Monitorinq: Respondentlərin 86,46 faizi İlham Əliyevə inandıqlarını bildiriblər
05.10.2013 [11:37]
Dünən QHT Əməkdaşlıq Alyansı oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin yekun nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında alyansın həmsədri Rufiz Qonaqov deyib ki, monitorinqin sentyabrın 12-dən başlayan ikinci mərhələsi artıq yekunlaşıb.
R.Qonaqov vurğulayıb ki, bu mərhələdə 5 regionda monitorinqlər aparılıb: “Ümumilikdə, 11 regionda 78 rayon əhatə olunub. Monitorinqdə ümumilikdə 19500 respondent iştirak edib”.
R.Qonaqovun sözlərinə görə, monitorinqin aparılmasında əsas məqsəd əhalinin seçki hazırlığını müşahidə etmək, partiya və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandıqlarını təyin etmək olub. “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86,46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər.
R.Qonaqov əlavə edib ki, “Bu gün seçkilər keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir: “Monitorinqə cəlb edilən 19 min 500 nəfərin 86,46 faizi, yəni 16 min 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib”.
Alyansın həmsədri Rəfail Becanov isə deyib ki, monitorinqdə namizədlərin reytinqi ilə yanaşı, siyasi partiyaların da yekun reytinqləri öyrənilib.
Onun sozlərinə görə, partiyaların reytinqində birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur.
R.Becanov bildirib ki, partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 min 860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər.
Alyansın həmsədri Yadigar Məmmədli isə ölkədəki seçki mühiti ilə bağlı çıxış edərək bildirib ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. O qeyd edib ki, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də hər hansı problem müşahidə edilmədən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

