azərbaycan” analitik qrupu
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
