Madrid prinsipləri danışıqların gələcək perspektivləri baxımından nələr vəd edir?
25.07.2009 [11:05]
Son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda fəallıq müşahidə edilməkdədir. Bu da təbii olaraq, cəmiyyətdə münaqişənin sülh yolu ilə həllinə dair ümidlərin işarmasına səbəb olub. Eyni zamanda, münaqişə ətrafında cərəyan edənlər müxtəlif səpkili mübahisələrə də rəvac verib. Xüsusilə, Azərbaycan və Ermənistan prezidentləri arasında ötən həftə Moskvada baş tutan görüş və bu görüş ərəfəsində açıqlanan Madrid prinsipləri ictimai müzakirə predmeti olaraq qalır. Bəs görəsən, bu olaylar münaqişənin həllinin gələcək perspektivləri baxımından nələr vəd edir?
Madrid prinsiplərinin detalları
İlk olaraq, ən çox müzakirə olunan Madrid prinsiplərinə yenidən nəzər salaq. ABŞ-ın Prezident Administrasiyasının mətbuat xidmətinin açıqladığı Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Baza Prinsipləri ilə bağlı bəyanatında bu prinsiplərin Helsinki Son Aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabərhüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub. Ağ Evin mətbuat xidməti Madrid prinsiplərinin konkret maddələrini də açıqlamışdı:
1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması
2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi
3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması
4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunu ifadə etmək hüququ
5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ
6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi
Ağ Evin bəyanatında o da deyilirdi ki, Baza Prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, stabilliyin və firavanlığın yaranmasına səbəb olacaq.
Praqa prosesinin növbəti halqası
Əvvəla, onu qeyd etmək lazımdır ki, Madrid prinsipləri, daha dəqiq desək, Madrid danışıqları sülh danışıqlarında yeni bir mərhələnin əsasını qoyan Praqa prosesinin tərkib hissəsidir. Praqa prosesi isə rəsmi Bakının ən çox müdafiə etdiyi variant olub. Burada qeyd olunur ki, münaqişə mərhələli şəkildə həllini tapmalı və bütün mərhələlərin təminatı olmalıdır. Elə Madrid prinsipləri də məhz bu məqamları özündə əks etdirir. Əvvəl işğal altında olan torpaqlarımız işğalçı qüvvələr tərəfindən boşaldılmalı, o torpaqların həqiqi sahibləri - Azərbaycanın qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qayıtmalı, sonra tərəflər arasında əlaqələr, kommunikasiya və etimad mühiti formalaşdırılmalı, ən nəhayət isə, Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.
Azərbaycanın müdafiə etdiyi prinsiplər
Azərbaycanın səsləndirdiyi bəyanatlarda əks olunan əsas tezislərə diqqət yetirək:
- münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır;
- qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra Ermənistanla əlaqələr qurula bilər;
- Azərbaycan Dağlıq Qarabağda məskunlaşacaq erməni xalqının da təhlükəsizliyinə təminat verir;
- Dağlıq Qarabağ Ermənistana dəhliz vasitəsilə çıxış əldə edə bilər;
- Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilə bilər və bu məsələ gələcəkdə müzakirə oluna bilər.
Əgər diqqətlə təhlil olunsa çox açıq şəkildə görülür ki, Madrid prinsiplərində yer alan məsələlər məhz bu tezislərin, sadəcə, korrektə olunmuş formalarıdır. Deməli, Madrid prinsipləri bizim üçün yenilik olmadığı kimi, orada qorxulu sayılacaq maddələr də yer almır.
Kim haqlı, kim haqsız?
Ağ Evin Madrid prinsiplərini açıqlamasından dərhal sonra Azərbaycanda müxtəlif siyasi dairələr bu məsələ ətrafında əsassız ajiotaj yaratmağa başladı. Həmin siyasi dairələrin fikrincə, guya danışıqlar Azərbaycanın maraqlarına zidd şəkildə davam edir. Bəs həqiqət?
