Azərbaycan inkişaf tempini qoruyub saxlayır
20.03.2015 [11:20]
Nazirlər Kabinetinin illik hesabatında əksini tapan faktlar da bu fikri bir daha təsdiq edir
Məlum olduğu kimi, Milli Məclisin martın 17-də keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatı təqdim olunub. Hesabatda Azərbaycanın sosial-iqtisadi inkişafı, əldə edilən uğurlar barədə geniş məlumat verilib. Millət vəkilləri bu hesabatı müsbət qiymətləndirməklə yanaşı, bəzi təkliflərlə də çıxış ediblər.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və müstəqil Azərbaycanın milli maraqlarına, davamlı inkişafa xidmət edən iqtisadi strategiya ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində uğurla reallaşır. Onun sözlərinə görə, hərtərəfli düşünülmüş, sosial- iqtisadi sahələrin hər birinin tarazlı inkişafını təmin edən bu siyasət nəticəsində əsas makroiqtisadi göstəricilər qorunub saxlanılır.
E.İbrahimov bildirib ki, hökumət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici rolu var. “Kənd təsərrüfatında əldə olunan uğurlu nəticələr, hər şeydən əvvəl ölkəmizdə aparılmış aqrar islahatlar, ölkə rəhbərliyinin bu vacib sahəyə diqqət və qayğısı ilə əlaqədardır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onlara müxtəlif mənbələrdən güzəştli dövlət kreditlərinin ayrılması, aqrolizinq yolu ilə texnika, gübrə, yüksək məhsuldar damazlıq heyvanlar verilməsi və yüksək reproduksiyalı bitki toxumları ilə köməklik göstərilməsi keçən ildə də davam etdirilib. Kənd təsərrüfatının əsas məsələlərindən olan istehsal edilən məhsulun satışında qiymət artımının qarşısını almaq, məhsulun itkisiz saxlanılıb ilin bütün fəsillərində bazara çıxarılmasını təmin etmək üçün hökumətin həyata keçirdiyi müvafiq tədbirlər öz bəhrəsini verir. Bu göstərilənlər onu sübut edir ki, neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun, o cümlədən, iqtisadiyyatımızın prioritet sahələrindən olan kənd təsərrüfatının inkişafına yönəldilir”, - deyə komitə sədri vurğulayıb.
Bununla yanaşı, E.İbrahimov həllini gözləyən bəzi məsələlərdən də danışıb. O qeyd edib ki, qüvvədə olan bir çox qanunlarda və Nazirlər Kabinetinin qərarlarında genetik modifikasiya olunmuş bitkilərin ölkəmizə idxalı və becərilməsi qadağan edilib və belə bitkiləri becərənlərə subsidiya verilməməsi öz əksini tapıb. Buna baxmayaraq, hələ də genetik modifikasiya olunmuş orqanizmləri genetik materiallarda və məhsullarda aşkar etmək üçün müvafiq laboratoriyalar qurulmamışdır və həmin materiallar yoxlanılmadan idxal olunur. Millət vəkili bu məhsulların idxalının qarşısının alınmasını təklif edib: “Çünki sonra çox gec olacaq. Unutmayaq ki, bu orqanizmlərlə çirklənmiş torpaqları tam təmizləmək üçün 17 ilə yaxın vaxt lazımdır”.
Komitə sədrinin fikrincə, digər bir məsələ ərzaq təhlükəsizliyinin açarı olan toxumçuluqla bağlıdır. Onun sözlərinə görə, toxumçuluq həm bitkiçiliyin, həm də heyvandarlığın intensiv inkişafını təmin edən amildir. “Ona görə də, biz çalışmalıyıq ki, əsas ərzaq məhsullarının becərilməsi üçün tələb olunan həcmdə yüksək reproduksiyalı toxum istehsalı təmin olunsun. Əgər hansı əsas ərzaq məhsulunun istehsalı üçün lazım olan toxumu xaricdən alırıqsa, bu, o deməkdir ki, ölkəmiz həmin məhsula görə idxaldan asılıdır. Fərəhli haldır ki, ölkə Prezidentinin Sərəncamı ilə Dövlət Toxum Fondunun yaradılması qərara alınıb və müvafiq göstərişlər verilib. Hesab edirik ki, hökumət bu Fondun imkanlarından istifadə edərək elit toxum istehsalının xüsusi çəkisinin hazırkı 1,3 faiz səviyyəsindən 10-12 faizə çatdırılması üçün əsaslı tədbirlər görəcəkdir. Eyni zamanda, yaxşı olar ki, “Toxum məhsullarının istehsalı və hərəkəti haqqında” 16-kt nömrəli statistik hesabatda yalnız kənd təsərrüfatı müəssisələrinin yox, həm də fiziki şəxslərin təsərrüfat göstəriciləri verilsin ki, bu barədə tam məlumat əldə etmək, onu təhlil edib işin xeyrinə təkliflər hazırlamaq mümkün olsun. Bu həm də toxumçuluqla məşğul olan fiziki şəxslərin məsuliyyətini artırar və onlara dövlət nəzarətini və köməyini gücləndirər. Digər tərəfdən, bülletendə subyektlərin sayı, bitkilər üzrə xaricdən idxal olunan toxumların reproduksiyalar üzrə miqdarı və s. öz əksini tapmalıdır ki, hesabat daha əhatəli və dolğun olsun”, - deyə E.İbrahimov vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın xarici siyasəti ölkəmizin müstəqilliyinin qorunmasına, milli maraqların təmin olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına, xalqımızın və dövlətimizin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, diplomatiyamız Azərbaycanı güclü, müstəqil, müasir dövlət kimi, çoxvektorlu siyasət aparan bir dövlət kimi dünyaya bir daha tanıdıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

