Siyavuş Novruzov: Bu cür şəraitdə zaman Azərbaycanın xeyrinə işləyir
13.05.2016 [09:52]
“Ötən aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə aldıqdan sonra Azərbaycanda çox böyük əhval-ruhiyyə yarandı”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir: “Azərbaycan Ordusu silah-sursat təchizatı baxımından postsovet ölkələri arasında öndədir. Azərbaycan həm müasir texnika və silahlara malikdir, həm də öz istehsalı ilə ordusunu müxtəlif silahlarla təmin edir”.
Millət vəkilinin sözlərinə görə, aprel hadisələri bir daha göstərdi ki, xalq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir: “Hamı Prezident, Ali Baş Komandan ətrafında birləşdi. Bir neçə təşkilatı çıxmaqla bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları, xalq həmrəy oldu və düşmən tərəf də bu birliyi, həmrəyliyi gördü, Azərbaycan haqqında yayılan yalan məlumatlar ifşa olundu. Eyni zamanda, bu hadisələr Ermənistanın başqa-başqa dövlətlərdən asılı olduğunu nümayiş etdirdi”.
YAP İcra katibinin müavini deyib ki, bu hadisələr zamanı əksər xarici dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana dəstək nümayiş etdirdi.
S.Novruzov Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən də danışıb: “Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, işlədiyi dövrdə zamanından, məkanından, tutduğu vəzifəsindən asılı olmayaraq, həmişə Azərbaycan xalqına xidmət edib. Azərbaycanda 20 Yanvar hadisələri törədiləndə Heydər Əliyev istefada idi, buna baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, Azərbaycan xalqına qarşı cinayət törədildiyini bəyan etdi. Həmin vaxt Azərbaycanda rəhbərlik edən şəxslər isə hakimiyyət uğrunda mübarizə aparırdılar”.
O qeyd edib ki, məhz Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Dağlıq Qarabağ məsələsi gündəmə gəldi və Azərbaycanın ovaxtkı rəhbərliyi bunun qarşısının alınması üçün heç bir addım atmadı.
YAP İcra katibinin müavini bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən hərc-mərclik, dövlət daxilində qarşıdurma torpaqlarımızın işğal olunmasına gətirib çıxardı: “Vaxtında Ümummilli lider hakimiyyətə gəlsəydi, belə hadisələr olmayacaqdı və Azərbaycanın inkişafı indikindən qat-qat artıq olacaqdı. Məhz Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkədə hərc-mərcliyə son qoyuldu və Azərbaycan inkişaf etməyə başladı. O zaman Azərbaycanda ayrı-ayrı siyasi partiyalara xidmət edən silahlı dəstələr var idi. Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitlik yaratdı və bu sabitliyin nəticəsində iqtisadi inkişaf başladı”.
S.Novruzov əlavə edib ki, görülən bu işlər nəticəsində Azərbaycan bu gün dünyada nüfuzlu ölkəyə çevrilib: “Azərbaycanın bu uğuru uzunmüddətli müstəqil siyasətin nəticəsidir və təməli Ulu öndər tərəfindən qoyulan müstəqil siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bütün beynəlxalq öhdəliklərinə əməl edir və hamı Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Heç də təsadüfi deyil ki, bir neçə il öncə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi”.
Millət vəkili deyib ki, bütün bu qeyd olunanlar nəticəsində Azərbaycanla Ermənistan arasında böyük fərq yaranıb: “Azərbaycanla Ermənistan arasında çox böyük fərq var. Birincisi, elə demoqrafik baxımdan götürək. Azərbaycanın əhalisi ilbəil artır, artıq 10 milyona yaxınlaşır, Ermənistandan isə hər il 100 minlərlə insan başqa ölkələrə qaçıb gedir. Elə Ermənistan mətbuatının verdiyi məlumata görə, orada az sayda insan qalıb. Azərbaycanın təkcə ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. İstənilən sahəni Ermənistanla müqayisə etsək, görərik ki, Azərbaycan 10 dəfələrlə irəlidədir. Azərbaycan islahatlar həyata keçirməklə güclü bir dövlət qurub. Ermənistanda isə cinayətkar rejim hakimiyyətdədir. Bu cinayətkar rejim Qarabağ kartı ilə hakimiyyətə gəlib və indiyə qədər də bu kartdan istifadə etməklə özlərinin cinayətkar hakimiyyətlərini qoruyub saxlamağa cəhd göstərirlər. Elə hər il Ermənistandan 100 min insanın çıxıb getməsi ölkənin siyasi və iqtisadi vəziyyətindən xəbər verir”.
S.Novruzov bildirib ki, bu cür şəraitdə zaman Azərbaycanın xeyrinə işləyir və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda artıq söz sahibidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

