/ / Milli Məclis sədrinin müavini İsveçrənin “Blick” qəzetinə müsahibəsində Azərbaycan həqiqətlərindən danışıb
Milli Məclis sədrinin müavini İsveçrənin “Blick” qəzetinə müsahibəsində Azərbaycan həqiqətlərindən danışıb
20.05.2016 [10:35]
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın İsveçrənin gündəlik “Blick” qəzetində müsahibəsi dərc olunub. Bahar Muradova Azərbaycan-İsveçrə əlaqələri, ölkəmizlə bağlı həqiqətlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualları cavablandırıb.
AZƏRTAC müsahibəni təqdim edir.
- Xanım Muradova, siz bu yaxınlarda danışıqlar aparmaq üçün İsveçrəyə gəldiniz. Bu səfər nə ilə bağlı idi?
- Mənim İsveçrəyə səfərim zamanı İsveçrə ilə Azərbaycan arasında əməkdaşlığın strateji tərəfdaşlıq münasibətlərinə yüksəlməsi üçün yollar müzakirə olundu. Xüsusilə ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr çox sıxdır. Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir, buna müqabil, bizim enerji şirkətimiz SOCAR da İsveçrədə fəaliyyət göstərir.
- Əlaqələr necə gücləndirilə bilər?
- Parlamentarilər olaraq biz əsasən parlamentlərarası, xüsusilə də dostluq qrupları arasındakı əlaqələrin intensivləşdirilməsi barədə danışdıq. ATƏT Parlament Assambleyasında bizi narahat edən məsələlərdə mövqelərimizin yaxınlaşdırılması, eləcə də mövcud münaqişələrin həlli ilə bağlı beynəlxalq hüququn müdafiəsi istiqamətində ümumi beynəlxalq platformanın yaradılmasına necə töhfə verə biləcəyimiz barədə müzakirələr apardıq. Amma müzakirələrimizin əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Mən həmsöhbətlərimi bu barədə məlumatlandırdım.
- Yeri gəlmişkən, orada vəziyyət necədir?
- Çox ciddi. Aprelin əvvəlində 1994-cü ildən bəri mövcud olan atəşkəsdən sonra ən ağır toqquşmalar baş verdi. Hər iki tərəfdən itkilər oldu. Baxmayaraq ki yenidən atəşkəs əldə edildi, Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə qədəm qoydu.
- Necə?
- Azərbaycan Ermənistanın təxribatlarını artıq qəbul edə bilməz, xüsusilə mülki əhali arasında qurbanlar səbəbindən. Bizim hökumətimizin vəzifəsidir ki, öz vətəndaşlarını qorusun. Biz bunu etdik, həm də müvəffəqiyyətlə etdik. Biz ermənilərin xəttini qırdıq və strateji yüksəklikləri geri aldıq, eləcə də kiçik yaşayış məntəqələrini azad etdik.
- Azad etmək? Dağlıq Qarabağda əsasən ermənilər yaşayır.
- Cəbhə xətti tamamilə Azərbaycan ərazisindədir. Azad olunan ərazilər inzibati cəhətdən heç vaxt Dağlıq Qarabağın tərkibinə də daxil olmayıb. Beynəlxalq ictimaiyyət Azərbaycan ərazisinin bir hissəsinin 23 ildən artıq bir müddətdə işğal olunduğunu qəbul edir.
- Bu, necə davam edəcək?
- Əgər vasitəçilər Ermənistanı beynəlxalq hüquqa riayət etməyə inandıra bilməsələr, biz də təxribatların qarşısını almaq üçün bütün mümkün vasitələrə müraciət etməli olacağıq. Bizim silahlı qüvvələrimizin müvəffəqiyyətləri işğal edilmiş bütün ərazilərimizin azad olunması ilə bağlı hökumətimizə daxili təzyiqləri gücləndirdi.
- Bununla necə qarşılaşmaq istərdiniz?
- Biz atəşkəs rejiminə hörmətlə yanaşırıq və müharibəni bitirmək istəyirik. Amma vəziyyət olduqca həssasdır. Atəşkəs nə qədər sürəcək, bu barədə heç kəs bilmir. Beynəlxalq ictimaiyyət bu məqamdan istifadə etməli və qarşı tərəfi konstruktiv dialoqa inandırmalıdır. Əgər Ermənistan tərəfi revanş almaq və azad etdiyimiz əraziləri yenidən öz nəzarətinə götürmək istəyərsə, biz buna səbirlə yanaşa bilmərik. Bu, yenidən müharibənin alovlanmasına səbəb ola bilər.
