Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara mənzillər təqdim olunub
16.03.2016 [09:57]
Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada şəhid ailələri və müharibə əlillərinin yaşayış səviyyəsi yaxşılaşdırılır, onlara lazımi sosial xidmət göstərilir. Bunun nəticəsidir ki, ötən il 10 nəfər müharibə əlili və şəhid ailəsi mənzillərlə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 16 nəfər minik avtomobili ilə təmin edilib. Bununla yanaşı 207 məhdud fiziki imkanlı şəxsə müxtəlif sanatoriya və pansionatlara göndərişlər, 390 nəfərə texniki bərpa vasitələri verilib, 660 nəfərin bərpa mərkəzlərində, 18 nəfərin isə xarici ölkələrdə müalicələri təşkil edilib. Həmçinin muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, əmək bazarına inteqrasiyası və yaradıcılıq potensiallarının üzə çıxarılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni mənzillə təmin olunanları təbrik edərək deyib: “Mənzil hər bir insanın həyatında vacib amildir. Ailənin rahat yaşayışının təmin olunmasında mənzilin xüsusi yeri vardır. Bu gün xalqımız üçün əziz bayram günündə - ilaxır çərşənbədə vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirən şəxslərə və onların ailələrinə yeni mənzillər təqdim edilir”.
Ali Məclisin Sədri deyib: “Ölkəmiz qarşısında xidməti olan hər bir insanın əməyi yüksək qiymətləndirilir. Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli şərait yaradılır, onlara təqaüdlər verilir, digər sahələrdə çalışanlar dövlət təltiflərinə layiq görülürlər. Bu işlər ona görə həyata keçirilir ki, ölkəmizdə Ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Ölkəmizin iqtisadi imkanları, mövcud sabitlik, dövlət-xalq və xalq-dövlət birliyi istənilən sosial tədbirlərin həyata keçirilməsinə imkan verir. Muxtar respublikada da sosial qayğıya ehtiyacı olan insanların rahat yaşayışı, sağlamlıqlarının bərpası və hərəkət imkanlarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Ötən il dekabrın 24-də 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil verilmişdi. Bu gün isə müvafiq kateqoriyadan olan 3 ailəyə yeni mənzillər təqdim olunur. Həyata keçirilən bu tədbirlər vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirən şəxslərə göstərilən qayğı olmaqla yanaşı, həm də digər insanlar üçün örnəkdir. Ona görə də müvafiq kateqoriyadan olan insanların ölkəmiz və xalqımız qarşısındakı xidmətləri bundan sonra da unudulmayacaq, onlar daim dövlətimizin himayəsi altında olacaqlar”.
Ali Məclisin Sədri ailəsi mənzillə təmin olunan şəhidə rəhmət diləyib, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına təşəkkür edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib.
Mənzillə təmin olunan Məzahir Süleymanov və şəhid ailəsi Turanə Cəfərova minnətdarlıq edərək deyiblər: “Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Hər bir sakin bunu gündəlik həyatında hiss edir. Vətən qarşısında hər bir xidmət şərəflidir. Şəhid olmaq, Vətən yolunda sağlamlığını itirmək də, xalqımız üçün, ölkəmiz üçün çalışmaq da eyni qiymətə malikdir. Bu gün yeni mənzillərin təqdim olunması Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərin, şəhid ailələrinin böyük sevincinə səbəb olub”.
Çıxış edənlər göstərilən diqqətə görə müharibə əlilləri və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, qarşıdan gələn Novruz Bayramı münasibətilə təbriklərini çatdırıblar.
Şəhid ailəsi üçün verilən iki otaqlı mənzil Şərur şəhərində, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına verilən iki və üçotaqlı mənzillər isə Naxçıvan şəhərində yerləşir. Mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

