/ / Siyavuş Novruzov: Bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir
Siyavuş Novruzov: Bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir
03.09.2016 [09:09]
“Azərbaycanda hər dəfə hansısa böyük beynəlxalq tədbir keçiriləndə “Milli şura”nın yadına mitinq düşür. Bunların xisləti həmişə ondan ibarət olub ki, Azərbaycanda böyük tədbirlər keçirilən vaxt bunlar da mitinq keçirsinlər”.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Milli şura”nın sentyabrın 11-də mitinq keçirmək istəyinə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, “Milli şura” beynəlxalq tədbirlər vaxtı mitinq keçirməklə diqqəti cəlb etmək istəyir: “Məsələn, mitinqi ayın 15-i və ya 16-sı keçirsinlər. Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi dövrdə, müqəddəs Qurban bayramı ərəfəsində bunların yadına mitinq düşür. Görün, bunlar nə qədər xalqdan aralanıb, bunların xalqla əlaqəsi nə qədər itib ki, yalnız beynəlxalq tədbirlər vaxtı diqqəti cəlb etməyə çalışırlar. Bunlar ancaq öz xislətlərini düşünürlər”.
S.Novruzov vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın inkişafından, beynəlxalq tədbirlər məkanına çevrilməsindən narahatlıq keçirir: “Milli şura” da həmişə bu cür mövqedən çıxış edib, Azərbaycanın nüfuzuna xələl gətirməyə, ölkəmiz haqqında mənfi fikir formalaşdırmağa çalışıb. Birinci Avropa Oyunları dövründə də belə cəhdlər oldu, indi də bu cür cəhdlər göstərməyə çalışırlar. Ancaq onlar heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyib və bundan sonra da nail ola bilməyəcəklər. Çünki xalq onların əsl xislətini bilir. Xalq yaxşı başa düşür ki, “Milli şura”nı heç vaxt millətin, dövlətin maraqları düşündürməyib, onlar ancaq öz şəxsi maraqları, xaricdən aldıqları vəsaitlər haqqında düşünürlər”.
Deputat əlavə edib ki, “Milli şura” yarandığı gündən xalqın dəstəyindən, etimadından məhrum olub: “Çünki “Milli şura” dövlətə xəyanət etmiş insanların iştirakı ilə yaranmışdı və onlar da ancaq şəxsi mənafelərini güdürdülər. Ona görə də qısa müddət ərzində parçalandılar, sosial baza toplaya bilmədilər”.
S.Novruzov həmçinin bildirib ki, “Milli şura”nın sentyabrın 26-na təyin olunmuş refendum əleyhinə hər hansı mitinq keçirməsi qanunaziddir: “Çünki referendumun lehinə və yaxud əleyhinə təbliğat aparmaq Seçki Məcəlləsi ilə tənzimlənir. Seçki Məcəlləsində isə göstərilir ki, bu cür təbliğatın aparılması üçün mütləq təşviqat qrupu yaradılmalıdır. “Milli şura”nın isə sosial bazası olmadığına görə təşviqat qrupu yarada bilmədiyi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə hər hansı təbliğat aparması qəti şəkildə qadağandır”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

