Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

ABŞ səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

14.05.2015 [10:18]

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib. İbadət evlərinin bir qisminin təmiri və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.
Robert Sekuta ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib. Qeyd edib ki, səfir kimi namizədliyi irəli sürülərkən o, ABŞ Senatındakı çıxışında ölkəmizin yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31