- Sizin həmsöhbətləriniz konkret olaraq Bernin vasitəçiliyini təklif etdilərmi?
- Səfər zamanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və ATƏT Parlament Assambleyasında İsveçrə nümayəndə heyətinin rəhbəri Filippo Lombardi ATƏT PA-dakı Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərini təşkil etmək təklifi ilə çıxış etdi. Biz bu təklifi şərtsiz olaraq dəstəkləyirik. Eyni zamanda, təcrübəmə əsasən sizi əmin edə bilərəm ki, Ermənistanın buna heç bir marağı yoxdur.
- Siz İsveçrə ilə münasibətləri çox yüksək qiymətləndirirsiniz. Lakin müxalifətçi Emin Hüseynovun İsveçrənin Bakıdakı səfirliyindən sığınacaq istəməsi və onu xarici işlər naziri Didye Burkhalterin sonda hətta ölkədən çıxarması bu münasibətlərə kölgə salmadımı?
- Xeyr. Sağlam təməl üzərində qurulmuş münasibətlər tək bir halla zəifləyə bilməz. Məsuliyyətdən qaçmaq üçün hər kəs özünə müxtəlif yollar seçə bilər. E.Hüseynovun da seçdiyi yol bu idi. Azərbaycan və İsveçrə bu məsələni çox təmkinlə və müdrikcəsinə həll etdilər. Bizim cəmiyyətlərin özlərinin inkişaf templəri var. Biz bir-birimizdən nəsə öyrənə bilərik.
- İsveçrə Azərbaycandan nəyi öyrənə bilər?
- İsveçrənin çox maraqlı tarixi var. Azərbaycanın da həmçinin. Biz müsəlman aləmində ilk demokratik dövlətik. Artıq 1918-ci ildən etibarən, yəni İsveçrədən xeyli əvvəl Azərbaycan qadını seçki hüququna yiyələnmişdi. Biz demokratiya və tolerantlığı digər ölkələrdən öyrənmirik, bu, bizim öz ənənəmizdir.
- Bununla belə, fərqli fikirlərə qarşı tolerantlıq məhdud görünür. Tənqidçilər Azərbaycanda demokratiyada çatışmazlığın olduğunu deyirlər.
- Azərbaycan qısa müddətdir ki, müstəqilliyini bərpa etmiş və dərhal da müharibəyə cəlb olunmuş bir ölkədir. Biz hərtərəfli müstəqil siyasət yürüdürük. Bu heç də həmişə hamını razı salmır. Bizdə həqiqi demokratiyanın, fikir azadlığının olmaması kimi tənqidi yanaşmalara bu prizmadan baxmaq lazımdır. Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamaq üçün ermənilərlə azərbaycanlıların birgə yaşayışının mümkün olmadığını iddia edir. Erməni diasporu da əleyhimizə kampaniyalar aparır. Bizi tənqid etməzdən öncə Azərbaycana gəlmək və yerindəcə təsəvvürə sahib olmaq lazımdır.
- Bunu doğru anladım ki, Azərbaycan haqqında edilən hər bir tənqidin arxasında erməni iftirası dayanır və Emin Hüseynov kimi müxalifətçilər Ermənistan agentləridir?
- Hamı Ermənistanın maraqlarına xidmət etmir. Məsələ ondan ibarətdir ki, o və onun kimi digərləri bəzi hallarda iqtisadi və digər hüquq pozuntularına görə məsuliyyətdən yayınmaq üçün müxtəlif yollardan istifadə edirlər. Beləliklə, adi cinayətlər siyasiləşdirilir ki, onların Azərbaycanda yaşamağının qeyri-mümkünlüyünə inandıra bilsinlər. Hər xırda məqam Azərbaycana qarşı hücum üçün istifadə edilir. Biz mükəmməl olduğumuzu iddia etmək fikrindən uzağıq. Əgər bizim demokratiya yolunda zəif cəhətlərimiz varsa, bizə buna işarə edəcək dostlarımız lazımdır. Lakin dostlar mövcud çatışmazlıqları və boş iftiralari bir-birindən ayırmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

