Madriddə Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
10.04.2014 [09:17]
Aprelin 8-10-da İspaniyanın paytaxtı Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu” mövzusunda növbəti konfransı keçirilir.
Konfransda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov iştirak edir.
Tədbiri EANA-nın prezidenti Piter Kropş və İspaniyanın EFE xəbər agentliyinin rəhbəri Xose Antonio Vera açaraq iştirakçıları salamlayıblar.
Piter Kropş Avropada baş verən siyasi və iqtisadi böhranın xəbər agentliklərinin işinə təsirindən danışıb. Baş verən hadisələrin fonunda EANA-nın xəbəryayma prinsipləri barədə danışan qurum rəhbəri əsas vəzifənin obyektiv informasiyanı çatdırmaq olduğunu deyib. Bildirilib ki, məhz bu istiqamətdə iş aparılır, müəllif hüquqlarının qorunması ilə bağlı fəaliyyət gücləndirilir, bu mexanizmin təkmilləşdirilməsi yolları axtarılır. Eyni zamanda, EANA çərçivəsində ikitərəfli treninq proqramları davam etdirilir.
EFE-nin prezidenti Xose Antonio Vera rəqəmsal xəbərlərin yayılması sahəsində meyllərin durmadan dəyişdiyini və inkişaf etdiyini diqqətə çatdırıb. O, jurnalistika sahəsində baş verən proseslərdən danışaraq, xəbərçilik prinsiplərinin sürətlə dəyişən meyllərə uyğunlaşmalı olduğunu vurğulayıb.
Daha sonra iclasın gündəliyi təsdiq olunub.
Piter Kropşun moderatorluq etdiyi ilk hissədə “Müasir xəbərçilikdə sosial medianın rolu” barədə təqdimatla Amerika Jurnalist Tədqiqatları Mərkəzinin direktoru Emi Mitçell çıxış edib. Məlumat verilib ki, son illərdə Amerika Birləşmiş Ştatlarında aparılmış tədqiqatlara görə internet istifadəçilərinin böyük əksəriyyəti, xüsusilə də gənc nəsil xəbərləri məhz sosial şəbəkələrdə izləməyə üstünlük verir. Gündən-günə inkişaf edən mobil texnologiyalar bu sayın durmadan artması deməkdir. Populyarlığına görə sosial şəbəkələr arasında ilk üçlük Facebook, Youtube və Twitterdir. Bu üçlük istifadəçilərin 50 faizini zəruri məlumatlarla təmin edir. Həmçinin istifadəçilərin 46 faizi özləri xəbər paylaşır. Videoxəbərlərin isə 64 faizi məhz sosial medialarda izlənilir.
Twitter sosial şəbəkəsinin xəbər agentlikləri arasında məsul əlaqələndiricisi Coanna Geri təqdimatında təmsil etdiyi qurumun xəbərçilik sahəsindəki operativliyindən danışıb. Vurğulanıb ki, hadisə baş verən anda istənilən şəxsin onu çəkib sosial şəbəkəyə yerləşdirməsi xəbərin operativliyini müqayisəedilməz dərəcədə yüksəldir. Məhz bu mənada ənənəvi və onlayn media sosial şəbəkələrdən xeyli geri qalır. Elə buna görədir ki, artıq bütün xəbər agentlikləri nəinki öz xəbərlərini sosial mediada da yaymağa çalışır, həmçinin onu əhəmiyyətli xəbər qaynağı hesab edirlər. Təbii ki, bu da bəzi hallarda qeyri-səhih xəbərlərin də yayılmasına səbəb olur, lakin təəssüf ki, bu qaçılmazdır.
Birinci hissənin sonunda təqdimatlarla bağlı suallar cavablandırılıb.
Konfransın ikinci hissəsində əsas müzakirə mövzusu rəqəmsal texnologiyalar və xəbərlərin çatdırılma formaları olub.
Natiqlər qeyd ediblər ki, müasir dünyamızda oxucuların əksəriyyəti şou-biznes və tibbdəki yeniliklər barədə xəbərləri daha həvəslə oxuyurlar. Ona görə də artıq bəzi televiziyalar, xəbər saytları və agentliklər rəqabətə davam gətirmək üçün ən adi siyasi müsahibəni belə layt xəbərlərlə sintez edirlər. Bəziləri isə ümumiyyətlə ucuz sensasiya dalınca qaçmaqdan belə çəkinmirlər.
Artıq insanlar hər yerdə xəbərləri izləyirlər. Ona görə də demək olar ki, bütün mətbu orqanlar mobil əlavələrini yaradırlar. Məsələn, dövri mətbuat tirajı azaldaraq mobil əlavələrə keçir. Həmçinin oxucular görüntülü xəbərlərə üstünlük verirlər.
İkinci hissəyə moderatorluğu İngiltərənin Press Association agentliyinin baş direktoru Kliv Marşall edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

