/ / Sədaqət Vəliyeva: Yas və toy mərasimlərinin tənzimlənməsilə bağlı geniş maarifləndirmə işləri aparılmalıdır
Sədaqət Vəliyeva: Yas və toy mərasimlərinin tənzimlənməsilə bağlı geniş maarifləndirmə işləri aparılmalıdır
26.09.2014 [09:34]
“Bu gün Azərbaycan ictimaiyyəti üçün aktuallıq kəsb edən məsələlərdən birini də məhz yas və toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi yollarının müzakirəsi təşkil edir. Düşünürəm ki, yas və toy mərasimləri adət-ənənələrimizdən qaynaqlandığından elə cəmiyyətin bütün üzvlərinin dəstəyilə tənzimlənməlidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputatın fikrincə, yas və toy mərasimlərində israfçılığa yol vermək həm dini baxımdan günahdır, həm də ailələrin büdcələrinə zərərdir: “Əslində, yas mərasimində mərhumun ruhunun şad olması üçün “Quran-i Kərim” oxunmalı, dualar edilməlidir. Əgər kimsə ehsan vermək istəyirsə bunu uşaqlar, yaxud ahıllar evində də təşkil edə bilər. Bunun, əlbəttə ki, böyük savabı var. Lakin yas mərasiminin keçirildiyi məkanda bir neçə cür yeməyin bişirilməsi və məclisdən sonra onun böyük bir hissəsinin qalması, yaxud atılması isə çox böyük günahdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məsələ ilə əlaqədar mətbuata verdiyi müsahibələrində, açıqlamalarında çox yaxşı qeyd edib ki, yalnız yemək verməklə vəfat etmiş əzizinin ruhunu şad edəcəyini düşünənlər səhv edirlər. Ona görə də, yas mərasimlərilə əlaqədar bütün hərəkətləri dinimizin qaydalarına uyğun şəkildə qurmalıyıq”.
Sədaqət Vəliyeva bildirib ki, toy məclislərində böyük israfçılığa yol verənlər də çoxluq təşkil edir: “Bu gün bir çox şadlıq evlərində həddindən artıq israfçılığa gətirib çıxaran toy məclislərinə rast gəlirik. Masaların üzərinə onlarla çeşid salat, yemək və s. düzürlər. Düşünmək lazımdır ki, toy məclisinə yığışanlar ailə quran gənclərin sevincinə dəstək olmağa çalışırlar. Lakin həddindən artıq təmtəraq və israfçılıq bəzi hallarda ailə quran gənclərin xoşagəlməz hadisələrlə qarşılaşmasına da gətirib çıxarır. Elə bir neçə gün öncə qərargaha müraciət edən bir xanım bildirib ki, həyat yoldaşı şadlıq sarayına olan borcuna görə çətin vəziyyətə düşüb. Bu səbəbdən də, həm toy, həm də yas mərasimlərinin keçirilməsində insanlar özləri müəyyən korrektələr etməlidir”.
Toy və yas mərasimlərinin keçirilməsinin qanunla tənzimlənməsi məsələsinə toxunan deputat vurğulayıb ki, bu məsələdə qanunvericilik deyil, daha çox cəmiyyət özü aktiv iştirak etməlidir: “Bir halda ki, yas və toy mərasimləri adət-ənənələrimizdən qaynaqlanır, o zaman cəmiyyətimizin ağsaqqalları, ziyalıları, din xadimləri bu işdə fəal olmalıdır. Eyni zamanda, mətbuat yas və toy mərasimlərinin tənzimlənməsilə bağlı geniş maarifləndirmə işləri aparmalıdır. Düşünürəm ki, bu yolla mövcud neqativ halları tezliklə aradan qaldıra bilərik”.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19

