Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir
31.03.2015 [10:15]
Mehriban Əliyeva: Biz yaxşı anlayırıq ki, ilk Oyunlar, onların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan olunan 2012-ci il ölkəmiz üçün idman sahəsində bir sıra mühüm hadisələrlə əlamətdar oldu. Onlardan biri də, heç şübhəsiz ki, Avropa Olimpiya Komitəsinin (AOK) 8 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilən qərar idi. Sözügedən mötəbər toplantıda Avropa olimpiya-idman ailəsinin dəstəyi ilə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi hüququ Azərbaycana verildi. Və hazırda ölkəmiz cari ilin yayında keçiriləcək birinci Avropa Oyunları ərəfəsindədir.
Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin reallıqları ilə bağlıdır
Avropa idman ailəsinin tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana etibar etməsi sıradan bir hadisə deyil. Bu, ilk növbədə, ölkəmizin reallıqları ilə bağlıdır. Son illərdə ölkəmiz həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə imza atıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının cari ilin yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: “Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır”.
Digər tərəfdən, Azərbaycan cəmiyyəti öz yüksək tolerantlığı, başqa mədəniyyətlərə, konfessiyalara dözümlülüyü ilə fərqlənir. Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 200-dən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Şübhə yoxdur ki, cari ilin yayında Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları da Avropa məkanında və bütün dünyada xalqlar arasında əməkdaşlığın möhkəmlənməsinə öz sanballı töhfəsini verəcək. Buna əminliyini ifadə edən birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bir müddət öncə Romada keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimindəki çıxışında vurğulayıb: “Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək”.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan qısa müddətdə yüksək ənənələrə və güclü infrastruktura malik idman ölkəsinə çevrilib
Heç şübhəsiz, birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsində davamlı dövlət qayğısı sayəsində respublikamızın qısa müddətdə yüksək ənənələrə və güclü infrastruktura malik idman ölkəsinə çevrilməsi də mühüm rol oynayıb. Respublikamızın Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etməsi bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas məqamlardan biri də, şübhəsiz ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması ilə bağlıdır. Son illərdə ölkəmizdə əksər mövcud idman qurğularında əsaslı yenidənqurma işləri aparılıb. Bundan başqa, respublikamızda çoxlu sayda ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları istifadəyə verilib. Müstəqillik illərində ölkəmizdə ən müasir standartlar səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşür.
Bir sözlə, ölkəmizdə idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən birini təşkil edir və bu amil də AOK-nın birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu Azərbaycana verməsində vacib rol oynayıb. Bir qədər bundan əvvəl İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bu amilə diqqət çəkərək vurğulayıb: “Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir”.
Azərbaycan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə hazırlaşır
Qeyd edək ki, Azərbaycan birinci Avropa Oyunlarını yay Olimpiya Oyunları səviyyədə keçirmək əzmindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Avropa Oyunlarının tarixdə ilk dəfə ölkəmizdə keçirildiyinə diqqət çəkərək bildirib ki, bu yarışların standartları da məhz Bakıda yaranacaq: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq”.
Öz növbəsində birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da Romada keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimindəki çıxışında Azərbaycanın cari ilin yayında ev sahibliyi edəcəyi yarışları yüksək səviyyədə keçirmək əzmini bir daha Avropanın idman-olimpiya ailəsinin diqqətinə çatdırıb: “Əziz dostlar, biz yaxşı anlayırıq ki, ilk Oyunlar, onların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır”.
Sevindirici haldır ki, AOK birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verdikdən sonra ötən müddətdə bu mötəbər idman yarışmasına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır.
Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan komanda birinci Avropa Oyunlarına hazırlığın əsas mərhələsini uğurla yekunlaşdırıb. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Hazır olan idman qurğularında yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışması keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qitənin ən yaxşı atletləri qatılacaq
Cari ilin yayında Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar bəyan ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, ilk Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı olimpiya idman növüdür. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Öz növbəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu günlərdə KİV-ə verdiyi açıqlamada Bakıda keçiriləcək yarışlara qitənin ən yaxşı atletlərinin qatılacağını bildirib. P.Hikki “Bakı-2015” birinci Avropa Oyunlarını böyük hadisə adlandırıb: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı-2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

