/ / Vyanada görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
Vyanada görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
07.11.2013 [09:31]
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vyanada fəaliyyət göstərən bəzi ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 105 illik yubileyinin həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Mir Cəlalın ədəbi yaradıcılığı ilə yanaşı, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri olduğunu qeyd edən L.Qasımova yazıçını tələbələrinin sevimlisi olan, işlədiyi kollektivdə böyük hörmət qazanan, kiçikdən böyüyə hamıya mehribanlıq və səmimiyyətlə yanaşan müəllim, iş yoldaşı, ailə başçısı kimi xarakterizə edib. Bildirib ki, Vətəni Azərbaycan üçün layiqli övladlar böyütmüş görkəmli şəxsiyyətə ən yaxşı əsəri barədə ünvanlanmış suala fəxrlə “Mənim ailəm mənim ən yaxşı əsərimdir” cavabını verib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan Mir Cəlal Paşayevin yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda geniş tanındığını, 2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edildiyini, bu təşkilat çərçivəsində görkəmli yazıçının 100 illik yubileyinin geniş qeyd edilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev Mir Cəlal haqqında məruzəsində görkəmli yazıçının həyat və yaradıcılığına geniş nəzər salıb, onun Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqid və digər sahələrin inkişafındakı rolundan bəhs edib. Bildirilib ki, hələ gənc yaşlarında qələmə aldığı “Bir gəncin manifesti” romanı ilə geniş oxucu kütləsinin rəğbətini qazanan Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafına böyük töhfələr verib. Əbəs yerə deyil ki, Mir Cəlal yaradıcılığına qiymət verilərkən onu “kiçik janrın böyük ustası” kimi səciyyələndirənlər çoxdur. İncə yumor və sərrast satira çalarları ilə yazılmış “Anket Anketov”, “İclas qurusu”, “Həkim Cinayətov”, “Ay İsmayıl, bir başa sal!” kimi hekayələrin ana qayəsinə toxunan V.Hacıyev həmin əsərlərdə yazıçının cəmiyyətin aktual problemlərini ustalıqla qamçıladığını diqqətə çatdırıb.
Qeyd edilib ki, görkəmli alimin “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi elmi iş və monoqrafiyaları onilliklərdən bəri ali təhsil ocaqlarında tədris vəsaiti kimi istifadə olunmaqdadır.
Tədbirin bədii hissəsində Vyana Universitetinin doktorantı Yaqut Abdalla və Ştefan Rollfinke Azərbaycan və alman dillərində yazıçının məşhur “Anket Anketov”, “Ay İsmayıl, bir başa sal!” və “Öyrəncəkli” hekayələrindən parçalar oxuyublar.
Skripkaçı Stefan Kamilarov pianoda Marqarete Babinskinin müşayiəti ilə Qara Qarayev, Volfqanq Amadey Motsart və Ludviq van Bethovenin əsərlərini ifa edib.
Tədbirdə Mir Cəlalın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar əsasında hazırlanmış videomaterial nümayiş olunub.
Sonda qonaqlara ziyafət verilib.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16

