Ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır
23.05.2009 [10:55]
Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Tacikistan və özbəkistanda keçirilən tədbirlərdə iştirak etmək məqsədi ilə bu ölkələrə səfər edib. Nümayəndə heyətində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Qafar Əliyev, millət vəkili Vasif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycanın Xalq artisti Zaur Rzayev yer alıblar. Azərbaycanlı qonaqlar ulu öndərlə bağlı keçirilən tədbirlərdə iştirak edib, ölkəmizlə bu dövlətlər arasında əlaqələrə dair geniş müzakirələr aparıb, həmçinin, Qafar Əliyevin tacik dilinə tərcümə olunmuş “Müasir Azərbaycanın banisi, qurucusu və xilaskarı” adlı ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitabının təqdimat mərasiminə də qatılıblar. Dünən isə “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə bu səfərin yekunlarına dair Dəyirmi Masa keçirilib. Nümayəndə heyətinin üzvləri ilə yanaşı, Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirovun da qatıldığı tədbirdə, Azərbaycanın Tacikistanla aləqələrinin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan Qafar Əliyev Azərbaycan nümayəndə heyətinin özbəkistana və Tacikistana ümümmilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı səfəri haqqında geniş danışıb. özbəkistan və Tacikistanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıran natiq əlavə edib ki, bu ölkələrdə Azərbaycana və Azərbaycan xalqına böyük hörmət və sevgi vardır. O, daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin siyasətində diaspora, xaricdə yaşayan azərbaycanlılarla iş mühüm bir xətt təşkil edir. Bu siyasətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Məlumat üçün bildirim ki, 2001-ci ilin mart ayında Dünya Azərbaycanlılarının ilk qurultayı keçirilərkən, 50 milyonluq azərbaycanlılar Azərbaycanı özlərinin Vətəni adlandırmışdılar. Bu baxımdan, bu gün dövlətimizin mühüm prioritetlərindən biri diaspora ilə iş olduğunu dedikdə yanılmarıq.
ümumiyyətlə, dövlətimizin diaspora siyasəti 2 xətt üzrə aparılır: rəsmi dövlət səviyyəsində və qeyri-dövlət təsisatları xəttilə. Bildiyiniz kimi, Azərbaycanın dünyanın 50-dən çox ölkəsində səfirlikləri və diplomatik nümayəndəlikləri var. çox sevindirici bir haldır ki, Azərbaycan səfirliyinin mövcud olduğu ölkələrdən biri də Tacikistandır.
Azərbaycanla Tacikistan tarixi, milli və dini baxımdan bir-birinə yaxın dövlətlərdir. Azərbaycan və Tacikistan tarixin müəyyən mərhələlərində müstəqil münasibətlərə malik ölkələr kimi mövcud olmasalar da, onları ümumi bir siyasi məkan birləşdirib. Yəni, Azərbaycan və Tacikistan bu müddət ərzində eyni imperiyaların tərkibində olublar. Amma SSRİ imperiyası dağıldıqdan sonra Azəbaycanla Tacikistan tarixi və dini əlaqələrini bərpa etdi. Əgər əvvəllər ölkələrin bir-biri ilə münasibətlərindəki sərhəd Moskvada müəyyənləşdirilirdisə, müstəqillik əldə edildikdən sonra Azərbaycan və Tacikistan müstəqil dövlətlər kimi əvvəlkindən daha sıx münasibətlər yaratmağa başladı. Bu gün də iki ölkə iqtisadi, siyasi və mədəni əlaqələrini qoruyub saxlayır və inkişaf etdirir”.
