“AzərRos” Prezident İlham Əliyevə müraciət ünvanlayıb
09.04.2015 [10:10]
“Federal Milli-Mədəni Muxtariyyət: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda “dəyirmi masa”nın iştirakçıları ilə Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, sənəddə deyilir ki, müraciətin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir: “Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının Baş nazirinin sabiq müavini Abbas Abbasov və ondan maddi cəhəddən asılı olan tərəfdaşları Rusiya Federasiyasının “Milli-mədəni muxtariyyət haqqında” və “Xarici agentlər haqqında” qanunları kobud şəkildə pozaraq “AzərRos” FMMM ictimai təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.
Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq, tarixi Vətənimizlə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin, Rusiya və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada “AzərRos” FMMM-in rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan “AzərRos” FMMM-i ona etibar etdik”.
Müraciətdə xatırladılır ki, “AzərRos” FMMM 1999-cu ildə Rusiyada təsis edilib. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat Rusiyada Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilib. Lakin Abbas Abbasov verdiyi sözləri yerinə yetirməyib. “Rusiya azərbaycanlılarının birləşdirilməsi və “AzərRos” FMMM ilə digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi əvəzinə o, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A.Abbasov Rusiya azərbaycanlılarını Sizə etimadsızlıq göstərməyə çağırır. Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın “AzərRos” FMMM-ə və bizə, bu təşkilatın üzvlərinə qarşı nifrət yaradırdı. Azərbaycan Respublikasının hakimiyyət orqanlarına müxalif qüvvə kimi Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz anlamama və təəssüf hissləri ilə qəbul edirik”, - deyə sənəddə qeyd olunur.
Daha sonra yeni rəhbərliklə “AzərRos” FMMM üzvlərinin dialoq qurmaq cəhdlərinin A.Abbasovun mövqeyi üzündən heç bir nəticə vermədiyinin vurğulandığı müraciətdə bildirilir ki, A.Abbasov təşkilatda avtoritar idarəçilik sistemi yaradıb, rəhbərliyin mövqeyindən fərqli mövqe tutan hamını qovub və “AzərRos” FMMM-i “cib” ictimai təşkilatına çevirib: “28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə “kağız üzərində” “AzərRos” FMMM-nin qurultayını keçirib. Həmin qurultay zamanı bütün “xoşa gəlməyən” və “sözə baxmayan” regional təşkilatlar “AzərRos” FMMM-dən çıxarılıb. 2015-ci ilin əvvəlində tərkibində 40-dan çox təşkilatdan cəmi 4-ü (!) qalıb.
İctimai təşkilatımızın şəxsi maraqlar nöqteyi-nəzərindən özəlləşdirilməsinə və istifadə edilməsinə rahat baxa bilmirdik. Əvvəlki adını bərpa etmək, böhranı uğurla addımlamaq və “AzərRos” FMMM-i qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional liderləri FMMM-in Ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il ərzində gördüyü işlər qeyri-qənaətbəxş sayıldı, nümayəndələr “AzərRos” FMMM-in sabiq sədri Asif Məhərrəmova etimadsızlıq göstərdilər və A.Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın birləşməsi məqsədilə nümayəndələr tərəfindən bu ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edildi. Lakin A.Abbasov Ümumrusiya azərbaycanlıları qurultayının qərarını saymayaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz “qurultayını” keçirib. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək, o, “AzərRos” Federal Şurasının digər üzvlərini, o cümlədən, regional və yerli milli-mədəni təşkilatların nümayəndələrini “qurultaya” buraxmayıb. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi”.
Müraciətdə sonda qeyd olunur ki, regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman Rusiya azərbaycanlıları, millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışır: “2001-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev yaşadıqları yerindən asılı olmayaraq, Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni adlandırıb. 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edərək, Siz bütün azərbaycanlıları birlik, sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə riayət edirdik və edirik, Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk. Təəssüf ki, A. Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etimadsızlıq yaradır.
Rusiya Federasiyasının qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı A.Abbasovla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik”.
Müraciətə “AzərRos” FMMM-in üzvləri - Abdullayeva M.S., Abdullayeva E., Abdurəşidov Ş., Əlcanova A., Əliyev Q.M., Allahveridyev T. və digərləri ilə yanaşı Rusiyada yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən nüfuzlu həmvətənlərimiz də imza atıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

