MSK sədri: Bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır
23.12.2014 [08:30]
Azərbaycanda bütün seçki məntəqələri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə tam hazırdır. Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edəcək.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı dekabrın 22-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Seçkilərə hazırlıq prosesindən danışan MSK sədri bildirib ki, seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verəcək. Səsvermə üçün məntəqələr dekabrın 23-də saat 08.00-da açılacaq, 19.00-da isə bağlanacaq. Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.
“Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb”, - deyən M.Pənahov qeyd edib ki, bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Ümumiyyətlə, builki seçkilərdə qeydə alınan müşahidəçilərin sayı 50 mini keçib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir. “Seçkilərdə müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət məktubu göndərilsə də, proqramlarının sıxlığı səbəbindən bu qurum səsvermədə müşahidəçi kimi iştirak edə bilməyəcəyi barədə məlumat verib”, - deyə MSK sədri diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxAnalitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14