Prezident Administrasiyasının rəsmisi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın və özbəkistanın mövqeyinə də aydınlıq gətirərək qeyd edib ki, bu ölkələr birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər və münaqişənin məhz bu prinsip əsasında həllini istəyirlər.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov isə deyib ki, bizim ümumi ustadlarımız, xalqlarımızın təfəkkürünü formalaşdıran ümumi ideyalar var. Müxtəlif imperiyalar tərkibində olarkən də, Tacikistan və Azərbaycanı birləşdirən ümumi cəhətlər mövcud olub. Bu həm tarixi, həm dini amillərlə ehtiva olunur: “Sevindirici haldır ki, bu gün Tacikistanla Azərbaycan arasında çox yaxşı əlaqələr qurulub. Biz mövcud maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda öz səfirliyimizi açdıq. Əlbəttə ki, biz Azərbaycanla olan əlaqələrimizi yüksək dəyərləndiririk. Azərbaycan, həmçinin, Tacikistan üçün xarici ticarət sahəsində vacib tərəfdaş sayılır. Tacikistanda ildə istehsal olunan 500 000 ton alüminiumun böyük bir hissəsini Azərbaycan alır. Həmçinin, biz alüminiumun istehsalında vacib element kimi çıxış edən 150 000 min ton neft kokusu alırıq. Biz eyni zamanda məhsul istehsalı ilə əlaqədar olaraq burada infarstruktur qururuq”.
Milli Məclisin üzvü Vasif Əliyev isə deyib ki, tacik və Azərbaycan xalqlarının bir-birinə hiss etdiyi məhəbbət, hörmət bu iki ölkənin prezidentləri arasında mövcud olan yüksək səmimiyyətdə özünü göstərir. Daha sonra, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin titanik fəaliyyəti haqqında da öz düşüncələrini çatdıran millət vəkili vurğulayıb ki, dünyamiqyaslı, dahi siyasətçi Heydər Əliyevin Azərbaycanda gördüyü böyük işlər nəticəsində ölkəmiz bütün bəlalardan xilas olub, inkişaf yoluna qədəm qoyub. Onun birbaşa ideyası və gərgin əməyi sayəsində reallaşmış böyük enerji layihələri bu gün Azərbaycan dövlətinin sürətli inkişafını təmin edib: “Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə respublikaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın sahib olduğu neft və qaz ehtiyatlarından respublikanın xeyrinə istifadə etməyə çalışırdı. Bildiyiniz kimi, o vaxtı 100 min tonlarla neft və qaz emal olunsa da, onun cəmisi 5 faiz gəliri respublikaya qalırdı. Lakin Heydər Əliyev bu məsələni qabartmağa müvəffəq oldu. Neft emalı artırıldı. Və məhz Xəzər vasitəsilə onun nəqlinin əslində çox ciddi bir məsələ olduğunu O ittifaq rəhbərliyinə anlada bildi. Həmin dövrdə Heydər Əliyevin gördüyü işləri “Azərbaycanın enerji təhlükəsizliyi” strategiyası adı altında ümumiləşdirmək olar”.
Sonra çıxış edən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev isə vurğulayıb ki, Şərq dünyasının xalqlarını bir-birindən ayırmaq olmaz: “Aralıq dənizindən uzaq çin səddinə qədər olan ərazidə yaşayan Şərq dünyasının insanları bir-birlərinə qardaşdır. Onlar elə kök etibarilə də bir-birlərinə bağlıdır. Bu baxımdan onları çox dərin mənəvi tellər bağlayır. O köklərdən biri Şərq dünyasının mədəniyyətidir. Əgər biz bəşəriyyətin ilkin yaranış ocaqlarının haralarda yerləşməsinə diqqətlə baxsaq, onlardan biri elə Tacikistandır. Eyni zamanda, ən qədim insan məskənlərindən biri Azərbaycandır”.
