Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
08.06.2026 [18:25]
İyunun 8-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin və Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən nazir Ceyhun Bayramov mövcud beynəlxalq şəraitdə geosiyasi gərginliyin artması, təchizat zəncirlərində yaranan çətinliklər və iqtisadi qeyri-müəyyənliklər fonunda ölkələr arasında siyasi koordinasiya və qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platforma olduğu qeyd edilib.
Bakıda Parlamentlərin Xarici Əlaqələr Komitələrinin onuncu üçtərəfli görüşünün, Gürcüstanda yeddinci Biznes Forumunun və Ankarada Müdafiə Nazirlərinin sonuncu üçtərəfli görüşünün tərəfdaşlığımızın hərtərəfli və çoxşaxəli xarakter qazandığını nümayiş etdirdiyi vurğulanıb.
Çıxışda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının regional sabitlik və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğu qeyd edilərək, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələrin uğurla həyata keçirilməsinin tərəfdaşlığın nəticəyönümlü xarakterini nümayiş etdirdiyi bildirilib.
Nazir enerji sahəsində əməkdaşlığın üçtərəfli tərəfdaşlığın təməl istiqamətlərindən biri olduğunu qeyd edib. Azərbaycanın hazırda 16 ölkəyə təbii qaz ixrac etdiyi vurğulanaraq, Azərbaycan ilə Gürcüstan arasında təbii qazın alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, eləcə də SOCAR və BOTAŞ arasında “Abşeron” yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilmiş razılaşmanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığa toxunan nazir Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafında üç ölkənin mühüm rol oynadığını qeyd edib. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatdırılması və Bakı-Tbilisi-Bakı sərnişin qatarı reyslərinin bərpasının regional mobilliyə əlavə töhfə verəcəyi vurğulanıb. Eyni zamanda, TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinin regional əməkdaşlığın və etimad quruculuğunun mühüm elementi olduğu bildirilib.
Çıxışda İKT, yüksək texnologiyalar, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin təhlükəsizlik, terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, kiber təhdidlər və iqlim dəyişikliyi kimi çağırışlar qarşısında daha sıx koordinasiyanın vacibliyi qeyd olunub.
Ceyhun Bayramov Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə ölkəmizin dəstəyini bir daha ifadə edib.
Nazir, həmçinin Azərbaycanın Türkiyə və Gürcüstan ilə üçtərəfli tərəfdaşlığın daha da dərinləşdirilməsi, regionun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı naminə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Çıxış zamanı Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesinə də toxunulub. Azərbaycanın sülh quruculuğu təşəbbüslərinin və etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda, mövcud imkanı qalıcı sülhə çevirmək üçün münasibətlərin tam normallaşmasına mane olan açıq məsələlərin həll edilməsinin vacibliyi vurğulanıb.
Nazir Yaxın Şərqdə davam edən gərginliklərin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə nazirlər üçtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini və digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Üçtərəfli görüşün yekununda nazirlər tərəfindən üçtərəfli görüşün nəticələrinə dair İstanbul Bəyannaməsi imzalanıb.
Daha sonra nazirlər mətbuat konfransında bəyanatla çıxış edib, medianın suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

