AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri Milli Məclisdə olublar
22.09.2015 [10:22]
Sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Milli Məclis sədrinin müavini, parlamentdə təmsil olunan bitərəflər qrupunun nümayəndəsi Valeh Ələsgərovla görüşüblər.
Valeh Ələsgərov Azərbaycanda seçki qanunvericiliyi, seçkiqabağı vəziyyət, seçki komissiyalarının tərkibi, bitərəflərin seçki komissiyalarında təmsilçiliyi və digər məsələlər barədə məlumat verib. Bildirib ki, ölkəmizin mövcud qanunvericiliyi qarşıya çıxan bütün problemləri balanslaşdırılmış şəkildə həll etməyə imkan verir.
Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qərəzli qətnaməsi barədə danışan Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Valeh Ələsgərov qarşılıqlı münasibətlərdə bərabərhüquqlu əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Avropada qaçqın problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda seçki prosesi barədə qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.
* * *
Sonra missiyanın üzvləri Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan nümayəndələri ilə görüşüblər.
Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərdə iştirak etmək üçün öz namizədlərini elan edib. Partiyanın irəli sürdüyü namizədlər hazırda qanunvericiliyə uyğun olaraq müvafiq prosedurları həyata keçirirlər. Siyavuş Novruzov təbliğat üçün namizədlərə ayrılan vaxt, maliyyə vəsaiti, ölkəmizin seçki qanunvericiliyi barədə ətraflı məlumat verib.
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi barədə danışan S.Novruzov bildirib ki, həmin qətnamənin qəbulu bilavasitə ölkəmizdə keçiriləcək seçkilərlə bağlıdır. Lakin oradakı müddəaların heç bir hüquqi əsası yoxdur. Son il yarımda Avropa Parlamenti Azərbaycanla bağlı üç belə qətnamə qəbul edib. Onların hər birinin Azərbaycandakı mühüm hadisələr ərəfəsində qəbul edilməsi onu deməyə əsas verir ki, bu qətnamələrin arxasında ancaq siyasi maraqlar dayanır.
Görüşdə seçkiqabağı monitorinqin ədalətli olacağına inam ifadə edilib.
* * *
AŞPA-nın seçkiləri müşahidə missiyasının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşündə əməkdaşlıq, ölkəmizdə seçkiqabağı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın AŞPA ilə əlaqələrindən danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan komitə sədri BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan dünyada güclü, demokratik, beynəlxalq proseslərdə öz yeri və rolu olan bir ölkə olmaq siyasətini seçib. Bu inkişaf siyasəti ilə ölkəmiz gec-tez işğal altındakı torpaqlarını geri qaytaracaq.
Söhbət zamanı Azərbaycanda seçki prosesi barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.
* * *
Daha sonra AŞPA nümayəndə heyəti parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələrdən danışıb, ölkəmizdə seçkiqabağı vəziyyət, siyasi partiyalar arasında mövcud olan dialoq haqqında məlumat verib.
Görüşdə çıxış edən digər partiyaların rəhbərləri Azərbaycan ilə Avropa Şurası arasındakı əlaqələrdən, seçkiqabağı vəziyyətdən bəhs ediblər.
Siyasi partiyaların rəhbərləri beynəlxalq müşahidəçilərin seçkiqabağı vəziyyəti, səsvermənin gedişini izləməsinin əhəmiyyətini vurğulayıblar. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ilə bağlı qərarının düzgün olmadığını bildiriblər. Siyasi partiya rəhbərləri bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlarının təəssüf doğurduğunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27

