Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib
20.02.2014 [09:35]
Fevralın 19-da Gəncə şəhərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Maya Pancikidzenin görüşü keçirilib.
AzərTAc xəbər verir ki, nazirlər əvvəlcə təkbətək və üçtərəfli, sonra isə geniş tərkibdə görüş keçiriblər.
Görüşlərdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Görüşün yekunu olaraq Gəncə Bəyannaməsi imzalanıb. Bəyannamədə Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin yüksək templə inkişaf etdiyi, bu formatda görüşlərin münasibətlərin genişlənməsinə töhfə verdiyi bildirilir.
* * *
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verib.
Bildirilib ki, Gəncə görüşü Türkiyənin Trabzon və Gürcüstanın Batumi şəhərlərində keçirilən görüşlərdən sonra sayca üçüncüdür. Bu görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli fikir mübadilələrinin aparılması baxımından vacibdir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin də üçtərəfli formatda görüşünün keçirilməsinin nəzərdə tutulduğunu deyən Elmar Məmmədyarov Gəncə görüşlərində əsasən enerji, nəqliyyat layihələrinin, o cümlədən regiondakı mövcud münaqişələrin həllinin bölgənin inkişafında oynayacağı rolun müzakirə edildiyini söyləyib.
Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsi həm iqtisadi, həm siyasi, həm də regionun inkişafı baxımından çox önəmli olacaq. Elmar Məmmədyarov NATO-nun 2015-ci ildə öz qoşunlarını Əfqanıstandan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə çıxarmasının mümkünlüyünü də qeyd edib.
Nazir imzalanan Bəyannamənin önəminə də toxunub. Bildirilib ki, Bəyannamədə münaqişələrin dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinin vacibliyi, “Şəhdəniz-2” və Bakı-Tbilisi-Qars layihələrinin uğurla həyata keçirilməsinin əhəmiyyəti vurğulanır. Həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşünə hazırlıqlara başlanacağı bildirilir.
Diqqətə çatdırılıb ki, görüşlərdə üç ölkə arasında regional əməkdaşlığın genişləndirilməsi istiqamətində maraqlı təkliflər səsləndirilib.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycanın qədim şəhəri olan Gəncədə belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, xarici işlər nazirlərinin üçtərəfli görüşləri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. Bu gün Gəncə Bəyannaməsini imzalamaqla ortaq yanaşmaları və siyasi-iqtisadi məsələlər üzrə mövqelərimizi bir daha açıqladıq ki, bu da üçtərəfli münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə böyük imkanlar yaradır.
Diqqətə çatdırılıb ki, görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, xüsusilə “Şahdəniz-2”, həmçinin Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, üçtərəfli fəaliyyət planı üzrə əməkdaşlıq nəzərdən keçirilib və yeni istiqamətlər müəyyənləşdirilib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edərək deyib ki, üç ölkənin xarici işlər nazirləri arasında keçirilən belə görüşlər əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Gəncəyə səfərindən məmnun qaldığını bildirən Ə.Davudoğlu bu şəhərin dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh kimi dahilər bəxş etdiyini söyləyib.
Əhməd Davudoğlu Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirib, bölgədə həyata keçirilən layihələrin hər üç ölkə ilə yanaşı, region üçün də xüsusi önəmə malik olduğunu vurğulayıb. Hər üç ölkənin regional və beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən nazir əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.
Ə.Davudoğlu növbəti görüşün Türkiyənin Qars şəhərində keçiriləcəyini söyləyib.
Sonra nazirlər jurnalistlərin müxtəlif mövzularda suallarını cavablandırıblar.
Türkiyə-Ermənistan münasibətləri ilə bağlı suala cavabında Əhməd Davudoğlu deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər iki ölkə arasında sərhədlərin açılmasından söhbət gedə bilməz.
* * *
Daha sonra Gürcüstanın Gəncədəki baş konsulluğunun açılışı olub.
Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, xarici işlər naziri Maya Pancikidze mərasimdə çıxış edərək baş konsulluğun açılışını iki ölkə arasındakı münasibətlərdə mühüm hadisə kimi qiymətləndiriblər. İkitərəfli əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolu qeyd edilib.
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri baş konsulluğun inzibati binasında yaradılmış şəraitlə tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59