Bu günlərdə Tacikistana reallaşan səfəri ilə bağlı təəssüratlarını da bölüşən V.Əliyevin sözlərinə görə, Tacikistan relyefinə görə Azərbaycana, xüsusən də Naxçıvana çox bənzəyir: “Ona görə də, mən Tacikistanda özümü Azərbaycandakı kimi hiss edirdim. Bir şeyi də xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanla Tacikistanın əlaqələrinin tarixi çox qədimə gedib çıxır. Bu əlaqələr orta əsrlər dövründə, yəni İslam renessansı dövründə daha da inkişaf edərək, möhkəm təməllər quruldu. Bunu biz Nizaminin, Firdovsinin, böyük ömər Xəyyamın simasında görürük. Eyni zamanda, mən orada hər bir tacikin üzündə azərbaycanlılara böyük məhəbbət gördüm. Onlar bizi həqiqətən çox sevirlər. Məni ən çox sevindirən odur ki, taciklər, özbəklər, ümumiyyətlə, bütün Orta Asiya xalqları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiram bəsləyirlər. Bu da əbəs yerə deyil. Heydər Əliyev təkcə azərbaycanlılar üçün deyil, həm də keçmiş Sovet İmperiyasının tərkibində olan bütün türkdilli, müsəlman xalqları üçün böyük işlər görmüş, onların xoşbəxtliyi, firavan yaşayışı üçün daim əlindən gələni əsirgəməmişdir”.
Xalq artisti Zaur Rzayev isə ulu öndərin doğum günü münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdən böyük məmnunluq və qürur hissi duyduğunu söyləyib. O dövlətlər və xalqlarımız arasındakı mədəni əlaqələrdən bəhs edərək bildirib ki, Şərqin çox zəngin mədəniyyəti var. Həmçinin, Şərq musiqi ənəeələri çox qədim olmaqla bərabər, olduqca rəngarəng, insanların qəlbinə yatandır: “Tacik musiqisi, demək olar ki, bizim musiqimizlə eyni kökdədir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə səfər haqqında məlumat verərək əlavə edib ki, bu səfər zamanı bir daha şahidi olduq ki, ulu öndər Heydər Əliyevin adı təkcə azərbaycanlılar üçün doğma deyil, onun adı bütün SSRİ xalqları üçün doğmadır: “Heydər Əliyev təkcə azərbaycanlıların ümummilli lideri deyil. Ulu öndər yeganə müsəlman lider idi ki, SSRİ-nin Siyasi Bürosunda təmsil olunurdu. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bu xalqların taleyində mühüm rol oynayıb və bir rəhbər kimi bütün respublikaların inkişafına öz töhfəsini verib. Bir faktı xatırlatmaq istəyirəm. Bildiyimiz kimi, SSRİ dövründə ayrı-ayrı respublikalara rəhbər təyin edilərkən əsas üstünlüyü ruslara verirdilər. O vaxt Qazaxıstana KP MK-nın birinci katibi təyin edilərkən Heydər Əliyev cəsarətlə Siyasi Büroda fikrini bildirir ki, bu vəzifə üçün başqa millətlər axtarmağa ehtiyac yoxdur. Qazaxıstanın özündə kifayət qədər savadlı, bacarıqlı gənclər var. Onlardan biri də Nursultan Nazarbayevdir. Bu sözü Qazaxıstanda bu gün də ehtiramla xatırlayırlar. Belə faktlar kifayət qədər çoxdur. Bütün bunlar bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti təkcə Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır”.
Daha sonra baş redaktor qeyd edib ki, Tacikistan və Azərbaycan xalqlarının ortaq dəyərləri var. Biz bu ortaq dəyərlərə söykənərək müstəqil Azərbaycanla, müstəqil Tacikistanın əlaqələrini ən yüksək həddə qurmağa nail ola bilərik. Bu istiqamətdə başlıca rol oynaya biləcək vasitələrin biri informasiya mübadiləsidir: “Biz Tacikistanda səfərdə olarkən, bu ölkənin KİV-ləri ilə Azərbaycan media orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və bu istiqamətdə real addımların atılması yönündə də fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, artıq bu məsələ ilə bağlı ilkin razılaşmalar da var”.
çıxış edən digər natiqlər də Azərbaycanın Orta Asiya ölkələri ilə əlaqələrinin mövcud durumundan, münasibətlərin inkişaf perspektivlərindən geniş söhbət açıblar.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07
