YAP-ın namizədlərinin bələdiyyə seçkilərində böyük üstünlüklə qalib gələcəyinə əminik
23.06.2009 [11:32]
Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP Xətai rayon təşkilatının qərargahında müşavirə keçirib. YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov ölkəmizdəki ictimai-siyasi, iqtisadi-sosial vəziyyətlə bağlı məruzə edib. H.Mirələmov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş davamlı siyasi sabitlik və yüksək iqtisadi inkişaf Azərbaycanın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub. ölkə vətəndaşlarının həyatı son illər ərzində xeyli yaxşılaşıb.
Ulu öndərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilən genişmiqyaslı islahatların mühüm nəticələrindən bəhs edən YAP Xətai rayon təşkilatının sədri respublikamızın sürətli inkişafı və insanların sosial şəraitinin yüksəldilməsi ilə bağlı həyata keçirilən proqramların bütün vətəndaşlarda sabaha dərin inam hissi yaratdığını vurğulayıb. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, insanlar, o cümlədən Xətai rayonunun seçiciləri bu siyasətin alternativi olmadığını başa düşərək keçirilən bütün seçkilərdə yekdilliklə Heydər Əliyev siyasi xəttinə səs veriblər. Onun fikrincə, Xətai seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində də fəal iştirak edərək YAP-ın namizədlərini dəstəkləyəcəklər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, 2009-cu ilin dekabrında Azərbaycanda çox əhəmiyyətli olan siyasi kampaniya - yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində ölkəmizdə çox mühüm iki siyasi kampaniyanı keçirildiyini qeyd edən YAP İcra katibi hər iki səsvermədə xalqın fəal şəkildə iştirak etdiyini və insanların yekdilliklə davamlı islahatlara səs verdiklərini vurğulayıb: “2008-ci ilin oktyabr ayında keçirilən prezident seçkiləri cənab İlham Əliyevin yüksək qələbəsi ilə nəticələndi. Eyni zamanda, 2009-cu ilin mart ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində Azərbaycan xalqı bu dəyişikliklərə, mütərəqqi islahatlara səs verdi. Hesab edirəm ki, həm prezident seçkilərinin, həm də referendumun nəticələrinin bugünkü siyasətin bilavasitə yüksək səviyyədə dəstəklənməsini ifadə etməsi həyata keçirilən siyasətin Azərbaycan vətəndaşlarının mənafelərinə, istək və arzularına uyğun olması ilə bağlıdır”.
Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı 1993-cü ildən başlayaraq həyata keçirilən siyasətin onların yüksək həyat şəraitinin təmin edilməsinə və firavanlığına xidmət etməsini dəyərləndirərək bütün seçkilərdə bu davamlı islahatlara səs veriblər: “ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni iqtisadi siyasət, xüsusilə də neft strategiyası Azərbaycanın siyasi, sosial, iqtisadi inkişafının əsaslı təməllərini yaradıb və respublikamızın dünyada iqtisadi inkişaf tempinə görə lider dövlət olmasını şərtləndirib. Bu və digər yüksək nailiyyətlər onun göstəricisidir ki, Azərbaycanda dövlətin və xalqın maraqlarına, mənafelərinə uyğun siyasət həyata keçirilir və bu siyasət öz mühüm bəhrələrini verir. Bu, özünü ölkəmizin qüdrətinin artmasında, müasirləşməsində, yeniləşməsində, xalqımızın sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasında büruzə verməkdədir. Bu siyasət respublikamızın bir tərəfdən daxildə inkişafını əsaslandırır, digər tərəfdən isə Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsinə, imicinin yüksəlməsinə təsir göstərmiş olur. Bu sürətli inkişaf dinamikası ölkəmizin, xalqın həyatında yaranan mühüm dəyişikliklərin baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərməkdədir və vətəndaşlar da məhz bu siyasi sabitliyi, müsbət dinamikanı nəzərə alaraq keçirilən bütün seçkilərdə öz müsbət fikirlərini ifadə edirlər. Azərbaycan vətəndaşları həyata keçirilən bu siyasəti, eyni zamanda bu siyasəti həyata keçirən Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyirlər”.
