Siyavuş Novruzov: Prezident Sammitdə Azərbaycanın mövqeyini bir daha çatdırdı
25.05.2016 [10:19]
“Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını, çıxışını çox yüksək qiymətləndiririk”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, Sammitdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, eləcə də BMT-nin Baş katibi Pan Gi Munun iştirakı tədbirin əhəmiyyətini daha da artırıb: “Cənab Prezidentin Sammit çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, toplantıda çıxış etməsi və Azərbaycan həqiqətləri barədə fikirlər səsləndirməsi, Ermənistanın işğalçı dövlət olmasını sübut edən faktları sadalaması, dördgünlük aprel döyüşlərində işğalçı ölkənin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi əməllər barədə dünya ictimaiyyətinə məlumat çatdırması bütün ölkə vətəndaşları tərəfindən təqdir edilir. Əslində, Azərbaycan Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, dünyanın aparıcı dövlətlərini buna son qoymağa, beynəlxalq qanunlara hörmətlə yanaşmağa səsləyir. Xatırladaq ki, belə tədbirlərdən biri də Azərbaycanda keçirildi”.
S.Novruzov əlavə edib ki, ümumiyyətlə, Türkiyədə keçirilən Sammiti Azərbaycanda keçirilən Forumun davamı kimi qiymətləndirmək olar: “Azərbaycan da mütəmadi olaraq belə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirin bu dəfə qardaş Türkiyədə keçirilməsi diqqəti regional problemlərin həllinə, xüsusilə ayrı-ayrı çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox yönəltdi. Azərbaycan Prezidenti Sammitdəki çıxışında da Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızın itirildiyini və bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu, o cümlədən beynəlxalq qurumların və Minsk qrupunun həmsədri olan dövlətlərin işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymadığını, ikili standartların mövcudluğunu açıq şəkildə ifadə etdi. İnanırıq ki, Sammitdə iştirak edən dövlətlərin rəsmiləri Azərbaycanın bu müharibədə haqlı olduğunu, Ermənistan tərəfindən işğala məruz qaldığını bir daha anladılar”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

