Binəqədi seçiciləri davamlı inkişafa səs verdilər
24.12.2014 [09:50]
Dekabrın 23-də ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun, demokratik şəkildə keçirilib. Səhər erkən saatlarında seçki məntəqələrinə üz tutan binəqədili seçicilər azad şəkildə öz seçimlərini ediblər.
Məsələn, 8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 9 saylı seçki məntəqəsinin sədri Əsgər Sofiyev deyib ki, demokratik ab-havada keçirilən seçki prosesi vətəndaşların böyük fəallığı ilə müşahidə edilib: “1130 nəfər seçicinin qeydiyyatda olduğu məntəqədə seçki ilə bağlı bütün məsələlər tam qaydasındadır və müşahidəçilərin hər biri bunun şahididir. Vətəndaşlar axın-axın seçki məntəqəsinə gəlirlər və onların sərbəst formada iradələrini ifadə etməsi üçün münbit şərait yaradılıb”.
Həmin məntəqədə Böyük Quruluş Partiyasından (BQP) müşahidəçi Tünzalə Vəliyeva da seçkilərin demokratik şəraitdə keçdiyini bildirib: “Məntəqələrdə prosesi onlayn rejimdə izləmək üçün veb-kameralar quraşdırılıb. Seçki şəffaf və ədalətli keçirilir”.
Yeni Azərbaycan Partiyasından (YAP) müşahidəçi Kəmalə Hüseynova: “Biz səhər saatlarından - məntəqə açılandan buradayıq və müşahidələrimizi aparırıq. Seçicilər fəal şəkildə məntəqələrə gəlib seçimlərini edirlər. Nə bir qanun pozuntusuna və nə də kiminsə seçiciyə təzyiq etməsinə təsadüf etməmişik”, - deyib.
10 saylı seçki məntəqəsinin sədri Saleh Mirzəyev isə “Məntəqəmizdə 1147 seçici qeydiyyatdadır. Seçkilər hər yerdə olduğu kimi, bizim məntəqədə də böyük seçici fəallığı ilə müşayiət olunmaqdadır. Binəqədi sakinləri gələcək inkişafı və yüksək rifahı təmin etmək istəyindən irəli gələrək, məntəqəyə gəlir və səslərini verirlər. İnsanlar üçün bu gün önəmli olan seçkilərdə iştirak etməkdir. Seçicilər çox fəal iştirak edir və əhvalları yüksəkdir”, - deyib.
Eyni ab-hava 9 saylı Binəqədi 2-ci Sekçi Dairəsində də müşahidə edilib. Həmin dairənin 6 saylı seçki məntəqəsinin sədri Ziyafət Əliyeva məntəqədə 1313 seçicinin qeydiyyatda olduğunu bildirib: “Seçicilər namizədlərlə tanışdırlar və məntəqədə sərbəst olaraq səslərini verirlər”.
Həmin məntəqədə BQP-nin müşahidəçisi Nərminə Mövlayevanın sözlərinə görə, demokratiyanın atributu seçki hüququdur: “Seçicilər verilən bu hüquqdan istifadə edərək, müstəqil, sərbəst şəkildə səs verirlər”.
Dairənin 5 saylı seçki məntəqəsində Milli İstiqlal Partiyasından müşahidəçi Təvəkkül Nəsibov da prosesdən razılığını ifadə edib: “Məntəqəyə veb-kamera quraşdırılıb. Seçicilər böyük əhval-ruhiyyə ilə məntəqəyə gəlirlər”.
Öz növbəsində, seçkilərdə iştirak edən seçicilər bildiriblər ki, vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılıb.
Məsələn, seçici Mahirə Hacıyeva deyib ki, bələdiyyələr öz fəaliyyətlərini, eyni zamanda, əhalinin mədəni istirahətinə xidmət edən yaşıllıq sahələrinin və digər obyektlərin yaradılması, yolların, səkilərin daş və asfalt örtüklərinin mühafizə edilməsi və digər bu kimi istiqamətlərdə qururlar: “Mən də bu prosesləri uğurla yerinə yetirə biləcək namizədlərə səs vermişəm”.
Seçici Sədaqət Məmmədov isə bildirib ki, seçki çox demokratik şəkildə keçirilir: “Hər kəs gizli şəkildə seçimini etmək iqtidarındadır. Mən də etimad göstərdiyim namizədlərə - davamlı inkişafa səs verdim”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

