Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupun iclası keçirilir
05.03.2015 [10:06]
Martın 4-də Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın və İranın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və İbrahim Rəhimpur, Rusiya Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov, Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atacanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlər.
Xələf Xələfov iclasın açılışında çıxış edərək deyib ki, 2010-cu ildə Bakıda dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sammiti əsas məsələlərə, xüsusilə su səthinin bölünməsi və bioloji resursların müdafiəsi ilə bağlı məsələlərə impuls verib. Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı üzv ölkələrin mövqeyinə yeni təkan verib və bir sıra siyasi sənədlər qəbul edilib.
Nazir müavini prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsiplərinin konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacağına ümid etdiyini bildirib. Tərəflər arasında regional sabitlik, təhlükəsizlik və Xəzərdə iqtisadi fəaliyyətlə əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd edən X.Xələfov bildirib ki, Xəzər dənizi nəqliyyat dəhlizlərində, bir çox beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz xəttini qeyd etmək olar. Bu layihələr ölkələrin iqtisadi inkişafına və rifahının artmasına təkan verəcək. X.Xələfov vurğulayıb ki, Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində həllinin tərəfdarıdır.
Xəbər lenti
Hamısına baxElm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45

