Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidentinin tapşırığına əsasən Cibuti Respublikasına humanitar yardım göndərilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən Cibuti Respublikasına humanitar yardım göndərilib

11.04.2017 [10:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da FHN-in ayırdığı qida məhsulları ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Cibuti Respublikasına yola düşüb.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə yola salınan humanitar yardımın kütləsi 76 tona yaxındır. Humanitar yardıma 56 ton müxtəlif növ ərzaq məhsulları (qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31