/ / “ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilib
“ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilib
04.03.2014 [09:48]
Martın 3-də “ADA” Universitetində “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusunda seminar keçirilib.
AzərTAc xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyindən rəsmi şəxslərin, “ADA” Universitetinin nümayəndələrinin iştirak etdikləri seminarda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib.
Əfqanıstanın dini ideologiyadan azad və demokratik prinsiplər əsasında dövlət qurmaq üçün imkan əldə etdiyini bildirən xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışlarının həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməsinin zəruriliyini vurğulayan A.Əzimov ölkəmizin Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verməsinin məmnunluq doğurduğunu bildirib. Tədbirdə çıxış edən Əfqanıstanın Müdafiə Nazirliyinin hərbi, ümumi siyasət və insan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak bu cür tədbirlərin keçirilməsinin iki ölkə arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Hökumətinə minnətdarlığını bildirən M.Vardak ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyərək deyib: “Əfqanıstan Azərbaycanın son illərdə əldə etdiyi təcrübədən faydalanmaq niyyətindədir. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcəkdir”.
Seminarın məqsədi Əfqanıstanın silahlı qüvvələrinə vətəndaş nəzarətinin sistemləşdirilməsi, dövlət quruculuğu prosesi və ümumilikdə bu ölkənin problemləri ilə bağlı məsələlərin həllinə kömək etməkdir.
Xəbər lenti
Hamısına baxİdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32

