Ölkəmizdə antikorrupsiya tədbirləri prinsipial xarakter daşıyır
06.03.2014 [09:33]
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri öz səmərəsini verir
Bu gün ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə öz səmərəsini verir. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir tələblərə cavab verən normativ hüquqi baza yaradılıb və əksər dövlət qurumları öz əməkdaşlarının davranış qaydaları və kodekslərini təsdiq edib. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir və bir çox konvensiya və beynəlxalq sənədlərə imza atıb.
Dövlət başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq bu sahədə görülən işlər islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub. Eyni zamanda vurğulamaq yerinə düşər ki, həyata keçirilən tədbirlərlə yanaşı, cəmiyyəti inkişafdan saxlayan mövcud neqativ hallara qarşı ictimai müqavimət daha güclü olmalıdır.
Qeyd etmək lazımdır ki, müvafiq istiqamətdə həyata keçirilən sistemli islahatlar dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını, Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin internet səhifəsində yerləşdirilən məlumata əsasən, Ağdam Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, Ağdam Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar var. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bundan başqa, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz əməlləri ifşa olunub. Belə ki, Bərdə, Şəki, Saatlı və Salyan rayon sakinlərinin özlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş bir qrup şəxsin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciətləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim edən “Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti”, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi”, “Qiymətləndirmə Xidməti”, “S.F.Qiymətləndirmə” və “Kamal SF” Məhdud Məsuliyyətli cəmiyyətlərin vəzifəli şəxsləri və əməkdaşları Rauf Zülfüqarov, Vüsal Baxşəliyev, Vüsal Əmiri, Hüseyn Abdullayev, Murad Qəribov və digərləri Bərdə, Şəki, Saatlı, Salyan və digər rayon sakinlərindən torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi, fərdi tikinti evlərinin qiymətləndirilməsi, əmlakın qiymətləndirilməsi pasportunun hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb etməklə alıblar.
Həmin cəmiyyətlərin vəzifəli şəxslərinin göstərdikləri xidmət müqabilində pul tələb edib almalarında və bununla da Dövlət Agentliyinin və digər dövlət qurumlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda həmin MMC-lərin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkarlanması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02