Hər bir seçkinin sınaq olduğunu xatırladan Əli Əhmədov Yeni Azərbaycan Partiyasının indiyə qədər keçirilən seçkilərdən böyük qalibiyyətlə çıxdığını və bələdiyyə seçkilərində də böyük üstünlük əldə edərək qalib gələcəyinə əminliyini bildirib: “Bunun üçün çox ciddi əsaslar var. Həyata keçirilən məqsədyönlü və düşünülmüş uğurlu siyasət, insanların ölkə başçısına olan dərin inamı, bu siyasətin qətiyyətlə müdafiə olunması, bu əsasları yaradıb. Eyni zamanda, bu amillərin sırasına Yeni Azərbaycan Partiyasının bütün strukturlarının seçkilərin keçirilməsi ilə əlaqədar gördüyü işləri də əlavə etmək lazımdır”.
YAP İcra katibi Əli Əhmədov partiyanın digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinə də xüsusi hazırlaşdığını bəyan edib. “Biz istər yerli seçkilər olsun, istər parlament, istərsə də prezident seçkiləri, bu kampaniyalara eyni ciddiliklə yanaşmışıq və güman edirəm ki, indiyədək keçirilmiş seçkilərdə qazandığımız nailiyyətlərin yüksəkliyi həm də bununla əlaqədardır. Bələdiyyə seçkilərində də biz yenə yüksək nailiyyətlər və nəticələr əldə etmək niyyətini qarşımıza məqsəd kimi qoymuşuq. Hesab edirəm ki, bu niyyətlərə çatmaq üçün bələdiyyə seçkilərinə eyni ciddilik və məsuliyyətlə yanaşmalıyıq. Bu halda biz qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik”.
Onun fikrincə, seçkilərin keçirilməsinə yarım il qalmasına baxmayaraq YAP respublikamızın bütün bölgələrində seçkilərə partiyadaxili hazırlığa start verib. Bu hazırlığın məqsədi də partiyanın bütün yerli strukturlarının seçkilərlə bağlı resurslarının nəzərdən keçirilməsini və onların səfərbər edilməsini nəzərdə tutur. Ə.Əhmədovun YAP-ın bütün üzvlərinin irəli sürülmüş namizədlərin böyük təbliğatçısına çevrilməli olduğunu da vacib məsələ kimi vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası böyük potensiala malikdir. “Bu, həm insani potensialdır, YAP sıralarında 500 min nəfərə yaxın insan birləşib, həm də böyük təşkilati resurslardır, partiyanın bütün bölgələrdə və rayonlarda işinin səmərəli şəkildə qurulmuş strukturları fəaliyyət göstərir, bütün bu faktorlar seçkilərdə qələbənin tam təmin olunması üçün mühüm rol oynayır. Biz ölkə vətəndaşlarını qarşıdan gələn bələdiyyə seçkilərində həyata keçirilən siyasəti dəstəkləməyə səsləyirik. İnanırıq ki, YAP-ın irəli sürdüyü namizədlər hər bir bələdiyyə ərazisində insanlar arasında böyük nüfuza və yüksək siyasi fəallığa malik layiqli şəxslərdən ibarət olacaq. Təbii ki, vətəndaşlar da onları dəstəkləyəcəklər”.
Xətai rayonunun seçicilərinin indiyədək keçirilən bütün seçkilərdə xüsusi aktivlik nümayiş etdirdiyini xatırladan Əli Əhmədov onların yerli özünüidarəetmə orqanlarına seçkilərdə də ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu ifadə edib: “Mən inanıram ki, Xətai rayonunun seçiciləri indiyədək keçirilmiş bütün seçkilərdə yüksək fəallıq nümayiş etdirərək YAP-ın namizədinə böyük etimad göstərdiyi kimi, bələdiyyə seçkilərində də partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər”.
Tədbirdə çıxış edən digər natiqlər bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər. Onların fikrincə, YAP-ın bu seçkilərdə böyük üstünlük qazanacağı şəksizdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

