YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
14.03.2015 [10:56]
Siyavuş Novruzov: Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, tələbə-gənclər təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbiri YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı açaraq hesabat məruzəsi ilə çıxış edib. Y.Babanlı çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hədəfləri partiya rəhbərliyinin qarşımızda qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu vəzifələrin həyata keçirilməsində fəallığı ilə seçilən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin ətrafında toplaşan gənclər əllərindən gələni əsirgəməyib. Y.Babanlı hesabat dövrü ərzində rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə geniş məlumat verib.
Daha sonra fəal gənclərdən Odlar Yurdu Universitetinin tələbəsi Günay İmanova, Turizm və Menecment Universitetinin tələbəsi Ağamir Ağamirov, Avrasiya Universitetinin tələbəsi Kamil Məhəmmədli çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi diqqət yetirir.
Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanda gəncliyin potensialına böyük önəm verildiyini, onların qayğı və problemlərinin həll olunduğunu, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edib. O bildirib ki, gənclərin müasir cəmiyyətdə mövqeyinin daha da güsləndirilməsi üçün dövlət səviyyəsində kifayət qədər işlər görülür.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında deyib ki, müstəqil dövlətimiz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Təbii ki, inkişaf siyasətindən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür”.
O, YAP sıralarında olan gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək, partiyanın sıralarında sayı gün-gündən artan gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olduğunu vurğulayıb. Ölkə gənclərinin demokratikləşmə prosesində fəal iştirak etdiyini deyən S.Novruzov gənclərin mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev qeyd edib ki, ölkə gəncliyi öz siyasi taleyini YAP-la bağlayır. Məhz bu səbəbdəndir ki, partiya sıralarına gənclərin axını böyük vüsət alıb. YAP sıralarında 250 minə yaxın gəncin olduğunu deyən A.Fərzəliyevin sözlərinə görə, bu da partiyanın bütün üzvlərinin 40 faizə qədərini təşkil edir.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri müəyyənləşib. Yusif Babanlı yenidən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, Azər Quliyev, Nihad Quliyev və Günay İmanova isə sədr müavinləri seçiliblər. Həmçinin, YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

