“Nəqliyyatın dinamik inkişaf strategiyası”
29.07.2015 [09:56]
Azərbaycanda həyata keçirilən mütərəqqi iqtisadi siyasət bütün sahələrin davamlı inkişafını təmin edib. Müəyyən olunmuş hədəflər əsasında kompleks islahatların reallaşdırılması inkişaf tendensiyasının davamlı olacağını deməyə əsas verir. Çünki dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi tərəqqi strategiyasının fonunda ayrı-ayrı sahələrin inkişaf hədəfi konkret proqramlara və konseptual əsaslara söykənir. Bu sahələrdən biri də nəqliyyat sektorudur. Azərbaycanda nəqliyyat sektorunun inkişafı dövlətin bu sahəyə xüsusi diqqət və qayğısı çərçivəsində ardıcıl xarakter daşıyır. Belə şəraitdə bu istiqamətdə görülən işləri və əldə edilmiş nailiyyətləri əks etdirən nəşrlərin ərsəyə gətirilməsini də bu sahənin inkişafının təşviqi baxımından əhəmiyyətli amil hesab etmək olar.
“Çaşıoğlu” nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Nəqliyyatın dinamik inkişaf strategiyası” kitab - albomunda da Azərbaycanın nəqliyyat sistemində qazanılmış uğurlar sistemləşdirilib, inkişaf istiqamətlərinə xüsusi nəzər yetirilib. Azərbaycan dövlətinin nəqliyyat siyasətini əks etdirən materialların yer aldığı nəşrin müəllifi Azərbaycanın fəxri dəmiryolçusu, tanınmış iqtisadçı-ekspert, siyasətşünas Məhərrəm Məmmədovdur. Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, məsləhətçisi Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” QSC ərazi təşkilatının sədri Xeyrulla Hümbətovdur.
Bu məqamda qeyd etmək lazımdır ki, Rusiyanın Rostov-Don Texniki Universitetinin məzunu olan müəllif uzun illər Bakı Metropolitenində və respublikanın dəmiryolu sistemində müxtəlif vəzifələrdə çalışıb, polad yollar təsərrüfatının problemlərinin həllində və yeni şəraitdə inkişaf etdirilməsində yaxından iştirak edib. Ali peşə təhsili ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politoloq ixtisası da qazanmış müəllif hər iki sahənin verdiyi bilik və bacarıqdan yararlanaraq Azərbaycanın nəqliyyat sektorunda cərəyan edən prosesləri, əldə edilmiş nailiyyətlər və görülən işləri tədqiqat obyektinə çevirib.
Kitabda Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə, o cümlədən, Prezident İlham Əliyevin hakimiyyəti dövründə respublikamızda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yeniləşdirilməsi və genişləndirilməsi istiqamətində görülən işlər tədqiqat obyektinə çevrilib.
Kitab Ümummilli lider Heydər Əliyevin “Mən dəmiryolçu ailəsində böyümüşəm. Hesab edirəm ki, dəmiryolunu həm bilirəm, həm də sevirəm. Dəmiryolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmiryolunun özü çox intizam tələb edir” sözləri ilə açılır. Toplunun ilk fəsli isə “Heydər Əliyev və Azərbaycan dəmiryolunun inkişaf mərhələləri” adlanır. Müəllif bu fəsildə, əsas etibarilə, dəmiryollarının inkişafında seçilən mərhələləri geniş xarakterizə edir, bu sahənin inkişaf dinamikasını açıqlayır. Müəllif göstərir ki, 1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin qarşısında respublikanın iqtisadiyyatını tezliklə yüksəltmək kimi mürəkkəb və məsuliyyətli bir vəzifə dururdu. Ümummilli lider Heydər Əliyev bu çətin vəzifəni uğurla həll etdi. 1970-1985-ci illərdə Azərbaycanın sosial-iqtisadi yüksəlişinə, eləcə də, nəqliyyat sisteminin inkişaf etdirilməsinə 32 milyard rubl vəsait sərf olundu.
Müəllif növbəti fəsillərdə qeyd edir ki, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin ikinci dövründə müstəqil Azərbaycanın Avropaya və bütövlükdə, dünyaya inteqrasiyası nəqliyyat kompleksinin üzərinə düşən yükü dəfələrlə artırdı. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı milli iqtisadi inkişaf konsepsiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişafının təməlini qoydu. Diqqətə çatdırılır ki, “Əsrin müqaviləsi”nin imzalanması və qədim İpək yolunun müasir kommunikasiya şəklində bərpası nəqliyyat şəbəkəsini dünyanın güclü və böyük yükdaşıma şəbəkəsi ilə birləşdirdi.
Sonrakı paraqraflarda vurğulanır ki, Prezident İlham Əliyev Ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
“Tam əminliklə söyləyə bilərik ki, bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksində də hazırkı inkişaf və tərəqqi Heydər Əliyev siyasətindən qaynaqlanır, Ulu öndərimizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin tarixi əhəmiyyətinə söykənir”, - deyə kitabda vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

