AZƏRBAYCAN DEMOKRATİK DƏYƏRLƏRƏ VƏ ƏNƏNƏLƏRƏ SADİQDİR
18.10.2013 [09:15]
ATƏT-in səlahiyyətli nümayəndələri və əksər müşahidəçiləri Azərbaycanda prezident seçkilərinin demokratik standartlara cavab verdiyi qənaətindədirlər
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır.
Qeyd etmək lazımdır ki, oktyabrın 9-da keçirilən prezident seçkiləri də ölkəmizin demokratik dəyərlərə və ənənələrə sadiq olduğunu sübuta yetirdi. Seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi ölkəmizdəki siyasi sistemin demokratik dəyərlərə əsaslandığını nümayiş etdirdi.
Bütün bunlarla yanaşı, seçkiləri izləyən beynəlxalq müşahidəçilər və müşahidə missiyaları da sözügedən prosesin təqdirəlayiq olduğunu bildirdilər. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin, Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan ediblər.
Eyni zamanda, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirib. ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd edib. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini deyib.
Yeri gəlmişkən, Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri yüksək qiymətləndirilib, seçki prosesini qeyri-obyektiv qiymətləndirən ATƏT/DTİHB-nin və digərlərinin mövqeyi isə tənqid olunub. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen ATƏT/DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını, ATƏT PA müşahidə missiyasının üzvlərinin bu sənədin hazırlanmasında iştirak etmədiyini bildirib. Vuazen seçkilərin ədalətli, şəffaf və demokratik keçirildiyini deyib.
ATƏT-in Parlament Assambleyasnın sessiyasında iştirak edən avstriyalı deputat Volfqanq Qrossruk isə “Mən 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və düzünü deyim ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda konkret faktlara söykənməliyik. DTİHB-nin müşahidələrindəki qeyd və hesabatlar isə heç vaxt konkret faktlara söykənmir və həmişə kimlərinsə haçansa söylədiklərini, nələrisə əsas götürürlər. ATƏT-in təşkilat olaraq seçkiləri müşahidə etməsindəki bu ikitirəlik dayandırılmalı və yeni metodlar işlənməlidir” deyib.
ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli isə aşağıdakıları deyib: “Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablanmasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu. Seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi... Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk”.
Bir sözlə, ATƏT-in səlahiyyətli nümayəndələri, əksər müşahidəçiləri Azərbaycanda prezident seçkilərinin demokratik standartlara cavab verdiyi qənaətindədirlər. Həqiqətən də, bu gün ATƏT məkanında keçirilən seçkilərin qiymətləndirilməsi ilə əlaqədar müasir dövrün reallıqlarını, yeni texnologiyaları nəzərə alan adekvat metodologiya hazırlanmalı və tətbiq edilməlidir. İstənilən ölkənin taleyini həll edən seçki prosesi obyektiv qiymətləndirilməli, hər hansı bir xarici qüvvənin və ya qrupun maraqlarından asılı vəziyyətdə olmamalıdır. Görünən odur ki, ATƏT/DTİHB-nin tətbiq etdiyi köhnəlmiş metodologiya həm müstəqil dövlətlərin, həm beynəlxalq ictimaiyyətin, həm də ATƏT-in özünün rəsmi şəxslərinin, müxtəlif qurumlarının narazılığına və ciddi iradlarına səbəb olur. Necə ola bilər ki, 7 nəfərlik qrupun rəyi mindən artıq müşahidəçinin fikirlərindən daha obyektiv və üstün qəbul edilsin? Hansı məntiqlə bu kiçik qrup öz mövqeyini tanınmış siyasətçi və ekspertlərə diktə etməlidir?
Məsələyə daha dərindən yanaşdıqda belə bir həqiqət ortaya çıxır ki, bu gün beynəlxalq ictimaiyyət dünya siyasətinə təsir edən maraqlı qüvvələrin iddialarını deyil, Azərbaycan həqiqətlərini dəstəkləyir. Bu da Azərbaycanın dünya siyasətində artıq çoxsaylı dost və tərəfdaşları olan bir güc mərkəzinə, söz sahibinə çevrildiyini göstərir. Anti-Azərbaycan qüvvələr öz mənfəətləri naminə beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı vahid mövqeyini formalaşdıra bilmədilər və təklikdə qaldılar. Bu, güclü, dünyada mövqeyi nəzərə alınan, böyük hörmət və nüfuza malik, çoxsaylı dost və tərəfdaşı olan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin 10 illik hakimiyyətinin məntiqi nəticəsi - bəhrəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

