AZƏRTAC-ın layihəsi OANA-ya üzv agentliklər arasında ilk beşliyə daxil olub
17.11.2015 [10:05]
Noyabrın 16-da Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 39-cu iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Anadolu, Rusiyanın TASS, Yaponiyanın Kyodo, Çinin Sinxua, Koreya Respublikasının Yonhap, Böyük Britaniyanın Press Association, Bəhreynin BNA, İndoneziyanın Antara agentliklərinin rəhbərləri, ümumilikdə dünyanın 23 agentliyindən 50-yə yaxın nümayəndə iştirak edir.
Azərbaycanı tədbirdə AZƏRTAC-ın baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov təmsil edir.
Tədbirdən əvvəl iştirakçılar Yonhap agentliyinin binasında təşkil edilən fotosərgi ilə tanış olublar. OANA-nın üzvü olan agentliklərin fotolarının təqdim edildiyi sərgidə AZƏRTAC-ın da fotoşəkilləri yer alıb. Bundan əlavə, hər bir agentliyin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.
İclasın açılış mərasimində tədbirə ev sahibliyi edən Yonhap agentliyinin prezidenti Park No-hvang müzakirə olunacaq məsələlər barədə məlumat verib. O qeyd edib ki, İcraiyyə Komitəsinin bu toplantısı təşkilati məsələlərlə yanaşı, xəbər agentliklərinin inkişafı meyillərini də müzakirə etməyə fürsət yaradır. Park No-hvang deyib ki, Asiyanın ən böyük informasiya agentliklərini özündə birləşdirən OANA üzv agentliklər arasında hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açır.
OANA-nın prezidenti, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov 2013-cü ildən agentliyin sədrliyi müddətində görülən işlər haqqında danışıb. Təşkilatın informasiya və təcrübə mübadiləsi üçün gözəl platforma olduğunu bildirən baş direktor OANA-nın internet saytının imkanlarının genişləndirildiyini söyləyib. O qeyd edib ki, bu da hər bir üzv agentliyin xəbərlərinin sosial media və axtarış sistemlərində yayılmasına şərait yaradır.
İclasa müşahidəçi qismində qatılan Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Press Association agentliyinin baş direktoru Klayv Marşal hər iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin olduğunu və bunun üzv agentliklər üçün də tərəfdaşlıq etməyə geniş imkanlar açdığını vurğulayıb.
Sonra bir sıra agentliklər arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Tədbir iştirakçılarının şərəfinə verilən naharda Koreya Respublikasının xarici işlər nazirinin müavini Lim Sung-nam, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama iştirakçılara təşkilatın iclasında uğurlar arzulayıblar.
Sonra OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın sədrliyi ilə davam edən iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub, İcraiyyə Komitəsinin Kuala-Lumpurda keçirilmiş iclasının gündəliyi təsdiq edilib.
İclasda OANA-nın “Mükəmməllik” mükafatının qalibi müəyyənləşdirilib. Təşkilatda ilk dəfə keçirilən bu layihə çərçivəsində OANA-nın üzv agentlikləri reallaşdırdıqları layihələri təqdim ediblər. Agentliklər arasında keçirilən səsvermənin nəticələrinə görə, 35 ölkədən 44 agentlik arasında birinci yerə Yonhap, ikinci yerə Anadolu, üçüncü yerə TASS, dördüncü yerə Sinxua, beşinci yerə isə AZƏRTAC layiq görülüb.
Tədbirdə Rusiyanın “Rossiya Seqodnya” informasiya agentliyi OANA-ya üzv qəbul edilib. Bundan əlavə, iştirakçılar təşkilatın İcraiyyə Komitəsinin növbəti iclasının gələn ilin aprelində Bəhreyndə keçirilməsi barədə qərar qəbul ediblər.
Daha sonra agentlik rəhbərləri “Mobil çevriliş dövründə xəbər agentliklərinin imkanları və perspektivlər” mövzusunda fikir mübadiləsi aparıblar.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, informasiya texnologiyaları sahəsində müşahidə edilən inqilabi yeniliklər xəbər agentliklərinin yeni çağırışlara hazır olması üçün daha intensiv çalışmasını zəruri edir. Bu çağırışlar arasında sosial medianın sürətli inkişafı, informasiya yayımı üçün yaradılan müxtəlif platformalar xəbər agentliklərinin diqqətindədir. Sosial media və mobil texnologiyaların hazırda sıx vəhdət təşkil etdiyini vurğulayan A.Aslanov deyib ki, bunu artıq informasiya yayımının özəyi də adlandırmaq olar.
Azərbaycanda internet istifadəçilərinin sürətlə artdığını bildirən baş direktor ölkənin mobil abunəçilərin sayına görə ümumdünya orta göstəricisini 17 faiz üstələdiyini vurğulayaraq deyib: “Artıq ölkə əhalisinin 74 faizi internetdən istifadə edir. GlobalStat-ın statistikasına görə, ölkədə sosial mediadan mobil cihazlar vasitəsilə istifadə edənlərin sayı 45 faiz təşkil edir. Azərbaycanda insanların informasiyaları əsasən internet resurslar, xüsusən də sosial şəbəkələr vasitəsilə izləməsi digər ənənəvi vasitələrdən qat-qat üstündür”.
Aslan Aslanov qeyd edib ki, AZƏRTAC fəaliyyətində bu məqamlara diqqətlə yanaşır. Agentliyin həm əsas saytı, həm də videoportalının mobil versiyaları fəaliyyət göstərir. Bu mobil versiyalar vasitəsilə istifadəçilər 7 dildə informasiya, 5 dildə videoxəbərlər izləyə bilirlər.
Anadolu agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu mobil texnologiyaların təqdim etdiyi üstünlüklər haqqında məlumat verib. O, Anadolu Agentliyinin sosial media ilə mobil texnologiyaların imkanlarını birləşdirərək xəbərlərin daha operativ yayılmasına çalışdığını və bunun üçün yeni platformanın yaradıldığını bildirib.
İclasda Yaponiyanın Kyodo, Malayziyanın Antara və digər agentliklərin rəhbərləri mobil texnologiyaların inkişafı dövründə xəbərlərin istifadəçilərə çatdırılması, yeniliklərin tətbiqi, sosial medianın xəbər yayımına təsiri və digər məsələlər haqqında danışıblar. Həmçinin Böyük Britaniyanın Press Association agentliyinin rəhbəri Klayv Marşal, Reuters-in Kanada üzrə baş meneceri Don Dörfi də mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İcraiyyə Komitəsi işini noyabrın 17-də davam etdirib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

