Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

22.06.2016 [10:12]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf etdirilir.
Ali Məclisin Sədri səfirin Azərbaycan ilə İsrail arasında əlaqələrin davam etdirilməsinə göstərdiyi təşəbbüsü qeyd edib, qonağa diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Dan Stav göstərilən səmimi münasibətə görə minnətdarlıq edib, Naxçıvana səfərin və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirib. Qarşılıqlı əməkdaşlıqdan danışan səfir Naxçıvanla turizm sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını qeyd edib.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanıb.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31