Azərbaycan ilə UNESCO arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
17.04.2015 [10:10]
Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə qurumun mənzil iqamətgahında “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi, nəşri və dünya elmində tanıdılmasının 200 illiyi ilə əlaqədar tədbir təşkil olunub.
Tədbirdə iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev aprelin 15-də UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.
Görüşdə Elçin Əfəndiyev Prezident İlham Əliyevin salamlarını və xoş arzularını baş direktora çatdırıb, Azərbaycan ilə UNESCO arasında əlaqələrin son illərdə inkişafını məmnunluqla qeyd edib. İşgüzar əlaqələrin yaranmasında İrina Bokovanın və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdırıb.
Baş nazirin müavini “Kitabi- Dədə Qorqud” eposunun Avropada ilk nəşrinin və tərcüməsinin 200 illiyinin UNESCO-da keçirilməsinin mühüm hadisə olduğunu qeyd edib və bu tədbirin təşkilinə verdiyi dəstəyə görə UNESCO-nun baş direktoruna minnətdarlığını bildirib.
Azərbaycanın zəngin maddi-mədəniyyət abidələri ilə bağlı vaxtaşırı UNESCO-da möhtəşəm tədbirlərin keçirildiyini vurğulayan Elçin Əfəndiyev bunu ölkəmizlə qurum arasında mövcud əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsi kimi dəyərləndirib.
Baş direktor İrina Bokova da öz növbəsində səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya çatdırmağı xahiş edib. O, Azərbaycan ilə rəhbərlik etdiyi qurum arasındakı mövcud yüksək səviyyəli əlaqələrin digər ölkələr üçün əsl nümunə ola biləcəyini vurğulayıb.
Baş nazirin müavini bu yaxınlarda Bakı Dövlət Universitetində insan hüquqları üzrə UNESCO kafedrasının yaradılması barədə məlumat verərək qeyd edib ki, bu təhsil ocağında belə bir kafedranın açılması özlüyündə ölkəmizlə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. O, dünyanın çox az ölkəsində qurumun kafedralarının fəaliyyət göstərdiyini və belə bir kafedranın Azərbaycanda yaradılmasının əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsirini qeyd edib.
Baş direktor kafedranın açılmasını razılıq hissi ilə qarşılayaraq bu addımı yüksək qiymətləndirib. İrina Bokova Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı ölkəmizə səfər edəcəyini xatırladıb.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39

