Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sevinc Fətəliyeva: Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır

Sevinc Fətəliyeva: Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır

18.06.2016 [11:17]

“Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir və bunu hər zaman həyata keçirdiyi siyasətlə sübut edib. Onun sözlərinə görə, AŞPA-da ölkəmizə qarşı qərəzli mövqe tutan qüvvələr olsa da, fəaliyyətində ədalətli olan aproparlamentarilər də az deyil.
“AŞPA-nın həmməruzəçilərinin ölkəmizə hazırkı səfəri də əhəmiyyətlidir. Çünki onlar bu səfərlər zamanı Azərbaycanın inkişafını, demokratik prinsiplərə sadiqliyini əyani şəkildə görürlər. İnanırıq ki, onlar ölkəmizə yanaşmada obyektiv münasibət sərgiləyəcəklər”, - deyə S.Fətəliyeva qeyd edib.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30