Həqiqət həmin dairələrin növbəti dəfə yanıldığını göstərir. Danışıqlar prosesinə start veriləndən Azərbaycanın mövqeyi heç vaxt bu qədər güclü dəstək görməyib. Ermənistanda bilinən bu həqiqəti Azərbaycanda görməmək cəhdlərinin arxasında yatan mətləblər isə xüsusi maraq və ikrah doğurur. Elə götürək Moskva bəyannaməsini. Həmin sənəddə Ermənistan prezidenti özü belə problemin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin altına imza atıb. Yəni, artıq İrəvan rəhbərliyi də Dağlıq Qarabağ və ətrafındakı rayonların hamısının Azərbaycanın hüquqi ərazisi olduğunu dərk və qəbul edir. Eynilə, əvvəllər ərazi bütövlüyünü ikinci plana qoymaq istəyən bəzi beynəlxalq qüvvələr də bu gün münaqişənin yeganə ədalətli həlli kimi, ərazi bütövlüyü prinsipini qəbul edir və dəstəkləyir. Belə olan halda, münaqişənin başqa həll variantının olmadığı bir həqiqət kimi qarşımızda dayanır.
Erməni xisləti və ya dəyişməyən “...yan” dueti
Təxminən 10 gün əvvəli xatırlayaq. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Madrid prinsiplərinin İrəvanın uzun müddətdir müdafiə etdiyi prinsipləri özündə əks etdirdiyini iddia edirdi. Elə prezident Serj Sarkisyanın da mövqeyi təxminən oxşar idi. Amma nə prezidentin, nə də xarici siyasət idarəsinin rəhbərinin bu sözləri erməni ictimaiyyətini və ziyalıları aldatmağa yetmədi. Erməni xalqı etirazlara başlamağa gecikmədi. Dərhal Sarkisyan və Nalbandyan media qarşısına çıxaraq Madrid prinsiplərinin danışıqlar üçün sadəcə istiqamət olduğunu, bu sənəddə yer alan müddəaların bəziləri ilə razılaşmadıqlarını söylədilər. Geridə isə çoxlu sayda sual qaldı - Necə oldu ki, sadəcə, 240 saat məsafə ilə birdən-birə bu qədər zidd olan bəyanatlar ifadə olundu? Ermənilərin və onların rəhbərlərinin bu qədər dəyişməsinə səbəb nə idi? Cavabı da aydındır. Bu qədər dəyişkənliklər sırasında dəyişməyən yeganə şey erməni xislətidir.
... Və son sözü Prezident söylədi
Azərbaycan Prezidenti İlham Əliyev bütün səfərlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı, Azərbaycanda keçirdiyi görüşlər zamanı, müsahibə və çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini kifayət qədər açıq və əhatəli ifadə edib və etməkdədir. Dövlət başçısının bu münaqişənin gələcək həlli ilə bağlı bütün fikir və proqnozları tarixi həqiqətlərə, real situasiyaya və beynəlxalq hüququn norma və prinsiplərinə söykənməklə yanaşı, cəmiyyətimizin hər bir üzvündə bir rahatlıq, arxayınçılıq yaradıb. Dövlət başçısı İlham Əliyevin dəyişməyən mövqeyi bundan ibarətdir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu münaqişə yalnız beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərarları əsasında həll olunmalıdır: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. ümumi ərazimizin 20 faizini təşkil edən zəbt olunmuş bütün torpaqlar erməni işğalından azad olunmalıdır. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkmiş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququ var. Biz hər zaman - həm 1990-cı illərdə də demişik və indi də deyirik ki, Dağlıq Qarabağa suveren Azərbaycan dövlətinin hüdudları daxilində mümkün qədər ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə mümkün yanaşmadır. Hesab edirəm ki, əgər erməni tərəfi siyasi iradə göstərsə, münaqişə həll olunacaqdır. Eyni zamanda, biz Ermənistanın bəzi narahatlığını, Ermənistan ilə Dağlıq Qarabağ arasında yerüstü əlaqə məsələsi, təhlükəsizlik zəmanəti və sülhməramlı əməliyyatlar kimi məsələləri anlayırıq. Biz bu məsələləri konstruktiv şəkildə həll edə bilərik. Regionda sülh hamıya bir çox üstünlüklər gətirəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və insanlarımız yenidən öz doğma yerlərində, ulu babalarının torpaqlarında yaşamaq imkanına malik olacaqlar. Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Ermənistan digər suveren ölkənin ərazisini zəbt edən ölkə imicinə son qoymalıdır”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
