Zirə Cümə məscidi kompleksi istifadəyə verilib
23.06.2016 [10:21]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
İyunun 22-də Zirə Cümə məscidi kompleksi istifadəyə verilib.
Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə əsaslı təmir olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Xəzər rayonunun Zirə qəsəbəsində Zirə Cümə məscidinin əsaslı təmirdən sonra istifadəyə verilməsi milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Uzun keçmişlər bu dini ocağın da həyatında öz izini qoyub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələndi. Yüksək keyfiyyətlə aparılan inşaat işləri sayəsində paytaxtın ən gözəl dini ibadətgahlarından biri yenidən öz qapılarını insanların üzünə açdı.
Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb.
Kompleksin axundu sakinlər adından Azərbaycanın birinci xanımını salamlayaraq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Xəzər rayonunda böyük abadlıq və quruculuq işlərinin görüldüyünə görə təşəkkürünü bildirib. Qeyd edib ki, indi rayonda yeni məktəblər, xəstəxanalar, stadionlar qurulub.
Zirə Cümə məscidinin təmirdən sonra istifadəyə verilməsinin “Qurani-Kərim”in nazil olduğu Ramazan ayına təsadüf etdiyini deyən məscidin axundu ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. İyirmi dörd ildir ki, bu məsciddə fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğulayıb, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söyləyib.
Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub.
Xəzər rayonunun sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırlayıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğulayıb. Mehriban Əliyeva qəsəbə sakinlərinə onun böyük hörmətini və təbriklərini çatdırmağı xahiş edib.
Heydər Əliyev Fondunun prezidentinə “Qurani-Kərim” hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

