Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “France 24” telekanalı AzərTAc ilə əməkdaşlıq edəcək

“France 24” telekanalı AzərTAc ilə əməkdaşlıq edəcək

13.12.2014 [11:55]

Fransanın nüfuzlu televiziya kanalı “France 24” AzərTAc ilə əməkdaşlıq etmək istəyir.
Bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri xanım Hillari Bunkerlə AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.
Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, AzərTAc-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verib.
Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb. Gələcəkdə həm AzərTAc-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səslənib.
AzərTAc-ın “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı informasiyalarının “France 24” ilə yayımlanması, həmçinin hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirilib.

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31