Bahar Muradova: Satqınlar öz cəzalarını alacaqlar
06.01.2015 [09:49]
“Azərbaycana qarşı təkcə Qarabağ məsələsində deyil, digər məsələlərdə də ikili standartlar artıq açıq xarakter daşıyır”. “Gün.Az” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.
O bildirib ki, bunu təkcə bizim vətəndaşlar deyil, bütün dünya müşahidə edir.
B.Muradovanın sözlərinə görə, təəssüf ki, bir qrup ölkələr dünyanın nizamını pozmaq, xalqları bir-birinə qarşı qoymaqla öz maraqlarını həyata keçirmək istəyir: “Buna görə də, ölkələrin çoxu təzyiqlərə məruz qalaraq həmin güclərin istəyi ilə hesablaşmağa məcburdurlar. Az qrup dövlət var ki, ədalət, sülh və beynəlxalq hüququn prinsiplərindən çıxış edirlər. Azərbaycan məhz bu qrup ölkələrdəndir ki, dünyada yalnız haqq-ədalətə üstünlük verir və beynəlxalq hüquq prinsiplərindən çıxış edir”.
Vitse-spikerin fikrincə, dünya böyük olduğu qədər də kiçikdir: “Məsuliyyətsiz qərarlar, hansısa qrupların maraqları baxımından qəbul olunan qərarlar dünyanın nizamını pozur. Bu mənfi tendensiya nəticəsində əsrlərdən ötüb gələn mədəniyyətlər, tarixi dəyərlər, ölkələr dağılır. Azərbaycan haqlı olaraq, dünyada çoxüzlü standartların olduğunu bəyan edir. Necə razılaşmaq olar ki, Azərbaycan bir sıra hesabatlarda azad olmayan ölkə hesab olunsun, amma işğalçı Ermənistan bizdən üstün mövqedə yer alsın. Hətta əndazəni o qədər aşıblar ki, Dağlıq Qarabağdakı separatçı rejim insan hüquqlarını qoruyan “dövlət” kimi hesabatlarda təsdiqini tapır.
Ukraynadakı separatçılar sanksiyalara məruz qalır, amma Dağlıq Qarabağ separatçıları ABŞ Konqresində qəbul olunur, ABŞ hökuməti onlara maliyyə yardımı ayırır.
Ölkəmizdə anti-Azərbaycan qüvvələrinə işləyən satqınlar var, amma onlar xalqın mütləq əksəriyyətinin qarşısında acizdirlər. Satqınlar öz cəzalarını alacaqlar. Düşmənlərimizin layihələri isə heç vaxt reallaşmayacaq və biz geri çəkilməyəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45

