Dini azadlıqdan sui-istifadə etmək yolverilməzdir
07.03.2014 [09:14]
Dini-ideoloji cərəyanların maraqlarını ölkə mənafeyindən üstün tutmaq hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş dağıdıcı fəaliyyət göstərmək deməkdir
Din mənəvi dəyərlər və inanclar sistemi olsa da, müasir dövrdə ən çox spekulyasiya və manipulyasiyaya məruz qalan məfhum kimi çıxış etməkdədir. Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır, çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən korporativ maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər.
Xüsusilə də, müəyyən dövlətlərin və kəşfiyyat orqanlarının dəstəyi ilə bəlli dini-ideoloji cərəyanların nümayəndələri fərqli ölkələrdə fəaliyyət göstərərək siyasi platformada təmsil olunurlar. Əlbəttə ki, bu kontekstdə müəyyən təbliğat işləri aparılır, xüsusilə də, sosiumun ən dinamik təbəqəsi kimi çıxış edən gənclər, bir çox hallarda dövlət qurumları kimi strateji müəssisələrdə çalışanlar hədəf kütləsi kimi seçilir.
Dinin siyasiləşdirilməsi olduqca təhlükəli tendensiyadır
Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür.
Amma bütün bunlarla yanaşı, dinin siyasiləşdirilməsinin, yaxud dindən siyasi vasitə kimi istifadə olunmasının qarşısının alınması üçün kifayət qədər effektiv tədbirlər görmək mümkündür. Bunlar sırasında ilk növbədə etiqad azadlığına dair təkmil qanunvericiliyin yaradılması lazımdır. İkincisi, milli təhlükəsizliyin tərkib hissəsi olan dini təhlükəsizliyin təmin olunması, müxtəlif təriqət və cərəyanların fəaliyyətinə qanunlar çərçivəsində nəzarətin həyata keçirilməsi vacibdir. Üçüncüsü, din-dövlət münasibətləri yalnız konstitusion normalar və yerli qanunvericilik çərçivəsində tənzimlənməlidir...
Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir
Sevindirici haldır ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Azərbaycan dünyaya tolerantlıq nümunəsi bəxş edib
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər.
Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. Yeri gəlmişkən, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət” mövzusunda keçirilən konfransda Azərbaycanın tolerant ənənələrə malik olduğu, ölkəmizdə dini təhlükəsizlik və azadlığın təmin olunduğu qeyd edilib və bu hal pozitiv fakt kimi dəyərləndirilib. Belə ki, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Bu istiqamətdə Azərbaycanla əlaqələrə toxunan Əl-Nassir bildirib: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulub. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırırlar”.
Azərbaycan həm milli, həm də dini ənənələrini yaşadan müasir dövlətdir
Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu isə düşünür ki, dünyaya tolerantlıq modeli bəxş edən Azərbaycanda din-dövlət münasibətləri bir çox ölkələr üçün müsbət nümunədir: “Sirr deyil ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. O cümlədən ölkəmizdə insanların dini etiqad azadlıqları da yüksək səviyyədə təmin olunub. Dini mənsubiyyətindən asılı olmayaraq hər bir fərd öz hüquqlarından sərbəst istifadə edir və heç bir məhdudiyyət, təzyiqlə qarşılaşmır”.
“Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, Azərbaycan tolerantlıq nümunəsidir. Bununla yanaşı, ölkəmiz həm də modern dünyəvi dövlətdir. Mən bu barədə Prezident İlham Əliyevin fikirlərini xatırlatmaq istəyirəm. Dövlətimizin başçısı qeyd etmişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir”. Bəli, Azərbaycan həm milli, həm də dini ənənələrini, dəyərlərini yaşadan müasir dövlətdir”, - deyə politoloq əlavə edib.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, təəssüflər olsun ki, bəzi dini təriqət və cərəyanların nümayəndələri ölkəmizdə dindən siyasi vasitə kimi istifadə etməyə çalışırlar: “Əlbəttə, bu, həm cəmiyyətdə təşəkkül tapmış dəyərlərə, həm də ölkənin milli mənafeyinə ziddir. Sonu olmayan bu yolda irəliləmək həmin qüvvələrə pozitiv heç nə vəd etməyəcək. Azərbaycan ictimaiyyəti də bu cür cəhdləri neqativ qiymətləndirir. Hesab edirəm ki, bu cür hərəkətlər iflasa məhkumdur. Çünki güclü, qüdrətli Azərbaycan ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliyi və təhlükəsizliyi qorumaq əzmindədir”.
Politoloq əlavə edib ki, müəyyən dini cərəyan nümayəndələrinin, təriqət mənsublarının siyasi fəaliyyətlə məşğul olması və ya dövlət idarəçiliyinə üz tutması kifayət qədər təhlükəli haldır: “Müasir dövrdə modern idarəetmə sisteminə malik olan ölkələrdə din dövlətdən tamamilə ayrıdır. Dini cərəyanların nümayəndələrinin dövlətin işlərinə qarışdığı, idarəetməyə təsir etdiyi ölkələrdə isə nəinki normal idarəetmə sistemi yoxdur, həm də milli maraqlardan uzaq potensial xaos mühiti mövcuddur”.
Dindən siyasi vasitə kimi istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
Qeyd etdik ki, Azərbaycan dövləti hər bir şəxsə öz dini mənsubiyyəti çərçivəsində etiqad azadlığından yararlanmağa tam şərait yaradıb. Amma burada əsas olan incə məqam budur ki, siyasi fəaliyyətlə məşğul olan bir sıra şəxslər bütün hallarda - birmənalı şəkildə milli maraqlar əsasında hərəkət etməlidirlər. Artıq bu məqamda hər hansı bir dini-ideoloji cərəyana mənsub olmaq heç bir əhəmiyyət daşımamalıdır.
Təəssüflər olsun ki, ölkəmizdə bəzi şəxslər bəlli dini-ideoloji cərəyana mənsub olduqlarından milli maraqları “rəfə qaldırıblar”. Bu, bütün hallarda hər hansı bir xarici qüvvənin təsiri altına düşərək cəmiyyətin və dövlətin təhlükəsizliyinə yönəlmiş dağıdıcı fəaliyyət deməkdir. Amma bütün hallarda Azərbaycan dövləti dini platformada edilən istənilən neqativ cəhdlərin qarşısını almaq iqtidarındadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

