Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Lazım olsa, İqbal Ağazadənin silahdaşları əleyhinə yazdığı izahatları mətbuata təqdim edəcəyik

Siyavuş Novruzov: Lazım olsa, İqbal Ağazadənin silahdaşları əleyhinə yazdığı izahatları mətbuata təqdim edəcəyik

23.06.2016 [10:15]

“Adətən ciddi siyasətçilər seçkiyə ciddi yanaşırlar. Yəni namizədliklərini verdikləri dairədə əvvəlcədən araşdırma aparırlar ki, seçilə bilər və ya bilməz, seçicilər onu tanıyır, ya tanımır. Qeyri-ciddi siyasətçilər isə elə hansı dairə boşaldı, orda namizədliyini verir ki, tutar tutar, tutmaz da şər-böhtana əl atsın, seçkiyə kölgə salsın, ləkə yaxsın, məğlubiyyətini səs-küy salmaqla ört-basdır etsin”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisə Ağdaşdan təkrar keçirilən seçkilərlə bağlı namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin ittihamlarına cavab verərkən deyib.
S.Novruzov bildirib ki, Ağdaşdan YAP-ın namizədi qalib gəlib, bunun da kifayət qədər əsası var: “Orda YAP-ı kifayət qədər dəstəkləyən insanlar var. Ölkədə gedən siyasətin nəticəsi olaraq YAP-ı əhalinin böyük əksəriyyəti dəstəkləyir. Biz bütün seçkilərdə bunun şahidiyik”.
İ.Ağazadənin ona qarşı səsləndirdiyi fikirlərə cavab olaraq S.Novruzov qeyd edib ki, seçkini kənara qoyub, etikadan kənar fikirlər səsləndirmək hər insanın özünün xislətindən və siyasi oriyentasiyasından xəbər verir: “İqbal Ağazadə 2003-cü ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik”.

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31