/ / Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində ardıcıl tədbirlər görülür
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində ardıcıl tədbirlər görülür
23.02.2016 [09:39]
Müstəqilliyinin 25-ci ilini yaşayan, inkişaf edən Azərbaycan Respublikası bir dövlət olaraq tarixi irsimizə, mədəni, mənəvi dəyərlərimizə əsaslanan təməl üzərində inkişaf etməkdədir. Bu baxımdan, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği aktuallıq kəsb etməkdədir.
TARİXİ KEÇMİŞİN ÖYRƏNİLMƏSİ MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN BU GÜNÜ VƏ SABAHI ÜÇÜN ÖNƏMLİDİR
Məlumdur ki, minilliklər boyunca Cənubi Qafqaz regionunda yaşayan Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malikdir. Bölgədə yaranmış dövlət quruluşlarının əsasında bugünkü Azərbaycan xalqını formalaşdıran etnoslar, xüsusən də türklər aparıcı rol oynamışlar. Bununla belə, uzun illər boyu, əsasən də çar Rusiyası və Sovetlər Birliyi dönəmində regiona maraq göstərən bir çox alimlərin müəyyən siyasi mövqeyə xidmət edən yanaşması Azərbaycan xalqının dövlətçilik tarixinin təhrif olunmuş şəkildə öyrənilməsinə və təqdim olunmasına gətirib çıxarıb.
Özlərinin regionda qədim xalq olduqlarını və hazırda yaşadıqları ərazilərə tarixi haqlarının çatdığını sübut etməyə çalışan erməni tarixçiləri bu boşluqlardan yararlanaraq tarixi saxtalaşdırmaq və uydurma erməni tarixi yaratmaqla məşğul olublar. 1991-ci ildə əldə olunan müstəqillik tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı.
Müstəqillik dövründə Azərbaycan tarixi ilə bağlı bir çox yeni araşdırmalar aparılıb. Bununla belə, tarixin hələ də qaranlıq qalan bəzi səhifələrinin işıqlandırılmasına və araşdırmaların nəticələrinin beynəlxalq səviyyədə təbliğinə ehtiyac vardır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb. 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində də dövlət başçısı zəngin tarixi irsimizin öyrənilməsinin əhəmiyyətindən bəhs edib: “Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər”.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, tarixi faktlar göstərir ki, istər indiki Ermənistan, istərsə də Qarabağ ərazisindəki yer adlarının əksəriyyəti Azərbaycan mənşəli, əhalisi isə azərbaycanlılar olub. Həmçinin ölkə başçısının tövsiyəsi ilə İrəvan xanlığı haqqında sanballı elmi əsər yaradılaraq bir neçə xarici dilə tərcümə edilib. Eləcə də Qarabağın tarixi Azərbaycan torpağı olduğunu tarixi, elmi faktlarla ortaya qoyan əsərlərin də dünya ictimaiyyətinə çatdırılması üçün daha artıq səylərin göstərilməsinə ehtiyac vardır.
Dövlət başçısının sözügedən yığıncaqdakı nitqində söylədiyi kimi, beynəlxalq hüquq Azərbaycanın mövqeyini müdafiə edir: “Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər - biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır”.
Göründüyü kimi, Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından, eləcə də ərazi bütövlüyümüzün bərpası və suveren dövlətçiliyimizin gücləndirilməsi cəhətdən prinsipial əhəmiyyət daşıyır.
MİLLİ ADƏT-ƏNƏNƏLƏRİN QORUNMASINA güclü DÖVLƏT QAYĞISI göstərilir
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Xatırladaq ki, dövlət başçısı 2013-cü il noyabrın 24-də mətbuat nümayəndələri ilə görüşündə də milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: “Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir”.
Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər səviyyəsində təmin olunur. Azərbaycan xalqının ən qədim bayramlarından biri olan Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, Prezident İlham Əliyevin bayram münasibətilə təşkil olunan şənliklərə qatılması isə Novruz adətlərinə ən yüksək səviyyədə verilən qiymətdir.
AZƏRBAYCAN ELMİNİN VƏ MƏDƏNİYYƏTİNİN ŞÖHRƏTİ ARTMAQDADIR
Müasir dövrdə elm, biliklər, innovasiyalar ölkələrin davamlı inkişaf hədəflərinə nail olunmasında daha böyük rol oynamaqdadır. Ölkəmizdə elmin inkişafı məqsədilə mövcud potensialdan düzgün istifadəyə və qabaqcıl bilik və bacarıqlara yiyələnmiş kadrların hazırlanmasına böyük diqqət yetirilir. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” əsasında görülən işlər son illərdə elmin inkişafına təkan verib. Həyata keçirilən strategiyanın məqsədi respublikamızda aparılan tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sisteminin modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, habelə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasıdır.
Biliklərə əsaslanan iqtisadiyatın hazırda dövlətlərin mühüm güc faktoru kimi çıxış etdiyini nəzərə alsaq, “neft kapitalını insan kapitalına çevirmək” prinsipini əsas götürən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən elmin tərəqqisi, yüksək ixtisaslı kadrların yetişdirilməsi siyasəti ölkənin davamlı inkişafına əvəzsiz töhfədir.
Qeyd edək ki, Azərbaycan elmi dünya elminin tərkib hissəsi kimi inkişaf etməkdədir. Xarici ölkələrin elmi institutları, analitik mərkəzləri, alimləri, təhsil ocaqları ilə təmasların qurulması və genişləndirilməsi aktual məsələlərdəndir. Buna uyğun olaraq, hər il respublikamızın müxtəlif şəhərlərində humanitar, texniki və tibb elmləri sahələri üzrə beynəlxalq elmi konfranslar keçirilir, eləcə də Azərbaycan alimləri xarici ölkələrdəki elmi konfranslarda iştirak edir, beynəlxalq elmi nəşrlərdə tədqiqat əsərləri ilə çıxış edirlər.
Sevindirici haldır ki, müasir dövrdə başqa ölkələrlə elmi əlaqələrimiz Azərbaycan mədəniyyətinin təbliğinə də xidmət etməkdədir. Bildiyimiz kimi, Azərbaycan mədəniyyətinin ən səciyyəvi xüsusiyyətlərindən biri əsrlərdir mövcud olan multikultural dəyərlərdir. Bu gün dünyada dinlər, məzhəblər və sivilizasiyalararası münaqişələrin kəskinləşdiyi bir vaxtda Azərbaycanın multikulturalizm modeli müsbət nümunə kimi dünyaya təqdim olunmaqdadır.
Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin ideya və təşəbbüsü ilə ölkədə və xaricdə tədris üçün “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisinə yardım göstərir. Belə ki, 2015-2016-cı dərs ilində artıq Türkiyə, Almaniya, Bolqarıstan, Gürcüstan, Rusiya, Litva, Çexiya, İtaliya, Ukrayna, Belarus, Portuqaliya və İsveçrə universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib, yaxud edilməkdədir.
Qeyd etdiyimiz kimi, Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir. Dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir. Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond böyük xidmətlər göstərir. Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan incəsənət nümayəndələrinin sərgilərini keçirir, milli mədəniyyətimizin cürbəcür nümunələri müxtəlif tədbirlərdə, konsertlərdə və beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Ölkədə keçirilən Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev və Üzeyir Hacıbəylinin adını daşıyan festivallar beynəlxalq marağa səbəb olub.
Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçası və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Beləliklə, Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir” müdrik kəlamı bu sahədə görülən işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoyur.
Zahid İLHAMOĞLU,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

