Xocalı soyqırımı ən dəhşətli və faciəli səhifələrdən biri kimi daim yaddaşlarda qalacaq
18.02.2015 [11:24]
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş Sovet Ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının yardımı ilə Azərbaycanın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək soyqırımı aktı törətdilər. Bu, insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
AzərTAc xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Babək rayon Mərkəzi Xəstəxanasında “Xocalı soyqırımı - XX əsrin faciəsi” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzi xəstəxananın baş həkimi Xəlil Cəfərəliyev çıxış edərək bildirib ki, Xocalıda 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb. 487 nəfərə ağır xəsarət yetirilib, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar.
“Ölkəmizin bu ağır günlərində Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyində olsaydı, nəinki Xocalı soyqırımının, eləcə də 20 Yanvar faciəsinin, torpaqlarımızın 20 faizinin itirilməsinin, xalqımızın başına gətirilmiş digər müsibətlərin də qarşısı alınmış olardı”, - deyən Xəlil Cəfərəliyev qeyd edib ki, Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Yeni Azərbaycan Partiyası Babək rayon Mərkəzi Xəstəxanası ilk təşkilatının sədri Hüseyn İsmayılov bildirib ki, Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmı faciələri ilə eyni səviyyədə durur. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan bu soyqırımı, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş cinayətidir.
Daha sonra Babək rayon Mərkəzi Xəstəxanasının həkimləri - Leylan Həsənova, Araz Musayev çıxış edərək Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

