Vaşinqtonda Azərbaycanın inkişafı və regionda vacib rolu məsələsi müzakirə edilib
15.11.2013 [09:17]
Noyabrın 13-də Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda fəaliyyət göstərən və mədəniyyətlərarası dialoqun təşviqini dəstəkləyən “Rumi Forum” ilə birlikdə “Azərbaycan - inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah” mövzusunda “dəyirmi masa” təşkil edilib.
Tədbirdə bir sıra tanınmış analitik qurumların və “beyin mərkəzləri”nin nümayəndələri, nüfuzlu ekspertlər iştirak ediblər.
“Rumi Forum”un direktoru Emre Çelik rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən və Azərbaycan ilə əməkdaşlığından danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək ölkəmizin dünya miqyasında artan nüfuzu barədə danışıb, regionda lider dövlətə və uğurlu inkişaf nümunəsinə çevrildiyini diqqətə çatdırıb. Diplomat bildirib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.
Tədbirdə moderator kimi çıxış edən ABŞ-ın Yaxın Şərq İnstitutunun eksperti, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Aleks Vatanka son illərdə Azərbaycanın böyük nailiyyətlər əldə etdiyini bildirib. Amerikalı ekspert bütün sahələrdə sürətlə inkişaf edən, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. Aleks Vatanka bu baxımdan Azərbaycanın bir çox müsəlman dövlətləri üçün nümunə ola biləcəyini söyləyib. O, amerikalı siyasətçiləri ölkəmizin regiondakı artan roluna daha çox diqqət yetirməyə çağırıb.
Sonra tədbirdə regionda gedən proseslər və ölkəmizin rolu barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli üzrə danışıqlar prosesi barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

