“Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nın təqdimatı olub
12.04.2014 [09:54]
Aprelin 11-də Auditorlar Palatasında auditor xidmətinin inkişaf konsepsiyasının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri təqdimat mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə müvafiq olaraq Auditorlar Palatası tərəfindən “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)” işlənib hazırlandığı diqqətə çatdırılıb.
Məlumat verilib ki, audit sahəsində qabaqcıl xarici təcrübə və beynəlxalq maliyyə qurumlarının tövsiyələri nəzərə alınmaqla hazırlanmış konsepsiyanın əsas məqsədi Azərbaycanda auditor xidmətinin gələcək inkişaf istiqamətlərinin müəyyən olunması, auditor xidməti bazarının inkişaf etdirilməsi, auditor peşəsinin cəmiyyətdə əhəmiyyətli rolunun tanınması, iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında auditdən daha geniş istifadə edilməsi və korrupsiyaya qarşı mübarizədə auditorların məsuliyyətinin artırılmasının təmin edilməsi, auditor xidməti istifadəçilərinin maraqlarının müdafiə olunması və bu sahədə tənzimləyici fəaliyyətin yaxşılaşdırılmasından ibarətdir.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, müstəqilliyimizi qazandıqdan sonra biz iqtisad elminin real həyatla əlaqəsinin möhkəmləndirilməsinə nail olmuşuq. Z.Səmədzadə belə bir mötəbər tədbirin keçirilməsinin ən böyük əhəmiyyətinin bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq dövlətimizin başçısının müəyyən etdiyi vəzifələrə tam uyğun olduğunu qeyd edib, ölkəmizin dinamik inkişafından danışıb.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov çıxış edərək vurğulayıb ki, Azərbaycanda audit xidmətinin tarixi müstəqilliyimizlə həmyaşıddır. M.Rəhimov bu sahənin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən, eləcə də konsepsiyanın əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov təqdimat məruzəsi ilə çıxış edərək “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nın əsas müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir iştirakçıları Azərbaycanda auditor xidmətinin beynəlxalq meyarlara uyğun təşkili və tənzimlənməsində, ölkəmizdə maliyyə şəffaflığının təmin olunmasında və korrupsiyaya qarşı mübarizə sahəsində auditor xidmətinin inkişaf konsepsiyasının mühüm rol oynaya biləcəyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

