Azərbaycanın uğurlu enerji siyasəti ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır
17.12.2015 [09:59]
Prezident İlham Əliyev: Şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir
Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan müstəqillik illərində regional və qlobal əhəmiyyət daşıyan bir sıra yeni, diversifikasiya edilmiş enerji layihələrini reallaşdırmağa nail olub. Şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
Azərbaycanın şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası “Əsrin müqaviləsi” ilə qoyulub
Bu gün Xəzər hövzəsində ölkəmizə böyük iqtisadi-siyasi dividendlər gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər ölkəmizin hərtərəfli inkişafını şərtləndirən xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizin ümumi iqtisadi və siyasi inkişafının məhz “Əsrin müqaviləsi” ilə başladığını xüsusi nəzərə çatdıraraq vurğulayıb: “Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir”.
“Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başlayıb. Ölkəmizin enerji müstəqilliyi tam təmin olunub. Azərbaycan xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Qeyd etmək yerinə düşər ki, bu gün SOCAR beynəlxalq səviyyəli şirkətə çevrilib. Hazırda SOCAR və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54 milyard dollardan çox sərmayə yönəldilib. Xarici şirkətlərlə SOCAR və onun struktur bölmələri tərəfindən təsis edilən 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri həmçinin institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkə boyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Şaxələndirilmiş boru kəmərləri şəbəkəsi Azərbaycana özünün neft və qazını təhlükəsiz şəkildə müxtəlif istiqamətlərə nəql etməyə imkan verir
Sirr deyil ki, bir sıra hallarda enerji marşrutlarından istehsalçı və istehlakçı ölkələrə yönəlmiş təzyiq vasitəsi qismində istifadə edilir. Bir neçə il bundan əvvəl soyuq qış aylarında Avropanın kifayət qədər ciddi hal alan məlum qaz böhranı ilə üzləşməsi deyilənlərin təsdiqidir. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş marşrutlar şəbəkəsi qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Münxen Təhlükəsizlik Konfransının müzakirələrində çıxışı zamanı şaxələndirilmiş ixrac kəmərlərinin həm istehsalçı ölkə kimi Azərbaycan üçün, həm də istehlakçılar üçün böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev bildirib: “Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir”.
Beləliklə, “Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. “Cənub” qaz dəhlizinin və onun tərkib hissəsi olan TANAP-ın reallaşdırılması bunu bir daha təsdiqləyir.
“Cənub” qaz dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan “Cənub” qaz dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Respublikamızın zəngin qaz ehtiyatları bu marşrutla Avropa ölkələrinə nəql olunacaq. Azərbaycanın 2,5 trilyon kubmetr həcmində qaz ehtiyatları təsdiqlənib, respublikamızın potensial qaz ehtiyatları isə bundan xeyli çoxdur.
Ötən il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
“Cənub” qaz dəhlizi Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vurğuladığı kimi, bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək: “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək”.
“Cənub” qaz dəhlizi Azərbaycanın dinamik inkişafına yeni təkan verməklə yanaşı, tərəfdaş ölkələrə də böyük fayda gətirəcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür. “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində Azərbaycan Avropanın bir sıra ölkələri ilə sıx əlaqələr qurmaq, eyni zamanda, istehlakçı ölkələri bir-birlərinə bağlayan və 50 milyard kubmetrə qədər qaz nəql etmək gücündə olan optimal paylayıcı şəbəkə qurulmasına nail olmaq niyyətindədir. Bir sözlə, resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyində yeni bir səhifə açacaq və bütün tərəfdaş ölkələr Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihədən faydalanacaqlar. Prezident İlham Əliyev Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində bu cəhətə xüsusi diqqət çəkərək deyib: “Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək”.
TANAP-ın reallaşması ilə regionda tərəfdaş ölkələrin əməkdaşlığı daha da dərinləşəcək
Məlumdur ki, “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Hazırda “Cənub” qaz dəhlizi üzrə bütün istiqamətlərdə işlər cədvəl üzrə həyata keçirilir. Cari ilin mart ayında Türkiyənin Qars vilayətinin Selim rayonunda “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə təməlqoyma mərasimi keçirilən TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
“Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi olan TANAP-ın reallaşdırılması ilə regionda və Avropa məkanında yaranan yeni əməkdaşlıq formatı, eyni zamanda, yeni siyasi təşəbbüs kimi dəyərləndirilir ki, bu da regional və qlobal təhlükəsizlik baxımından çox önəmlidir. Qeyd etmək xoşdur ki, “Cənub” qaz dəhlizinə və TANAP-a qoşulan bütün tərəfdaş ölkələr əməkdaşlığa, layihənin uğurla reallaşdırılmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Bu isə son illərdə regionda Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən iri enerji layihələri kimi, TANAP-ın da müvəffəqiyyətlə yekunlaşacağına böyük inam yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında TANAP-ın icrası istiqamətində uğurlu praktiki addımlar atıldığından məmnunluğunu ifadə edib: “... “Cənub” qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin”.
TANAP enerji layihəsi olmaqla yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir
Yuxarıda deyilənlər TANAP-ın iqtisadi səmərəsi, Azərbaycan da daxil olmaqla region ölkələrinin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyi baxımından əhəmiyyəti barədə konkret təsəvvür yaradır. Lakin sözügedən layihənin önəmi yalnız onun iqtisadi göstəriciləri ilə məhdudlaşmır. Çox haqlı olaraq TANAP enerji layihəsi olmaqla yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığı layihəsi kimi dəyərləndirilir. Məlumdur ki, hazırda Türkiyə və Azərbaycan qədər bir-birinə çox möhkəm tarixi-mənəvi tellərlə bağlı olan ölkələr tapmaq mümkün deyil. Hər iki ölkənin dostluğu və qardaşlığı bütün dünya üçün yaxşı örnək təşkil edir. Türkiyə və Azərbaycan Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə uyğun olaraq beynəlxalq arenada daim bir-birinə dəstək nümayiş etdirirlər. Türkiyə respublikamızın müstəqilliyini tanıyan ilk ölkədir. Qardaş ölkə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə daim siyasi dəstək nümayiş etdirir. Türkiyə Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində, Azərbaycan da müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə daim güclü siyasi dəstək verir.
Tarixən mövcud olan sıx bağlılıq Türkiyə ilə Azərbaycanın birlikdə reallaşdırdıqları layihələri, o cümlədən də TANAP-ı həm də iki ölkənin qardaşlıq layihələri kimi dəyərləndirməyə əsas verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev layihənin təməlqoyma mərasimindəki nitqində TANAP-ı həm də Türkiyə və Azərbaycan arasında qardaşlıq, dostluq layihəsi kimi səciyyələndirib: “Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma, ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

